Putin və Medvedev…

Putin hələ 12 il də Rusiyaya və dünyaya şərbəşər əməlləri ilə rahatlıq verməyəcək

Bu adam olmasaydı, Ermənistan çoxdan ona bağışlanan əraziləri qaytarıb Dağlıq Qarabağın muxtariyyatına razı olacaqdı, İranda ayətolla rejimi çoxdan dağılacaqdı və bəlkə də, cənublu tısbağa sürətli soydaşlarımız müxtariyyat əldə edəcək, öz dillərində məktəblər açacaqdılar…

Yeltsin, hakimiyyətinin son illərində özünə varis axtarırdı. O, Rusiyanın SSRİ-nin parçalanıb dağılmasından sonra da nəhəng bir imperiya olaraq qaldığını və Çeçen müharibəsinin timsalında Tatarıstan, Başqordıstan, Şimali Qafqaz xalqlarının azadlıq və müstəqillik istəklərini görüb tamamilə parçalanıb dağılacağından qorxurdu.
Ona görə özünə varis kimi bütün bu meyllərin qarşısın? ala biləcək iradəli və qətiyyətli adam axtarırdı. Primakov və başqalarını baş nazir qoyub yoxladı, amma «boş» olduqlarını görüb nəhayət, Putini tapdı.
Amma onun tamamilə SSRİ-nin bərpası fikri ilə yaşayan, bütün əzalarına kimi kommunist olan və KQB-də formalaşan bir adam olduğunu gördü.
Bəs neyləməli? O biriləri Rusiyanın dağılmasının qabağını ala bilməyəcək, bu da diktator olub totalitar rejimə qayıdacaq, bəs neyləməli? Uzun götür-qoydan sonra Putini yanına çağırıb xeyli nəsihət edib, təzədən Rusiyanı sosializmə qaytarmayacağı və ən əsası, azad mətbuatı məhv etməyəcəyinə and içdirib söz aldıqdan sonra hakimiyyəti Putinə verdi.
Və Putin də verdiyi anda demək olar ki, əməl etdi. Çünki onsuz da baş alıb gedən kapitalizmin qabağını alıb təzədən sosializmə qayıtmaq qeyri-mümkün idi. Amma mətbuat sahəsində, xüsusilə kitab, qəzet, jurnal məsələsində verdiyi sözə kişi kimi əməl etdi.
Bəli, kapitalizm qaldı, lakin əsas gəlir sahələrini dövlətin inhisarında saxladı. Neft və qaz ayrı-ayrı şirkətlərin ixtiyarına verilsə də və bu sahələrdə xeyli milyarder əmələ gəlsə də, nəzarət yenə də Putinin əlindədir.
Amma bu adam televiziyanı tamamilə inhisara aldı. Bütün azad və müstəqil telekanallar bağlanılıb və onlarda çalışan demokratik ruhlu publisist və jurnalistlər digərgin salındı. Xüsusilə, bu ildən ən demokratik telekanallar – NTV 2, NTV 4, daha əvvəllər isə «6-cı»kanal bağlanıldı və Kisilyev, Sarokina, Selin, Minayev kimi parlaq publisistlər didərgin salındı.
Putin, Çeçenistanı xarabazara döndərməklə yenə də bu qəhrəman xalqın öhdəsindən gələ bilmədi. Amma onların başçılarını qırdırıb, yerdə qalanlarla danışıb sazişə gəldi. Qərara aldılar ki, ruslar Çeçenistandan tamamilə köçüb gedəcək və bu xalq, bu ölkə tamamilə istədiyi kimi yaşayıb, mərkəzdən yaxşıca pul alıb, amma Rusiya daxilində qalacaq.
Belə də oldu və xarabazara dönən Qroznı parlaq və gözəl binalarla təzədən ucaldı.
Daxili siyasi quruluşda da Nemtsov, Qriqori Yavlinski, Xakamada və başqaları kimi əsl demokratik ruhlu partiya və xalq liderlərini siyasi səhnədən tamamilə kənarlaşdırdı. Amma Vahid Rusiya adlı öz partiyasını təklikdə saxlayarsa, Kommunist Partiyasının təkrarı ola biləcəyini və bütün dunyada məzhəkəyə çevriləcəyini görüb təlxək Jirinovski, kommunist Zyuqanovun partiyalarını və 5-6 eser deputatından ibarət guya, çoxpartiyalı parlament yaratdı.
Aydındır ki, həmin 3 partiyanın nümayəndələri birlikdə də azlıqda qalıb Putinin heç bir təklif, bəyanat və qanununun əleyhinə gedə bilmirlər və getsələr də, heç bir faydası olmur.
Qaldı ki, Rusiya hökuməti, o, əvvəl Kasyanovu seçdi, sonra xoşuna gəlmədi, yenisini axtarıb bu zaman keçmiş kommunist nomenklaturası nümayəndəsinin oğlu gənc Medvedevi yanına çağırıb söhbət etdi və belə qərara gəldilər ki, Medvedev Rusiya hökumətinin sədri, yəni baş nazir olsun. Amma əlbəttə ki, Putinin komandasının nümayəndəsi kimi.
Və belə də etdi.
Bu zaman yeni bir əngəl meydana çıxdı, Rusiya Konstitusiyası. Konstitusiyada yazılıb ki, bir adam yalnız iki dəfə prezident ola bilər. Dünyada şeytana papuş tikməkdə tayı-bərabəri olmayan hiyləgər keçmiş KQB polkovniki burda da əlac tapdı. Medvedevlə danışıb belə qərara gəldilər ki, 4 il prezidentliyi öz gənc tərəfdarına həvalə etsin. Amma bir şərtlə ki, yenə Putin nə deyirsə, yəni özünə götürdüyü baş nazir vəzifəsinin sahibi nə deyirsə, prezident də onu edəcək.
Beləliklə, Putin 4 il səbr edib Medvedevin bir sıra yüngülvari şıltaqlıqlarına da dözdü. Sonra yenə danışdıqları kimi, prezidentliyi əlinə alıb, səlahiyyət dövrünü də 4 ildən 6 ilə qaldırdı və deməli, hələ 12 il də Rusiyaya və dünyaya şərbəşər əməlləri ilə rahatlıq verməyəcək.
Və doğrudan da, gördüyümüz kimi hər şey belədir və deməli, hələ 11 il də belə olacaq.
11 ildən sonra hakimiyyəti kimə verəcək, məlum deyil. Məlum deyil ki, bu adam Medvedev olacaq, ya olmayacaq. Çünki onun üçün Medvedevdən də artıq özünə oxşayan birisi tapılacaq: qətiyyətli, aqressiv, öz xalqını və bütün dünya xalqlarını əsarətdə görmək istəyən, beynində yeni güclü hərbi silahlar yaratmaqdan və Amerikanı hegemonluqdan yıxıb, özü hegemon olmaqdan başqa heç nə olmayan rus tapmaq yəqin ki, çətin bir iş olmayacaq.
Təsəvvür edin ki, bu adam olmasaydı, yerində Yeltsin kimi demokratik ruhlu birisi olsaydı, Ermənistan çoxdan ona bağışlanan əraziləri qaytarıb Dağlıq Qarabağın muxtariyyatına razı olacaqdı, İranda ayətolla rejimi çoxdan dağılacaqdı və bəlkə də, cənublu tısbağa sürətli soydaşlarımız müxtariyyat əldə edəcək, öz dillərində məktəblər açacaqdılar, Şimali Koreya atom bombası ilə ABŞ, Yaponiya və dünyanı hədələyə bilməyəcəkdi, əsarət adası olan Kuba təzədən azadlıq adası olacaqdı, Uqo Çaves Venesuellada sosializm qurmağa cəsarət etməyəcəkdi, Bəşər Əsəd çoxdan cəhənnəmə vasil olub, suriyalılar onun degenerat üzünü görməkdən xilas olacaqdılar və s. və i.
Lakin dünyanın işi bilinməzdir. Putinin reytinqi təxminən 20 faiz enib və o, bütün – həm prezident, həm Duma, həm də regional seçkilərini artıq güclə saxtalaşdırır və yaxşı ki, bütün bunlar RBK telekanalında hələ müəyyən çərçivədə xalqa çatdırılır.
Putin, bütün müxalifətçiləri və dissidentləri ya ölkədən qovub, ya da həbsxanalara doldurub və sabah da onun üçün heç də xoş görünmür. Uqo Çaves getdi, deyirlər Bəşər Əsəd d? ölüb. Amma ölməsə də, hər halda bugün-sabahlıqdır, İranın da gələcəyi yəqin ki, İsrailin atom və ya raket zərbələri ilə hədəf altındadır və bu hədəfin qurbanı olacaq.
Ona görə hadisələr heç də dünyanın bu sonuncu diktatorunun istədiyi kimi getmir.

P.S. Bu adamın beyni prosto möcüzədir. O, xalqa qarşı çevrilən «xalq cəbhəsi» yaradır, yəqin ki, Yedinaya Rossiya Partiyasının axırının çatdığını görüb əvəz etmək üçün. Çünki parlamentdə ki çoxluq əldən getdi, deməli, Putinin də dövranı qurtardı. Hər halda, sağlıq olsun.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: