Unudulmuş unudulmazlar

Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin musiqi xəzinəsi doğrudan da cox z?ngindir. Mən 30-40 il əvvəl orada işləyərkən bu xəzinədən dünyanın ən yaxşı musiqilərini lentə aldırıb götürmüşdüm və onlar hələ də məndədir. İllər keçdi, onların lent yazıları köhnəldi, maqnit diskləri meydana çıxdı. Radioda isə həmin lentlərin disklərə köçürülüb-köçürülmədiyini bilmirəm və məncə, hələ də köçürülməyib. Və onların musiqi şöbəsində olan kartotekaları 30-40 il ərzində demək olar ki, itib gedib. Beləliklə, həmin xəzinədə Azərbaycan və dünya musiqisinin saysız inciləri naməlum halda yatıb qalıb.

İndi həmin xəzinəyə girmək, onları bir-bir siyahıya almaq ağlasığmaz dərəcədə çətin bir işdir və yəqin ki, heç bu barədə düşünən də yoxdur. Və beləliklə, bu qədər əvəzsiz musiqi inciləri demək olar ki, itib-batıb.
Məsələn, məndə təxminən 50 il qabaq Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifasında «Çahargah» muğamı var. Şirkətin musiqi şöbəsində isə 20 ildən çoxdur ki, yox olub. Deməli, həmin gözəl musiqi demək olar ki, «ölüb». Orda tarda solonu məşhur tarzən Hacı Məmmədov, kamançada isə ümumiyyətlə, heç bir lent yazısı qalmayan gözəl ifaçı Hafiz Mirzəliyev ifa edir. Ümumiyyətlə, doğma orkestrin ifasında muğam təsvirəgəlməz dərəcədə gözəl və təsirli səslənir.
Nə yaxşı ki, Üzeyir bəyin «Leyli və Məcnun», «Əsli və Kərəm» və «Koroğlu» operalarının diskləri buraxılıb, eləcə də, «Şah İsmayıl» operasının. Amma heyf ki, məsələn, Qlierin «Şahsənəm», Müslüm Maqomayevin «Nərgiz» operalarının diskləri buraxılmayıb.
Bəs musiqi şöbəsndə nələrin kartotekaları qalır? Elə bil qəsdən ən dəyərsiz, ucuz və bayağı mahnılar ki, səhərdən-axşamacan efirdə səsləndirirlər.
Aydındır ki, bizim klassik musiqimiz Avropa xalqlarının – italyan, fransız, alman, çex və başqalarının klassik musiqisi ilə müqayisədə çox azdır. İtaliyada və adlarını çəkdiyimiz digər ölkələrdə onlarla dahi bəstəkarlar olub ki, hərəsi 30, 40, 50, hətta 100 opera yazıb-yaradıblar.
Bizim nəyimiz var ki. Üzeyir bəy, Müslüm Maqomayev, Asəf Zeynallı və onlardan sonra gələn bir dəstə demək olar ki, dahi bəstəkarlar – Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Niyazi, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Zakir Bağırov, Fikrət Əmirov, Qara Qarayev, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva… Amma onların da əsərlərinin əksəriyyəti, qeyd etdiyimiz kimi, itib-batıb və orkestrlər də onları təzədən ifa edib lentə aldırmırlar.
Məsələ bundadır ki, həmin xəzinənin – həmin lent yazılarının ömrü əbədi deyil, onlar tamam sıradan çıxa bilərlər. 20-30 ildən çox qalmır, korlanıb gedirlər. Amma radio və teleşirkətdə yəqin ki, bu barədə qətiyyən düşünən yoxdur. Xüsusilə, orada Nizami Xudiyev kimi tamamilə təsadüfi adamlar sədrlik edirlər.
Mən belə təsadüfi adamlardan biri olan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə dönə-dönə müraciət etmişəm ki, Azərbaycanın misilsiz dərəcədə gözəl və unudulmuş operalarını – «Şah Abbas və Xurşudbanu», «Nizami», «Xosrov və Şirin», «Şahsənəm», «Nərgiz» və başqa operalarını Opera Teatrının proqramına daxil etsin. Amma dünyada musiqidən başqa hər nədən başı çıxan və hər nə barədə düşünən bu hörmətli və qocaman nazir eşitmir ki, eşitmir. Əvvələn, ona görə ki, heç Azərbaycan dilini bilmir, yəni Azərbaycan dilində danışmır. İkincisi, qəzetlərimizi, o cümlədən, «Hürriyyət»i oxumur və ətrafında da oxuyan yoxdur ki, ona çatdırsın. Amma necə olsa qulağına çatar, di gəl ki, əhəmiyyət vermir. Çünki bu, onun üçün tamamilə boş şeydir.
Qəribə və anlaşılmaz bir fenomeni açmaq çox çətindir. Necə olur ki, qısa bir müddət ərzində – 30-cu-60-cı illər arasında Azərbaycanda bu qədər parlaq istedadlı bəstəkarlar və müğənilər meydana çıxdı? Bu, çox böyük sirrdir. Onlardan sonra Azərbaycan musiqi mədəniyyətinə ağır bir sükut çöküb. Təsəvvür edin ki, Konservatoriyanın bəstəkarlıq şöbəsinə hər il 5 yer ayrılır, amma ərizə verən demək olar ki, olmur. Bu, doğrudan da çox faciəli bir vəziyyətdir.
Bu faciəli vəziyyət musiqi ifaçılığı, vokal sənəti sahəsində də özünü göstərir. Yarım əsr qabaq Şövkət Məmmədova, Bülbül, Ağababa Bünyadzadə, Əlövsət Sadıqov, Sona Bağırova, Yaqub Rzayev, Qulam İskəndərov, Firəngiz Əhmədova, Firudin Mehdiyev, Məmmədəli Əliyev kimi və estrada və mahnı ifaçılığı sahəsində Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Gülağa Məmmədov kimi nəhənglər vardı. Amma indi kimlər var?
Və Mədəniyyət nazirinin bir borcu da bu böyük sənətkarların xatirəsini əbədiləşdirməkdirsə, burada yalnız bir-ikisinin yaşadığı evin divarına xatirə lövhəsi vurulub, qalanlarının adı silinib gedib. Halbuki, Müslüm bəyin «Şah İsmayıl» operasına qulaq asanda Yaqub Rzayev, Qulam İskəndərov, Firudin Mehdiyev və təkrarsız Firəngiz Əhmədovanın sehrli ifasından zövq almamaq mümkün deyil.
Eləcə də, Dövlət Dram Teatrının uzun illər solisti olmuş və misilsiz dərəcədə gözəl səsli müğənni Məmmədəli Əliyevin tamamilə unudulmaları, evlərinə xatirə lövhələrinin vurulmaması sadəcə, Mədəniyyət naziri uçün rüsvayçılıq sayıla bilər. Eləcə də, vaxtilə Gülçöhrə və Nərgiz rollarının əvəzsiz ifaçısı Sona xanım Bağırovanın tamamilə unudulması mənə görə ağır cinayətdir.
Ay Allah, dünyada hansı ölkədə musiqi deyilən sənətə və sərvətə bu qədər biganə olan bir adam Mədəniyyət naziri ola bilərmi? Əlbəttə, ola bilər, bizdə!

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: