Dahilik nədir?

Dahilik ən adi, əslində isə qeyri-adi şeylərdə və hadisələrdə gözəlliyi görmək, hiss etmək, bunlardan təəssüratlanmaq və bütün bunları beləcə, qeyri-adi dərəcədə parlaq və mənalı sözlər, ifadələr, abzaslar, səhifələr, fəsillər və nəhayət, əsərlərlə, səslərlə və rənglərlə əks etdirməkdir.

Bu qabiliyyət gənclik dövründə yonulmamış, pardaxlanmamış almaz şəklində olur, sonra isə getdikcə cilalanıb brilyanta çevrilir.
Bunun üçün, əlbəttə, illərlə dərinliklərə və gözəlliklərə baş vurmaq lazımdır. Bu isə dərin istək, ehtiras hesabına mümkündür.
Gözəllikləri, dərinlikləri dəli bir ehtirasla axtarmaq, onlara əl atmaq, varmaq, onların gözəlliyi, ətri, cazibəsi və ölməzliyi ilə yaşamaq ən nəhayətdə sənə də elə parlaq, dərin və təravətini daim özündə saxlayan sənət nümunələri, esselər, traktatlar və hər cür əsərlər – hekayə, roman, mahnı, romans, ariya və orkestr əsərləri, tablolar, portretlər, mənzərələr yaratmaq qüdrəti və imkanı verir.
Və beləliklə, sən bütün gözəllikləri mənimsəyib dərinliklərə baş vurandan sonra özün də onlara bənzər, amma tamamilə yeni, çox vaxt saf və aydın, bəzən qəliz və hətta dərkedilməz sənət nümunələri yaradırsan.
Lakin çox vaxt bu yaradılanlar çoxluğun səviyyəsinə, qavrayışına, dünyagörüşünə uyğun olmur, nəinki uyğun, hətta onlara zidd olur. Bu halda sən və yaratdıqların gərəksiz və xoşagəlməz bir şeyə çevrilir və heç kimdə maraq və əks-səda oyatmır.
Çox vaxt belə də olur.
Lakin tək-tək hallarda sənətin gözəlliyi elə bir sadəlik, ahəngdarlıq, cazibə və işıqla bərq vurur ki, hamının gözlərini qamaşdırır. Bu isə yalnız nadir hallarda baş verir, məsələn, Üzeyir bəy Hacıbəyovun timsalında.
Bəzən də bütün bunlar, bütün bu dərinlik və gözəlliklər qürub çağında, ya da əksər hallarda ölümündən sonra, o da dəb gücünə və ayrı-ayrı fərdlərin bəsirəti hesabına gecikmiş şöhrət çələngi ilə mükafatlanır ki, artıq yaradıcısına heç bir faydası dəymir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: