Ölkəni aristokratlar yaşada bilər

«İdman» telekanalında Rəşad Rafiqoğlu adlı dazbaş bir aparıcı var. Çox subyektiv adamdır. Bir neçə gün qabaq «Real»la «Barselona» oyunu qabağı bu adam iddia edirdi ki, guya, Ronaldo Messiyə tərs-tərs baxıb paxıllıqdan az qala ölə. Ay dılğır plebey, burada oturub İspaniyada adamların üzünə baxıb onların paxıllıqdan ölüb-ölmədiyini haradan bilirsən? Sən belə böyük psixoloq və zəka adamısansa, get özünə yaxşı bir sənət tap da.

Belələri hər yerdə var və hətta dövlətli ailələrindən və ya təzə dövlətlənənlərdən olsalar belə, fərqi yoxdur, dılğır və plebey olaraq qalırlar. Çünki insan nəsildən, anadangəlmə zadəgan və ya aristokrat olur.
Roma dövləti heç şübhəsiz ki, məhv olacaqdı. Amma ağıllı və nüfuzlu adamlar Sullaya başa saldılar və onu inandırdılar ki, gənc Yuli Sezarı məhv etməyə dəyməz. Çünki qədim qəhrəman Eney nəslindən, Yulilər nəslindəndir və beləsinə qıymağa dəyməz.
Az sonra gənc Yuli Sezar da nəinki onu xilas edənlərin məsləhətini və uzaqgörənliyini doğrultdu, nəinki Romaya saysız qələbələr gətirdi, eyni zamanda onu qat-qat genişləndirib imperiyaya çevirdi və bununla da tarixin göylərində əbədi bərq vuran günəşə çevrildi.
Gədələrin, dılğırların hakimiyyətə gəlməsi etnos və dövlət üçün fəlakətdir. Belələri mütləq yalnız despotizm hesabına hakimiyyətdə qalacaq və millətin bütün ləyaqətli oğullarının başını yeyəcək.
Öz sərsəm ideyalarını zorla tətbiq edib, milyonlarla insanı məhv etməkdən də çəkinməyəcəklər.
Robespyer və ya Lenin, çəkməçi oğlu Stalin və ya kazak soldatı Rza xan Pəhləvi kimi tarixdə görünməmiş riyakarlıq və zülm səltənəti yaradacaq, ölkəni elə bir bataqlığa salacaqlar ki, heç yüz illərlə də oradan çıxmaq mümkün olmayacaq. İranı, Rusiyanı və ölkəmizi buna misal göstərmək olar.
Ona görə Pənah Hüseynov kimi qarpızsatanlardan siyasi və dövlət xadimi çıxa bilməz.
Ölkəni, nə qədər ağır vəziyyətdə olsa da, gec-tez zadəganlar nəslinin nümayəndənləri xilas edir. Eyni zamanda məhz belələri ölkənin ləyaqətli oğullarının dəyərini və qədrini bilir.
Dılğır şahlar və liderlər öz ətraflarına özləri kimilərini və onların övladlarını yığır. Ağıl, mənəviyyat və istedad sahibləri olan əyilməz insanları isə, indi bizdə olduğu kimi, ehtiyac və aclığa məhkum edirlər.
Makedoniyalı İskəndər, Harun ər Rəşid, Yuli Sezar, Böyük Karl, Şah İsmayıl Xətai, Mir Cəfər Bağırov kimilər öz ölkələrinin ən məğrur, ləyaqətli, müdrik və hətta hökmdarın nöqsanlarını belə, üzünə deməkdən çəkinməyənləri ətraflarına yığırdılar.
Mir Cəfər Bağırov vaxtı olan kimi yanına Üzeyir bəyi, Məmməd Səid Ordubadini çağırıb onlarla nərd oynayırmış.
Bu günlərdə təsadüfən elitamızın toplaşdığı bir müşavirədən televiziya görüntülərinə baxdım. Dövlət başçısı danışır, zaldakılar qulaq asırdı. Amma necə! Ay Allah, bu insanların üzündə nə qədər qorxu, vahimə, həyəcan, köləlik əks olunmuşdu. Məgər bu cür mühit yaratmaqla tarixə yazılmaq mümkünmü?
Baxın, ölkədə prezident təqaüdü kimlərə verilir, tamamilə cındır şou-biznes müğənnilərinə və universitet və akademiya institutlarındakı dəyərsizlərə və nəhayət, Yazıçılar Birliyinin Kələntər Kələntərli kimi üçüncü, dördüncü dərəcəli yaradıcı üzvlərinə.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: