Məntiqin düşmənləri

XXI əsrdə dünyada cəmi bir cəhənnəm var, totalitar sistemlər çoxdur. Müəyyən yarımcəhənnəm sistem və rejimlər az deyil. Ancaq onların hamısında maddi yox, mənəvi zülm hakimdir. Kuba, Şimali Koreya, Çin, Orta Asiya respublikaları, Rusiya, İran, Suriya və s.

Lakin heç bir real təsiri olmayan, nisbi mətbuat azadlığından başqa başdan-başa, təpədən-dırnağadək korrupsiyaya qərq olmuş, haqsızlıq, ədalətsizlik, hərc-mərclik, dərəbəylik, zorakılıq və riyakarlıq səltənəti olan ölkə isə bir dənədir.
Bəli, elədir. Bəs niyə ABŞ, Avropa Birliyi ölkələri bu cəhənnəm vadisinə, bu dərəbəylik səltənətinə heç bir reaksiya vermirlər? Ona görə ki, axı dönə-dönə deyilib.
O ölkələr o diktatorları, o səltənət xozeynlərini cəzalandırırlar ki, Səddam Hüseyn kimi ya onları saymır, ya onların mənafeyinə toxunur, ya onlara meydan oxuyur, ya da onların çaldığı ilə oynamırlar. Bütün bunların əksini nümayiş etdrən bir rejimə kim toxunar?
Heç kim qorxmur və hamı qorxur. Qəribə paradoksal vəziyyətdir. Haqsızlıq edəndə, rüşvət alanda, dərəbəyliklə məşğul olanda heç kimdən qorxmurlar! Əksinə, ədalət nümayiş etdirəndə, doğru danışanda, həqiqəti söyləyəndə, qanuna çağıranda qorxurlar.
Qorxurlar, çünki birinci halda heç bir cəza yoxdur, ikinci halda isə cəzalananların sayı-hesabı yoxdur.
Qəribə deyilmi ki, ölkə rəmzi sanki neylədiyini bilmir və ya bəlkə də, bilir. Qorxur və qorxudur.
Qorxur ki, məntiqin nə olduğunu bilmir. Eyni zamanda onu da bilmir ki, ağalıq etdiyi ölkənin sakinləri də məntiqdən tamamilə xəbərsizdirlər və buna görə onlardan qorxmağa qətiyyən dəyməz.
Ümumiyyətlə, ölkədə hamı məntiqin düşmənidir və ölkə tamamilə məntiqsizlik səltənətidir. Və özü də bilmir ki, onun bütün gücü və enerjisi xalqın məntiqsizliyindən gəlir.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: