Xakamada və bizimkilər

RBK telekanalında Rusiyadakı siyasi vəziyyətin müzakirəsi zamanı ölkənin məşhur ictimai xadimi İrina Xakamadaya qulaq asdıqca doğrusu, heyrətə gəldim.

Nə qədər sağlam düşüncə, aydın mühakimə, real situasiyanın ağıllı təhlili, yüksək siyasi təfəkkür və nəhayət, vətəndaş cəsarəti…
Bizdə nəinki belə bir yüksək səviyyəli qadın var, ümumiyyətlə, məlum olduğu kimi qadın ictimai xadimi yoxdur.
Bizimkilərin beyni qətiyyən şou-biznes tamaşaçıları olmaqdan o yana getmir.
Bu, məlumdur və aydındır. Lakin kişi ictimai xadimlərin içində belə, sadaladığımız keyfiyyətlərə malik olan adam tapmaq olmur. İsa Qəmbər və ya Əli Kərimli bu bəsirətli qadınla müqayisədə həm zəka, həm də şəxsiyyətcə nə qədər cılız görünür.
Bəli, məsələyə başqa bir aspektdən baxanda bu adamları da bu günə salan var. Onları elə bir günə salıblar ki, tamamilə formal bir siyasi mübarizə obyektləri olub sadəcə, ailələrini yaşatmaq və onlar üçün yüksək həyat təmin etmək uğrunda çalışırlar.
Başqa nə edə bilərlər ki.
Bəli, bizi hətta Rusiya ilə müqayisə etmək də gülüncdür. Mən sadəcə, siyasi təfəkkür səviyyəsindən danışıram. Bəli, siyasi xadimlərimizin, özlərini hakimiyyət rəmzləri kimi təsəvvür edənlərin kalibri çox kiçikdir.
Mən indi dərk edirəm ki, bu adamlar hakimiyyətə nə dərəcədə sərf edən müxalifət liderləridir və öz mövcudluqları və «mübarizələri» ilə hakimiyyətə nə qədər lazımdır.
Və yəqin, elə buna görədir ki, iqtidar onların mətbuat orqanlarına 50 min və 30 min dilənçi payı ayırır.
Və mən hətta onların prezident seçkilərinə qatılmalarının səbəbini də təxmin edə bilirəm. Çünki bu başdan məğlubiyyətə məhkum olduqlarını bilə-bilə adam möhkəm bir stimul olmasa, bu cür seçkiyə gedə bilərmi?

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: