Qəribə eyniliklər

Mərhum şair Adil Rəsulun Van Qoqa həsr olunmuş şeirində belə bir misra var:

Zamanmı gecikirdi, yoxsa o, tələsirdi?

Doğrudan da, axı niyə bəzi böyük sənətkarlar sağlıqlarında qətiyyən qiymətlərini almır, ömürlərini aclıq və səfalətdə başa vururlar?
Qogen, Van Qoq, Modilyani kimi dahi rəssamlar və ya Frans Şubert kimi bəstəkar və Kafka kimi yazıçılar həyatlarını bu cür faciəli şəkildə başa vururlar.
Ümumiyyətlə, əlbəttə, sənət sənət üçündür. Yəni böyük sənətkarı ilk növbədə onun səviyyəsində olan bir sənətkar qiymətləndirə bilər. Bütün əsas romanlarını çap etdirib, onlara veriləcək qiyməti gözləyə-gözləyə ölüb gedən böyük yazıçı Stendal kimi.
Amma sağlığında onu yalnız bir yazıçı görüb qiymətləndirmişdi ki, o da Onere Balzakdır.
Bəli, belə sənətkarlar, məsələn, Fransada yaşayıb Çin dilində yazan sənətkar kimi anlaşılmaz olurlar.
Bu cəhətdən Frans Kafka ən parlaq nümunədir.
Bizdə belə şey aydındır ki, «tupoy»luqdan və paxıllıqdan başlayır. Fransa və Almaniya kimi bir ölkə üçün belə hadisə nə qədər təəccüblü və anlaşılmazdır.
Axı başqaları bilməsə də, dahi Höte, Bethovenin dühasının əzəmətini, musiqisinin qüdrətini bilməyə bilməzdi. Amma o, sanki öz dahi müasirinin acınacaqlı vəziyyətinə baxıb ləzzət alır və hətta onunla bulvarda gəzintiyə də çıxırdı. Belə hallarda qarşıdan gələn Veymar kralını və kraliçasını görən Höte dərhal Bethovenin əlini buraxır, başını əymiş halda dayanıb gözləyirdi. Bethoven isə əllərini cibinə salıb hətta kraliçanın salamına belə, əhəmiyyət vermədən laqeyd-laqeyd, məğrur-məğrur ötüb keçirdi.
Aydındır ki, belə bir dahinin güzəranı başqa cür də keçə bilməzdi. Çünki kütlə onun sənət qüdrətini anlamır, onun hansı zirvədə qərar tutduğunu görmür, görənlər də kral və kraliça kimi biganə olub keçirdilər. Çünki onlara Höte kimi baş əyənlər lazımdır. Necə ki, bu gün bizdə də eynilə belədir.
Axır ki, nədə isə ölkəmiz, odlar yurdu Azərbaycan Veymar Respublikası ilə eyniləşir.
Almaniya kimi ölkədə həm fəlsəfi idrak, həm ədəbi, həm musiqi, həm rəngkarlıq sahələrində dahilərin sayı-hesabı yoxdur və onların əksəriyyəti olmasa da, bir xeylisi öz qiymətlərini almışlar. Lakin qəribə orasıdır ki, Motsart və Bethoven kimi ən yüksəkləri tamamilə biganəliyin qurbanı olub, yaradıcılıqlarının çiçəkləndiyi vaxtda dünyadan köçüblər.
Axı Salyeri nə qədər mane olsa da, kral II Frans İosif, Motsartın əsərlərinin dəyərini bilirdi. Di gəl ki, sən demə, kral da, taxt-tac sahibi də yoxsul dahiyə paxıllıq edərmiş.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: