Hər şeyin təzəsi, dostun da … təzəsi

Bu fikrə çox sonralar, 1990-cı illərin əvvəllərində gəlmişəm.

Bu acı həqiqət ya xalq zehninin korluğundan əvvəldən yanlış olub, ya da sonrakı illərin hadisələri nəticəsində məzmununu dəyişib. Yəni adamlarımız xaraktercə tamamilə dəyişərək, bugünkü şəklə düşüblər. Elə bir şəklə ki, ən ali insan hisslərindən biri öz keyfiyyətini və məzmununu itirib.
«Hər şeyin təzəsi, dostun köhnəsi».
Bu gün bu, nə qədər çürük fikirdir. Ümumiyyətlə, Sibir canavarlarına dönən xalqımız arasında dostluq mümkünmü?
Mümkündür, amma əlbəttə, təzə dostlar arasında. Çünki uzun illərin imtahanlarından keçib gələn insanlar öz dünyagörüşləri, prinsipləri, zövqləri ilə birləşib dost ola bilərlər.
Bəli, dostluq mümkündür, amma istedadları, şöhrətləri, sərvətləri, vəzifələri qeyri-bərabər olanlar arasında qətiyyən yox.
Xüsusən də, yaş arasında fərq olmayanda və ya az olanda.
Nə qədər səviyyə, ictimai və maddi vəziyyət oxşardır, fərdlər arasında dostluq mümkündür. Yəni bir-birlərini görmək, söhbət etmək, deyib-gülmək və bütün bu tələbatları kiminləsə bölüşmək insan üçün çox xoşdur və bu zaman həqiqi dostluq əmələ gəlir. Ta ikinsindən biri hansı səbəbdənsə ya vəzifə, ya maddi vəziyyət, ən çox isə şöhrət fərqi əmələ gələnə kimi.
Xüsusilə, sənət aləmində külüng vuran dostlar arasında bu fərq özünü göstərən kimi köhnə dost əqrəbə dönür.
Əgər görüşlər davam edirsə, sancmalar və hətta zəhərləmələr də baş verir. Bu da təbiidir və insanlararası münasibətlərdə ən fəal bir faktordur.
Ümumiyyətlə, dostluğun düşmənçiliyə çevrilməsi qədər adi bir hadisə yoxdur.
1940-50-ci illərdə Alber Kamyu ilə Jan Pol Sartr möhkəm dost idilər və bir-birlərinin mühakimələrindən, söhbətlərindən ləzzət alırdılar. Sartr daha yaşlı və şöhrətli idi. Amma Kamyu bir-birinin dalınca parlaq əsərlər yazıb dünya şöhrəti qazandı və hətta Nobel mükafatına layiq görüldü.
Hələ bu mükafata layiq görülməyən Sartrın yuxusu pozuldu və dünənki ayrılmaz məslək dostları barışmaz düşmənə çevrildilər.
Yaxud Turgenev və Tolstoy, Tolstoy və Dostayevski bir zaman möhkəm dost olmuş, sonra isə barışmaz düşmənə çevrilmişlər.
Belə çıxır ki, ümumiyyətlə, dostluq adlı hiss insanlararası münasibətlərdə hardasa, çox-çox sonralar əmələ gəlmə bir şeydir. İnsanlar milyon illər bu hissin nə olduğunu bilməyiblər və çox güman ki, dostluq tamamilə sivilizasiyanın məhsuludur. Bəşər tarixi isə bir il kimi götürülsə, sivilizasiya dövrü cəmi bir gün çəkir.
Sənətkar, böyük sənət nümunələrinin yaradıcısı ətrafında gənc pərvanələr toplaşır və onların işıqsevən ürəkləri dostluq və sədaqət hissləri ilə alışıb-yanır. Bu isə dostluq hisslərindən də yüksəkdir. Belələrinə nümunə kimi gələcək dünya şöhrətli yazıçı və dramaturq, Nobel mükafatı laureatı Samuel Bekketin bir neçə il Coysun şəxsi katibi işləməsini göstərmək olar. Bu da ona görə baş verir ki, şagirdlər sənət və yaratmaq eşqi ilə yanıb, bunun sirlərini öz böyük ustadlarından öyrənmək istəyirlər.
Əgər xüsusən də yaradıcılıq sahəsində iki eyni peşə sahibi arasında uzun illər dostluq münasibətləri davam edirsə, onda bu, yalnız və yalnız mənafe birliyinin nəticəsidir. Hörmətli Anar və Fikrət Qoca müəllimlərinin aralarındakı dostluq münasibətləri kimi.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: