Kafkanı qanmayan Avropa

Hələ də qanmırlar ki, Kafkanın təsvir etdiyi Qəsr fantasmaqoriya deyil…

Bu günlər şagirdlərimdən birinin internetdən köçürüb mənə bağışladığı hansı bir Avropa rejissorunun çəkdiyi «Kafka» adlı filmə baxdım. Çoxdandı ki, məndə idi, amma baxmağa maraq göstərmirdim. Çünki elə bil boş və mənasız şey olduğunu əvvəldən hiss etmişdim.
Budur, nəhayət, baxdım və gördüm ki, doğrudan da cəfəngiyyatdır.
Ümumiyyətlə, Avropa ziyalıları və ədəbiyyat, mədəniyyət və kino elitası qəribə məxluqlardır. Onların içindən Kafka, Coys, Kamyu, Toynbi, Rassel, De Bor, Centilye kimi dahilər və sağlam düşüncəlilərlə yanaşı B.Şou, J.P.Sartr və L.Fextvanger kimi Stalin rejimini azadlıq və firavanlıq səltənəti hesab edən onlarla, hətta yüzlərlə yazıçı, dramaturq və filosoflar da çıxıb.
Sartr kimi zəka sahibinin bu dərəcədə siyasi korluğuna və subyektivizminə məəttəl qalırsan.
Kafka haqqında bütün Avropa ölkələrində, xüsusilə Avstriya, Almaniya, Çexiya və Fransada hər il yüzlərlə, bəlkə də minlərlə monoqrafiya, traktat, ön söz, esse, resenziya və s. çap olunduğu kimi, özü və əsərləri haqqında bədii və sənədli filmlər də çəkilmişdir və bu da dahi yazıçının yaradıcılığına olan tükənməz marağın nəticəsi sayıla bilər.
Lakin bununla belə, bu adamlar əslində Kafka yaradıcılığının məna və əhəmiyyətini hələ də qanmırlar.
Qətiyyən!
Budur, filmdə kaşmar (qarabasma), syürrealist bir həyat təsvir olunur. Kafka işdə göstərilir və doğrudan da yalnız dəhşətli bir yuxuda görmək mümkün olan bir qəsr təsvir olunur.
Bu tupoy rejissorlar hələ də qanmırlar ki, Kafkanın təsvir etdiyi Qəsr nədir və nə deməkdir.
Hələ də qanmırlar ki, bu «Qəsr» fantasmaqoriya deyil, çox sadə, aydın, real bir məkandır ki, adına KREML, AĞ EV və bütün ölkələrdə olduğu kimi «PREZİDENT SARAYI» deyirlər!
Vəssalam.
Bu, bütün dövlətlərdəki hakimiyyət ştabı, hakimiyyət qəsridir ki, orada hamı firavan yaşayıb su yerinə konyak içir, kimi istəyir təqib edir, tutur, öldürürlər. Vəssalam. Kafka «Qəsr»i bu deməkdir, ay tupoy Avropa rejissorları!
Daha bu dahi superrealistin rəmzlər dilində və şəklində təsvir etdiyi aləmi «kaşmar»a, qarabasmaya çevirməyin nə mənası?
Niyə bu böyük insanın əsərlərini, keçən əsrin 50-60-cı illərində SSRİ-də qələmə verildiyi kimi, yarıdəli və xəstə beynin məhsulu kimi təsvir edirsiz?
Mən bilirəm ki, hələ də baxmadığım Nitşe haqqında çəkilən film də belə bir cəfəngiyyatdır. Çünki Avropa kinorejissorlarının, tənqidçi və yazıçılarının hamısı olmsa da, böyük əksəriyyəti qadın və ya toyuq beyinləri ilə düşünürlər. Onlar gördüklərinə yox, eşitdiklərinə inanan məxluqlardır ki, hələ də Hitlerə nifrət edir, onun müəllimi olan Stalinə pərəstiş edirlər.
Bəli, Hitler qəddarlıq edib 1-2 milyon kommunistə və yəhudiyə divan tutdu. Hərçənd ki, ikincilərə Fələstinə köçüb getmək təklif olunmuşdu və yolpulu da verilirdi, amma onlar yağlı və isti yerlərini atıb getmədilər. Amma Stalin isə 30 milyon günahsız insan qırdı. İndi deyin, hansı daha böyük canidir? Və Nyunberqdən faşistlərə deyil (əslində nasistlər deyilməlidir), Stalinə, Ruzveltə, Çörçillə və onların generallarına və ümumiyyətlə, bütün dünyadakı kommunistlərə divan tutulmalı idi.
Və nəhayət, yenə qayıdaq Kafkaya. Hələ 150 il əvvəl öz əleyhinə gedərək Karl Marks yazmışdı ki, hər cür dövlət və hakimiyyət zorakılıq aparatıdır. Əgər siz bu sadə həqiqəti hələ də dərk etmirsinizsə, Kafkanın qəliz, mürəkkəb və dərin təfəkkürünün məhsulu olan və dünyanın ən qorxunc həqiqətlərini əks etdirən «Mühakimə» və ya «Qəsr» kimi əsərlərinin mənasını necə həzm edə bilərsiz?

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: