Ölümün üstünə hücuma keçənlər

Ölüm hər yerdə daim insanların ətrafında hərlənir, amma onlarla sanki işi yoxdur. Belə olmasaydı, insanlar sayca bu qədər artıb-çoxalmazdılar.

Lakin bəzi insanlar da var ki, ölümün üstünə hücum çəkir və təbii ki, qüvvələr qeyri-bərabər olduğuna görə məğlub olub zavala gəlirlər.
Bunlar «qəhrəman» adlanan azadlıq və ədalət carçılarıdır ki, affekt vəziyyətində ölümün üstünə atılıb canlarını öz amallarına qurban verirlər.
Belələri çoxdur. Onları xüsusilə, hazırkı ərəb ölkələrində, Əfqanıstanda və nəhayət, raşadətli Dağıstan və Şimali Qafqaz bölgələrində hər gün görürük.
Belələri, əlbəttə, güclü qəzəb hissinin ədalətsizliyin azğınlığına tab gətirə bilməməyin təsiri ilə ölümün üstünə gedirlər.
Bəzən bu hal kütləvi şəkil alır və o zaman millət istəyinə çatır. Lev Nikolayeviç Qumilyev belələrini passionarlar, yəni hissiyyatlı, ehtiraslı insanlar adlandırır.
Bu cür qəhrəmanlıq əsasən hələ tam ağla dolmayan gənc oğlan və qızların nəsibidir.
Bir də var Rafiq Tağı kimilər. Bunlar da ölümün üzərinə hücum çəkir, amma burda məsələ xeyli qəlizdir.
Onlar şüurlumu buna gedirlər? Axı bu yaşlı adamların affekt dövrü çoxdan keçib. Bu, ani qəzəb hissi ilə dolub-daşmağın nəticəsi deyil.
Bəs Əkrəm kimi praqmatik buna necə gedib?
Axı bu adamlar Lenin kimi başlarını «çürümüş divara», qətiyyətsiz və insanpərvər II Nikolaya kəllə vurmur, «qaya» ilə, ölüm ilə kəllə-kəlləyə gəlirlər.
Bəs niyə? Axı onlar neylədiklərini, nəyə getdiklərini bilirlər.
Burda müxtəlif səbəblər ola bilər. Ən ağlabatanı düz haqq-hesab edilməməsidir. Düz haqq-hesab edilməyib özlərini, öz qüvvələrini olduğundan qat-qat artıq qiymətləndirmələrinin nəticəsi ola bilər. «Ölüm» «buna cəsarət edə bilməz», – düşüncəsinin məntiqidir.
Onlar güman ki, belə düşünürdülər. Onlar və adlarını sadalamaq istəmədiyim əvvəlkilər.
Ola bilərmi ki, belələri «əşşi, cəhənnəmə ki, nə olur-olsun, sözümü deyəcəyəm, adımı ki, tarixə qızıl hərflərlə yazacağam» – kimi düşünsünlər?
Ola bilər. Amma çox az, nadir hallarda bu, mümkündür. Əgər Avropa ölkəsi olsaydı, o başqa məsələ. Amma biz axı canını hər şeydən çox istəyən, sərvətə qurban verməyə hazır olub milləti qurban verməyi qətiyyən ağıllarına gətirməyən aziatlarıq.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: