İqor Vittel

Bu adam üçün açıqlanması qadağan olunan heç bir hadisə, məlumat və ya bəyanat yoxdur

Mənşəcə çox müəmmalı, zahirən qəribə, daxilən və xaraktercə isə hədsiz ağıllı, məntiqli, hazırcavab və ən başlıcası, cəsarətli və obyektiv olan bu teleaparıcı İrina Proxorova ilə bərabər RBK telekanalının demək olar ki, ürəyidir.
Putin əksər kanalları, xüsusilə NTV 2 və NTV 4-ü ləğv etdikdən və ya ağızlarını yumduqdan sonra İ.Vittel siyasi şərhçi kimi, – əlbəttə, Rusiya məkanında, – demək olar ki, hər gün efirə çıxır. Və bu adam demək olar ki, hər gün də Putinə, onun siyasətinə və əməllərinə, ideya və istəklərinə meydan oxuyur, gah ironiya şəklində («kommunist Putin», «tovariş Putin»), gah da açıq və birbaşa.
Bu adam üçün açıqlanması qadağan olunan heç bir hadisə, məlumat və ya bəyanat yoxdur, dünyanın hansı ölkəsində olursa-olsun. Ən çox isə, əlbəttə, Rusiyada.
Aydındır ki, Putin bütün varlığı ilə SSRİ-yə qayıtmaq, o dövlətin prinsip və qayələrini, amma sovet şəklində yox, rus kimi həyata keçirmək, yenə də dünyada ikinci hegemon dövlət kimi istədiyini etmək arzusu ilə yaşayır. SSRİ-nin himnini saxladı, Kommunist Partiyasını saxladı, Lenin movzoleyini göz bəbəyi kimi qorudu, indi də sosialist əməyi qəhrəmanını və deməli, kolxozları bərpa edir, yeni dərsliklər yazdırıb bütün ölkə üçün vahid düşüncə tərzi tətbiq etməyə başlayıb.
Vittel bütün bunları görür və Putin və Medvedevin bu istiqamətdə ağızlarından nə çıxırsa, dərhal dilə gətirir, özü də ironiya şəklində.
Məlumdur ki, son 12 ildə Vittel kimi adamlar çox olub, – Kisilyev, Sorokina və s. – Putin onların hamısının başını yeyib aradan götürüb, ya da didərgin salıb.
Bəs Vittel necə olacaq? Bu adam bütün bu faktları, Kisilyev, lap bu yaxınlarda Selin və başqalarının başına gələnləri bilə-bilə necə və niyə buna gedir? Və bütün bunlar nə vaxtacan davam edəcək?
Burada bir neçə variant ola bilər. Əvvələn, mümkündür ki, əslində Putin, onun heç bir tədbirinə mane ola bilməyəcəyi üçün, RBK-nın müqavimətinə, müxalifətliyinə dözüb Avropa və dünyada özünün demokratikliyinə nümunə kimi saxlayır.
Bu güman mümkündür, amma çox az.
Məlumdur ki, Putin əsl müxalifət partiyalarını və onların liderlərini – Nemtsov, Qriqori Yavlinski, Xakamada və s. – tamamilə kənar edib İsa Qəmbər gününə saldığı üçün və hətta ölkə daxilində də artıq nüfuzunu və populyarlığını demək olar ki, açıq-aşkar itirdiyi üçün sadəcə olaraq Vittel və ya Proxorovaya gücü çatmır.
Ola bilər ki, ona nisbətən demokratik siyasi xadim olan Medvedev də onlara toxunmağa razı olmayır. Hər necə olsa, ölkənin iki nömrəli adamıdır.
Bundan başqa, deyirlər ki, Putinin səhhətində də artıq problemlər var, yaşca da xeyli qocalıb. Bəli, heç bir tiran ölməz deyil və yaxşı ki, qocalmaq, əldən düşmək və Uqo Çaves kimi çarəsizliyə düçar olmaq da hələ var.
Doğrudan da, son 10-12 ildə siyasi riyakarlığını onun gözünün içinə söyləyən onlarla cəsarətli və ləyaqətli insanları müxtəlif yollarla, hətta xaricdə olsalar belə, aradan götürüb məhv edən bir uzurpatoru hər gün açıq və örtülü şəkildə sillələmək nə qədər kişilik və böyük ürək istəyir.
Sağ ol, Vittel! Eşq olsun sənə və sənin kimiləri doğan analara!
Doğrudan da, burnunu «otxodlara» soxub qidalanmaqdan başqa heç nə bilməyən məmurlar və ziyalılar sürüsü içində yaşamaq nə qədər acıdır.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: