Ucuzluq və dayazlıq

Bəsirətli ispan mütəfəkkiri Baltasar Qrasian çox mənalı «Kritikon» romanında belə bir pritça nəql edir: 

İki cavan, Bəxt pərisinin qəbuluna xahişə gəlirlər. Birinci cavan böyük və ləyaqətli insanların, ikincisi isə adi və bayağı adamların yanında və dilində hörmət qazanmağı xahiş edir.
Bəxt pərisi təbəssümlə hər ikisini dinləyib, arzularını yerinə yetirir.
Və məlum olur ki, birinci cavan gələcəkdə heç bir sərvət və şöhrət qazanmayacaq və qazanmır da. İkincisi isə nəinki var-dövlət sahibi olur, hətta adı dillərdə gəzir.
Aydındır ki, niyə.
Birincini alqışlayanların sayı hər ölkədə, xüsusilə bizdə nə qədər ola bilər? 100, 150, 200 nəfər. Bir-birindən ayrı yerlərdə yaşayan 200 nəfərin hörmətinin nə faydası ola bilər? Heç nə.
Bayağı və adi adamların hörmətini arzulayan ikinci cavan necə? Axı ucuz və bayağı zövq sahiblərinin hər ölkədə, xüsusən bizdə sayı-hesabı varmı? Yox!
Tələbələrimdən Tariyel xəbər verir ki, onların mağazasında ancaq Çingiz Abdullayevin və ya Elxan Elatlının romanları satılır.
Bu adamların birisi artıq 200-ə qədər, digəri də xeyli sayda romanlar yazıb. Məgər bu qədər sayda məzmunlu, mənalı, əqlə və ruha qida verən əsər yazmaq mümkünmü? Yox! Heç Aleksandr Düma kimi böyük istedadlı bir yazıçının da 10-15 romanından başqa 500 cildlik külliyyatının qeyri-adi məna və dəyəri yoxdursa, bizim bu qələm sahiblərinin bu qədər sayda əsərləri necə ola bilər?
Qaldı ki, təbiətən istedadsız və yalnız yaza-yaza yazmağı öyrənən və dünya ədəbiyyatının nailiyyətlərindən xəbərsiz olan keçmiş gizli polis işçisi və ondan daha aşağı səviyyəli birisinin əsərləri hansı böyük məna daşıya bilər?
Amma bu adamlara o lazımdır ki, qazansınlar və buna da nail olurlar.
Məndə son 20 ildə Moskvada nəşr olunmuş 5-6 nəhəng Ensiklopedik lüğət var, hörmətli cənab detektivlər müəllifinin adına rast gəlmək olmur. Halbuki, bu adam rus dilində yazır və çox vaxt əsərlərinin qəhrəmanı da rus xüsusi orqan işçiləridir. Axı onların böyük ədəbi məziyyəti olsaydı, ruslar dərhal onun adını bu lüğətlərə daxil edərdilər. Tembolee, bu silsilə romanların çoxu elə Rusiyada da çap olunub. Bəs niyə 10-15 roman yazan gürcü əsilli Boris Akuninin adı çox yerdə var, bizim müəllifin isə heç yerdə izi-tozu yoxdur.
Ola bilməz ki, hörmətli müəllif, qəlbinin dərinliklərində də olsa, bunun dərdini çəkməsin. Axı özünün qeyd etdiyi kimi, əsərləri çoxlu sayda dillərdə də nəşr olunur. Amma onların maddi gəlirdən başqa nə faydası? Əkrəm müəllim demişkən, bu kişi heç yerdə yazıçı sayılmır ki, sayılmır.
İnsan nə bacarırsa, onu da edə bilər.
Sual oluna bilər: yaxşı, axı Kafka və ya Coys da dönə-dönə Rusiyada çap olunub və dərhal da satılır? Yox, bu, tamam başqa şeydir. Bu, dəblə bağlıdır. Oxuyurlar ki, bəs Kafka və Prust dahi yazıçılardır. Ona görə başa düşdülər-düşmədilər, alıb rəflərə düzürlər. Əksəriyyəti heç oxumur və oxuya da bilmirlər. Çünki Kafka və Prustu oxumaq da böyük hünər istəyir.
Bəli, bəs onda yazıçıya hansı qabiliyyət və istedad verilsə, yaxşıdır?
Aydındır ki, Kafka əsərləri kimi dərin, amma anlayan oxucusu 5-10 nəfər olan əsərlər yazmaq mümkün deyil və belələri yüz ildə bir dünyaya gəlir. Amma ucuz, şablon və ya bayağı romanlar silsiləsi yazanlar dünyada doludur. Hamısı da şan-şöhrətli və var-dövlətlidir.
Məsələn, ingilis Tolkienin fövqəlşöhrətli «Qarri Porter» nağıl-romanlar silsiləsi ideyaca gözəl olsa da, mahiyyətcə cəfəngiyyatdan ibarətdir. Amma di gəl ki, təkcə Rusiyada yüz dəfələrlə, təkrar edirik, yüz dəfələrlə elə nəfis, elə gözəl şəkildə çap olunmuşdur ki, adamın az qala ağlı başından çıxır.
Görünür, uşaqların başını aldatmaq üçün belə cəfəngiyyatlara bu qədər xərc qoyulur.
Amma axı bu, bədii ədəbiyyat deyil, nə qədər yayılsa və şöhrət gətirsə də.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: