Niyə Babək yox, Tesla?

Çünki bu adam, yəni Tesla yarımdəli olmuşdur

 Azərbaycanda böyük vəzifələrə əksərən nəinki bu vəzifəyə ölkədə, hətta bütün dünyada ən uyğun olmayan adamlar təyin olunur. Belələrinin ən parlaq nümayəndəsi ixtisasca fizik olan şəhərimizin hörmətli professor meridir.
O gün yanından ötəndə 28 may vağzalı yanındakı istirahət guşəsində kimin heykəlini görsəm yaxşıdır, bəli, təəccüb etməyin, milliyyətcə serb olan ABŞ elektrik ixtiraçısı Nikola Teslanın.
Burada deyiblər ki, heç dəxli var.
Əgər ixtisasca fizik olduğuna görə fizika sahəsində dünya elminə böyük töhfələr verən alim heykəli qoydurmaq istəyirdinsə, dahi Eynşteyn və ya Kvant nəzəriyyəsinin banisi ləyaqətli Maks Plank və ya ilk dəfə atomun daxilini görüb təsvir edən Rezerford kimi nəhənglər qala-qala, niyə məhz Tesla?
İkincisi, məgər özümüzün heykəli ucaldılmağa ehtiyac olan zəka sahiblərimiz azdır və ya yoxdur ki, gedib amerikalıya abidə ucaltmışıq?
Cənab mer, nə olardı bu heykəli dünya şöhrətli alimimiz Nəsrəddin Tusiyə və ya not sistemini kəşf etmiş Səfiəddin Urməviyə qoyduraydız.
Ya da dahi yazıçımız Qurban Səidə, lap elə böyük Məhəmməd Hadiyə və ya nakam Əli Kərimə və ya Azərbaycan romansının banisi Asəf Zeynallıya, ya təkrarsız milli iftixarımız Rəşid Behbudova, lap elə Azərbaycan üçün gözəl opera yazan rus bəstəkarı R. Qliyerə. Bu siyahını nə qədər desən, uzatmaq da olar.
Amma ixtisasca fizik olan merimiz amerikalı elektrik mütəxəssisinə üstünlük verib. Bəlkə hardasa, həyatında Tesla ilə bağlı bir əhvalat olub, ola bilər. Ya bəlkə kim bilir, hardasa, qohumudur, o da ola bilər. Amma axı niyə Faradeyin və ya Amperin yox, məhz Teslanın?
Bilirsizmi niyə? Çünki bu adam, yəni Tesla, xidmətlərinə baxmayaraq, bir az, bir az da yox, lap çox yarımdəli olmuşdur. Nə bilim, elektriklə kainata hökm etmək istəmişdir və buna uyğun olan təcrübələrlə məşğul olmuşdur.
Bəli, güman ki, bizim mer müəllimə də Teslanın məhz bu cəhəti xoş gəlir. Ona görə xalqın pulu ilə (öz cibinin pulu ilə yox a»!) amerikalı yarımdəli, yarımdahi elektrik fizikinə belə bir gözəl abidə qoydurub.

P.S. Milliyyətcə serb olan Teslanın Belqradda heykəlləri, büstləri az deyil. Amma bu heykəl öz möhtəşəm səsi ilə az qala Opera Teatrımızın pəncərələrini qırıb-tökən Ağababa Bünyadzadəyə qoyulsaydı, daha yaxşı olmazdımı, mer cənabları?

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: