Sabirin iki misrası

«… Qəmim ki var, mənim ancaq budur: qiyamətdə 

Ki, bir də görməliyəm iş bu millətin üzünü»

Bəli, bu sözlər, bu misralar o zaman deyilib ki, ölkəmizdə onlarla qəzet və jurnal nəşr olunurdu və hamısının da öz oxucusu, hətta abunəçisi vardı. «Molla Nəsrəddin» kimi jurnalın isə bir neçə min nüsxəsi bütün Asiya ölkələrinə yayılırdı.
İndi isə doğrudur, qəzetlər çoxdur. Amma hərəsi cəmi bir neçə yüz nüsxə ilə çap olunur və özləri də onun-bunun verdiyi qəpik-quruşla dolanırlar.
O vaxt, Sabir zamanında opera tamaşaları adamla dolu olurdu, indi isə o boyda teatr binasında heç yüz nəfər də olmur.
Doğrudur, indi milyonçularımızın sayı o dövrki milyonçulardan bəlkə də, yüz dəfə çoxdur. Amma o milyonçular hara, indikilər hara! Onda Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi kişilər vardı, indi isə qəpik görəndə əyilib götürən dılğırlar.
Yəqin ki, bütün banlara görə xalqının vicdanı olan Mirzə Ələkbər Sabir dəhşətə gəlirdi ki, öləndən sonra haçansa qiyamət günü yenə bu millətin üzünü görəcək!
Bəli, qiyamət mütləq olacaq, özü də yəqin ki, çox qalmayıb. Amma xoşbəxtlikdən çətin ki, o vaxt Sabir təzədən dirilib millətinin üzünü görə. Çünki ölən bir də dirilməz.
Doğrudur, biz də hər gün xalqa eninə-uzununa çəkir, əməllərini gün işığına çıxarıb o ki var, cəmdəyinə döşəyirik, hərçənd ki, xalqın bundan xəbəri olmur. Lap olsa da, heç bir ağrı-zad hiss etmir. Çünki eşşəyi lap eşşək dilində nə qədər söysənsə də, vecinə almayacaq. Hətta eşşək belə, vecinə alsa da, bizimkilərə söz zərbəsi qətiyyən təsir eləmir.
Bunları bilirik. Amma doğrusu, heç ağlıma gəlməzdi Sabir millətin əlindən bu dərəcədə zara gəlib ki, hətta qiyamət günü bir də onun üzünü görəcəyindən dad çəkib.
Sabir evində oturub sabun bişirirdi, şeirlərini də ondan-bundan «Molla Nəsrəddin»ə göndərirdi. Televiziya yox idi və yalnız hərdənbir harasa gedəndə millətlə rastlaşırdı. Biz yazıqlar isə avtobusla işə gedib-gəlir, bütün günü televiziyada bunların gözəl murdar üzlərini görürük. Xoşbəxtlikdən mən neçə illərdir ki, artıq bizim telekanallara baxmıram. Amma qonşularla, yoldan ötüb keçənlərlə, ən çox da avtobusda oturanlarla hər gün rastlaşıram. Bu donuq, bu sırtıq, bu ləyaqətsiz və bəsit insan üzləri ilə.
Nə yaxşı ki, Sabir kimi qiyamət günü onların, bu avtomobil sükanı arxasında oturan acgöz və lovğa üzləri, bu «heyvan» üzlərini bir daha görməyəcəyimizi bilirəm.
Binəva Sabir isə hey bunun dərdini çəkirdi. Çünki nə qədər böyük zəka və vicdan sahibi olsa da, hardasa, avam idi və qiyamət günü diriləcəyinə inanırdı.
Ya bəlkə də sadəcə, bu hadisədən bir metafora kimi istifadə edirdi.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: