Çaylar, nəhrlər haradan yaranır?

…Cənab Mir Sərçə, bunu ona görə edirəm ki, sən və sənin kimilər kim və nə olduqlarını bilsinlər

Mənə xəbər verdilər ki, ANS-də hörmətli Mir Sərçə müəllim məni az qala plagiatlıqda günahlandırıb, rusdilli ədəbiyyatdan bəhrələndiyimi bəyan edib.
Bəli, doğrudur, mən ruhən avropalıyam və bunu həm poetik, həm nəsr, həm də publisistik əsərlərimdə dönə-dönə qeyd də etmişəm. Təsadüfi deyil ki, məni hətta «Şərqin Kafkası» adlandırırlar.
Bəli, mən Nitşe və Kafka yaradıcılığı ilə tərbiyələnmişəm. Bu dahi mütəfəkkirlər həyatı və insanları, xüsusilə dövlət aparatlarını olduqları kimi görmək üçün xüsusi pəncərə açmışlar.
Min illər qabaq kimsə dahi bir insan tikdiyi daxmaya ilk dəfə kəşf etdiyi şüşədən pəncərə qoymuş və evini işıqlandırmışdır. Mən də eləcə, «evimə» bir növ pəncərə qoymuşam.

Mən bir çox əsər və silsilə yazılarımda formanı götürmüşəm, məsələn, pritça formasını. Lakin pritça bir janr kimi hələ Kafkadan qabaq da mövcud idi. Qələmimdən çıxan 1000-ə qədər pritçanın heç biri Kafka pritçalarının hansı birinəsə bənzəmir, birindən başqa. Həmin pritça da elə Kafkanın özünə həsr olunmuşdu.
Yəni biz qardaşıq, dünyagörüşümüz yaxındır, amma ayrı-ayrı havalar çalırıq.
Mən demək olar ki, Avropanın qədim və sonrakı bütün yaradıcı adamlarının, bütün zəka sahiblərinin, yazıçı və dramaturqlarının əsərlərinə bələdəm və böyük əksəriyyətini oxumuşam, hətta bəzilərini orijinalda. Məsələn, Qobinonun şah əsərlərini.
Bütün bunlardan sonra mən həmin böyük sənətkarların və mütəfəkkirlərin ağlına gəlməyənləri qələmə almışam.
Məgər «Ehram», «Artakserks» və «Sasanilərin sonu» romanları dünya nəsrində tamamilə yeni bir söz, yeni bir hadisə deyilmi?
Əlbəttə, əgər Kafka olmasaydı, bəlkə də mənim pritçalarım və adlarını çəkdiyim bəzi romanlarım yazılmazdı. Amma bunu da qəti demək olmaz, çünki bir çox əsərlərimin mövzusunu yuxularımda görmüşəm.
Publisistikaya gəldikdə isə, cənab Mir Sərçə, məsələn, Artur Kestler yazırsa ki, «insan təkamülün səhvidir» və mən bu fikri azərbaycanlı oxucularıma çatdırıram və ona geniş şərh yazıramsa, bunu ona görə edirəm ki, sən və sənin kimilər kim və nə olduqlarını bilsinlər. Mən ki, bu fikri özümə götürmürəm, gizlətmirəm, lakin ondan bəhrələnib daha irəli gedirəm. Çünki kişinin dediklərinin əyani nümunələri ətrafımda doludur və mən bu ətrafımdakıların simasında Kestlerin haqlı olduğunu sübut edirəm.
Amma sən, məni haqsız olaraq qınayırsan, çünki səviyyən bu dərəcədədir və məni bütün mahiyyətimlə görmürsən və ya görə bilmirsən. Başqaları isə görür, amma paxıllıq, vicdan yoxluğu onları da məni görməməyə məcbur edir. Amma məgər bununla mən yox oluram?!
Yox, məni görürlər və Azərbaycanda Üzeyir bəydən başqa sağlıqlarında heç kimə deyilməyən epitetlərlə adlandırırlar. Özü də qohum və dostlarım yox, yerlilərim yox. Pulum, vəzifəm və arxalarım da yoxdur ki, bu epitetlər və yüksək qiymətlər məqsədli olsun, kiməsə qazanc gətirsin.
Əksinə, o yüksək epitetlər ki mənə verilir (internetdə yəqin ki, dönə-dönə oxumusuz), müəlliflərinə heç cür sərf eləmir və hətta bəlkə, onlar üçün təhlükəlidir də. Amma ürəklərinin istədiyini deyirlər. Və belə yazılardan birini külliyyatımın XII cildinə daxil etməklə yəqin ki, günah iş görmürəm.
Beləliklə, cənab Mir Sərçə, «Ehram» və «Artakserks» romanlarını al oxu, bu günlərdə kütləvi halda nəşr olunacaqlar, al oxu və bilmədiyin, görmədiyin həqiqətləri görüb gözlərin bir az açılar. Çünki dünyada həqiqəti görməkdən və etiraf etməkdən yüksək bir ucalıq və xoşbəxtlik yoxdur.
Sənin beynin gecə-gündüz qazanc gətirən praqmatik fikirlər və düşüncələrlə işləyir, mənim beynim isə tamam başqa şeylər düşünür. Və 10-12 yaşımdan gecələr saatlarla ulduzlara baxıb, bütün bu tamaşanın nə olduğunu, nə qədər qəribə və mənasız olduğunu düşünmüşəm.
Əgər mən Platon, Şopenhauer, Viko və başqa saysız-hesabsız mütəfəkkirlərin dünyasına baş vurub oradan bəhrələnmişəmsə, bu bəhrələr tamamilə yeni ideyalar, yeni süjetlər, yeni məzmun və yeni dünyagörüşlər şəklində öz əksini tapıb. Əgər onların əsərlərində və dünyagörüşlərində öz düşüncələrimlə uyğun olanları görmüşəmsə, buna sevinmişəm və bu sevinclərimi də ifadə etmişəm. Məgər bu pisdir?
Mən neyləyim ki, bircə nəfər də, sözün tam mənasında, həmsöhbətim yoxdur və sənin kimi cırtdanlar və piqmeylər arasında yaşayıram.
Hələ yaxşı ki, dərinliklərə getməyən olsalar da, müəyyən həmsöhbətlərim var, yoxsa əlbəttə, bəlkə də dəli olardım.
Bəli, başqalarının başqalığına, buludlar aləmində pərvazlanmağına dözmək hətta ağıllı, yaxşı və vicdanlı insanlar üçün də çətindir.
Dünyada heç kimin etiraf etmədiyi, etməyə gücü çatmadığı həqiqət – yanındakının nadirliyini və əlçatmazlığını etiraf etməkdir. Ona görə, cənab Mir Sərçə, səni başa düşmək olar.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Çaylar, nəhrlər haradan yaranır?

  1. Aftandil Talish Man

    Siz neninki Azerbaycanin hettda dunyanin en deyerli incilerindensiniz.Sizin felsefenizle uwaqliqdan boyumuwem ve bu butun dunya goruwumu deyiwib.Sizinle bir dovurde yawamaq boyuk qururdu amma tessufleniremki helede sizinle canli unsiyyetim olmayib.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: