Üç türk şərqisi

(Ziddiyyətli, amma ali zövqlü Firuz Haşımova)

Mən hər dəfə təkrarsız Rəşidin, Rəşid bəyin ifasında o mahnıların ikisinə qulaq asanda gözlərim yaşarır…
Osmanlı türkünün nəyi var? Dünyaları tutdu, ona nə qaldı?
Heç nə…
Hətta öz torpaqlarından çıxarılan Troya sərvətləri də axırda gəlib mənfur ruslara qismət oldu.
500 illik fütuhatdan türkə nə qaldı?
Heç nə…
Axırda da özləri kütləvi şəkildə şou-biznes meymunlarına və dünyanı dolduran acqurd «torqaş»lara döndülər.
Yaxşı ki, nə əcəb Ənvər paşa sayəsində İstanbul, Atatürk sayəsində də Anadolu türklərə qaldı.
Vəssalam.
Amma yox! Türk aşıqları çoxlu-çoxlu qədim şərqilər yaradıblar ki, onların üçündən bəhs edək: «Kaleden enişmi olur».

     Çini tabaqda bal var,
     Oğlan, anama yalvar.
     Əgər anam verməsə,
     Əl aç, Allaha yalvar.

Bu sadə, misilsiz dərəcədə gözəl sözlərdə və onlara qoşulan musiqidə, melodiyalarda nə qədər sıxılmış, bərkimiş, qızıla dönmüş qüssəli bir xoşbəxtlik var!
Mən bilmirəm qəzəbimmi böyükdür, ya kədərim? Həyatda yaramazlığa, riyakarlığa, ədalətsizliyə, xüsusilə, həqiqətin tapdalanmasına heç cür dözə bilmirəm.
Amma iki dəqiqəlik bir melodiya, incə, qüssəli səs düzümü Allahın bizə içirtdiyi ölüm qədər acı bir şərab qədəhini sarsılmaz bir xoşbəxtliyə çevirir ki, yaz günəşi qabağındakı qar kimi əriyib gedir.
Çarəsizlik insanın qəlbini yandırıb-yaxır və insan, ömrünün bir böyük parçasını itirərək… xoşbəxt olur.
Niyə? Çünki içəridən yanırsan.
Balaca qızın balaca köksündəki böyük məhəbbət insanı yoxsul ikən zənginə döndərir.
Budur, ikinci mahnı:

     İncə geyərsən, incə
     Sənə yaraşır necə.
     İnsan bihuş oluyor
     Səni görüncə.

Bu mahnıda artıq əlçatmazlıqlar yox, gözəlin tərənnümü, vəsfi var. Burada aşiq, sevgilisinin onun qəlbində bəxş etdiyi xoşbəxtliyin obyektini tərənnüm edir. Burada vüsal sevinclə çağlayır, məhəbbətin toy-bayramıdır. Oğlan sərməstdir. Nəyə nail olduğunu, ağuşundakı məxluqun necə bir pəri olduğunu bilir.
Ümumiyyətlə, qüssə, kədər hissi bütün əsərlərə gözəllik gətirir. Çünki bu hiss həyatın özündədir, onun mahiyyətindədir. Təsadüfi deyil ki, Nitşenin bütün fəlsəfəsində, Kafkanın bütün əsərlərində kədər hissi dominantdır.
Ona görə bu qədim türk gəncinin xoşbəxtlik mahnısında da nisgil şırıldayır. Elə ki, klarnet bir melodiyanı, bir notu səsləndirir, adam az qalır başını divara vurub parça-parça eləsin.
Və yenə də Rəşid, alçaq ermənilərin qətlə yetirdiyi təkrarsız Rəşidin qızıl irmaq kimi axıb gedən şanlı səsi!
Heyf belə bir oğula!
Üzeyir bəydən bu yana heç kimin ölümü məni bu qədər sarsıtmamışdı.
Nəhayət, üçüncü şərqi…
Onu, özünü tanımadığım, hətta adını belə bilmədiyim parlaq bir müğənni oxuyur. Keçən əsrin 80-ci illərində radiodan yazmışdım. Yəqin ki, müğənninin öz əsəri idi. Bəlkə də, yox. Bu, qalın tenor və bariton kişi səsi idi, amma necə səs.

     Nə olur ki, sevgilim

Bu sözlərə, dərin, ehtiraslı sevgi itkisinin dramasına və ya faciəsinə, faciəsinin səviyyəsinə yüksələn ağır, əzəmətli musiqinin insanda oyatdığı unudulmaz təsiri təsvir etmək mənim üçün nə qədər çətindir. Bu melodiyalar insanın qəlbini məngənə kimi sıxıb suyunu çıxarır.
Adi məhəbbət itkisini yalnız fövqəlehtiraslı türk əri, türk kişisi bu qədər dərin bir faciə kimi yaşaya bilər.
Belə sarsılmaz ərlər dünyada məhəbbətdən başqa heç nəyin, heç bir qüvvənin qabağında əyilməzlər.
Bəlkə də, adicə bir qızı və ya qadını bu cür bütə çevirmək insanın lüzumsuz bir məziyyətidir. Avropa və xristian xalqlarında belə şey yoxdur. Onlar necə də hər şeyin ölçüsünü bilirlər.
Və mən hər dəfə onu dinləyəndə uzaq gənclik illərimə və hisslərimə qayıdıram. Sevdiyim gözəlin əlçatmazlığı həyatımın necə bütün səadətini puça çevirdiyi yadıma gəlir. Onsuz necə yaşayacağım ağlasığmaz olsa da, yaşadım.
Çünki dünyada məhəbbətdən güclü hisslər də var. Bu, dünyaya gəlişimin daha ali missiyasıdır. Bu, bioloji hiss olan məhəbbətdən daha yüksək və daha təsəlliverici olan, ölümə qalib gələn ölməzlik hissi, ölməz tələbatıdır.
Mən bu yazını yazarkən çöldə ardı-arası kəsilməyən yağış yağırdı və onsuz da qüssəli ürəyimi tamamilə duman-çən bürümüşdü. Evdə də bu mahnılar, bu şərqilər, bu melodiyalar…
İnsan qəlbi qəribə şeydir, insan beyni kimi. Kainatda bu qədər kiçik bir materiya parçasına bu qədər böyük hisslər, duyğular, dünyalar necə sığır?! Və bu bir parça materiya bu qədər emosiyalara necə dözür?
Ümumiyyətlə, axı insan nədir? Bu cür əlçatmaz möcüzələr yaradan heç bir heyvanın özünə rəva bilmədiyi alçaqlıqlara gedir!

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: