İki sistemin müqayisəsi

Böyük-böyük kitablara «erməni faşistləri» adını qoymaqla erməniləri guya, damğalamaq gülüncdür…

Mənim sosializmə, Stalinə nifrətim, kapitalizmə və Stalinə baxanda Hitlerə rəğbətim məlumdur. Alman nasizmi – yəni Hitler ilə sovet sosializmi – yəni Stalinin müqayisəsində subyektivizmdə günahlandırılmayım deyə, müqayisəni nasizmdən zərər çəkən xalqın nümayəndəsinə – yəni rus tarixçisinə verirəm.

Əvvələn, ay nasizmi faşizm və nasistləri faşist adlandırmaqdan əl çəkməyən kütbeyin jurnalist, kitab yazanlar ordusu, Almaniyada heç vaxt faşizm olmayıb və bu sözdə də sizin vermək istədiyiniz pis mənaların heç biri yoxdur.

«Faşist» sözü latınca «çırpı dəstəsi» deməkdir. Onu İtaliyada keçən əsrin 20-ci illərində meydana çıxan yeni bir partiya nümayəndələri özlərinə ad götürüblər, yəni bir dəstə çırpı və ya çırpı dəstəsi. Və az sonra bütün İtaliya xalqı da onlara qoşulub «faşist» olmuşdur, yəni çırpı dəstəsinin üzvləri.

Hitler və onun tərəfdarları isə nasizm, – yəni nasional sosializm – millətçi sosializm adını daşımışlar. Yəni bizdə Stalinin yaratdığı sosializmin alman variantını, amma kollektiv köləlik şəklində yox. Alman xalqının mənafeyini qoruyan milli, millətçi sosializm.

Bizim kütbeyin jurnalistlər ordumuz və hətta təəccüblü olsa da, bir çox savadsız hüquq-mühakimə orqanı işçilərimiz alman nasistlərini hələ də faşist adlandırır və bu sözdə dəhşətli bir məna görüb onu təbliğ edənləri və hətta sadəcə, ona rəğbət bəsləyənləri amansızcasına cəzalandırırlar.

Bir daha təkrar edirik, faşizm sözündə heç bir qorxunc və repressiv məna yoxdur və bu sözün alman nasistlərə də heç bir aidiyyatı yoxdur. Ona görə böyük-böyük kitablara «erməni faşistləri» adını qoymaqla erməniləri guya, damğalamağınız gülüncdür. Ermənilər bunu oxuyub gülür və hətta bununla fəxr edirlər. Siz kütbeyinlər isə dediyinizdən əl çəkmirsiniz.

Azərbaycanın kütbeyin jurnalistlər və yazarlar ordusu bilmirlər və qanmırlar ki, Hitleri və onun partiyasını Almaniyada hakimiyyətə Stalin gətirib. Məqsəd də bu olub ki, bu «dəli» lideri və güclü «vojak»ı  buzqıran gəmi kimi Avropa ölkələrinin üstünə salsın və hamısını  əldən salıb, sonra da bütün dünyanı tutsun.

Amma Hitler də bunu başa düşüb Stalini qabaqladı və onun planlarını alt-üst elədi. Amma Stalin, ABŞ və İngiltərəni aldadaraq özünə yardımçı elədi və üçü bir yerdə Hitlerin axırına çıxdılar. Nəticədə, ay kütbeyinlər, Məmməd Əmin Rəsulzadənin müstəqilliyimizi yenidən elan etmək planı baş tutmadı.

Ona görə bundan sonra yazılan məqalə və kitabları «erməni faşistləri» yox,  «erməni cəlladları və sadistləri» adlandırın. Bu da belə.

Gələk əsl mətləbə. Həmin savadsız və kütbeyin qələm sahiblərinə bir daha, onların dediyi kimi, alman faşistlərinin yaratdıqları rejimin sovet sosializm rejimi ilə müqayisəsini xatırladaq.

Bugünlərdə Moskvada yenicə çap olunmuş «Viktor Suvorovdan niyə qorxurlar?» məqalələr toplusunda görkəmli rus tarixçisi və publisisti Yuri Tsurqanovun «Böyük vətən müharibəsi ideyası» adlı məqaləsindən kiçik bir fəsli sizə təqdim edirəm:

«Ədalət naminə deyək ki, Almaniyada SSRİ kimi mükəmməl bir formada totalitarizm formalaşmadı. Hitlerin yaratdığı siyasi modelin Leninin və Stalinin yaratdıqları modellə çox ümumilikləri vardı, lakin eyni zamanda ciddi fərqləri də: bolşeviklər köhnə dövlət maşınının dağıdılmasını həyata keçirdilər, nasistlər bu cür dağıdılma aparmadılar. Bolşeviklər aristokratiya və sosial elitanı məhv etdilər, nasistlər isə saxladılar; bolşeviklər fərdi işgüzarlığı, şəxsi kapitalı və istehsal vasitələrinə əsaslanan xüsusi mülkiyyəti ləğv etdilər, nasistlər bütün bunlara toxunmadılar.

Eyni şəkildə SSRİ-də və Almaniyada insanların həyat tərzi də fərqlənirdi. Qeyri-dövlət təsisatlarının yoxluğu şəraitində SSRİ-də vətəndaşın dövlətdən asılı olmaması imkanı da aradan götürülmüşdür. Sadəcə, insan işləməyə hara getsə, o, yenə dövlət müəssisəsində qulluq etməli olacaqdı. Bundan əlavə, sovet adamı işdən azad olanda xarakteristika alırdı ki, bunsuz heç yerdə təzə qulluğa girə bilməzdi. Bu xarakteristikada elə sözlər yazıla bilərdi ki, səni heç dalandar kimi də işə götürməzdilər.

Bu sistem 20 iyun 1940-cı il qərarı ilə elə şəkildə yekunlaşdı ki, vətəndaşa ümumiyyətlə, heç öz istəyi ilə bir işdən başqa işə keçmək qadağan olundu.

Nasist Almaniyasında isə vətəndaşların müstəqil kampaniyalarda iş yerlərini dəyişməsi mümkün idi.

SSRİ-də həyat səviyyəsinin Reyxə nisbətən daha aşağı olması birincilərdə iqtisadiyyatda şəxsi sektorun yoxluğu, ikincilərdə isə varlığı ilə bağlı idi.

Almaniyada çoxmənzilli kommunal yaşayış binaları yox olduğu halda, sovetlərin şəhər adamlarının böyük əksəriyyəti məhz bu cür binalarda yaşayırdılar.

Nasist Almaniyasında müharibəyə qədər ərzaq talonları yox idi, SSRİ-də isə hələ 1929-cu ilin aprelindən əvvəlcə çörək, sonra digər ərzaq növlərinə, daha sonra isə sənaye məhsullarına talon qoyulmuşdu.

1931-ci ildə isə əlavə orderlər verildi və bununla talonla da müəyyən edilmiş ərzaq payını almaq mümkün olmurdu. Sovet adamları ərzaq qıtlığından boğulurdu. Ən adi ərzaq məhsullarını almaq üçün çoxminli növbələri dağıtmaq üçün atlı milis dəstələrindən istifadə olunurdu.

Alman kəndləri aclıq nə olduğunu bilmədilər, SSRİ-də isə 1932-33-cü illərdə aclıq kənd əhalisinin 6 milyon yarım nəfərini qırdı.

SSRİ-də repressiya siyasəti lotereya metodu ilə (bəxtəbəxt) həyata keçirildiyindən repressiyaya məruz qalmaq rejimə loyallıq dərəcəsindən asılı deyildi.

İnsan «partiya işinə və şəxsən Stalin yoldaşa» nə qədər desən sədaqətli olsa belə, yenə bu, onun axşam evdə deyil, həbsxanada gecələməsinə əsla mane ola bilməzdi. Nasist Almaniyasında isə seçmə repressiyası mövcud idi. Orada insanın həbsxanaya atılması üçün sistemlə konfliktə girməsi, özünü sosial-demokrat, kommunist, provsoyuz aktivi, Avstriya separatisti və ya yəhudi olması lazım idi. Belələri isə o vaxt Almaniyada o qədər də çox deyildi.

Bütün bunlara görə də SSRİ-də adamları əsasən donos vasitəsilə siyasi repressiyalara məruz qoyurdular. Donosa da adamları həyatın aşağı səviyyədə olması həvəsləndirirdi.

SSRİ ilə müqayisədə Reyxdə repressiyalar nisbətən kiçik idi. Donosla həbs etmək nasistlərdə bolşeviklərə nisbətdə çox az idi.

Hitlerdə narazılara susmaq icazəsi verilirdi. Stalin isə hamıdan çox fəal heyranlıq nümayişi tələb edirdi.

SSRİ-də Reyxdən fərqli olaraq aktiv qeyri-azadlıq tətbiq olunurdu. Hamının rəsmi təbliğatı oxuması və ya dinləməsi kifayət deyildi. Hər kim özü təbliğat aparıb, özlərinin siyasi şüurunu və loyallığını sübut etməli idi.

Nəhayət, müqayisə olunan iki ölkədə ictimai atmosfera çox fərqli idi. SSRİ-də mahud – kirza (rezin) stili hökmranlıq edir, hər yanda həyatın zahiri cılızlığı nümayiş etdirilir, riyakarlıq və asketizm kultu tətbiq edilirdi.

Almaniya isə Hitler vaxtında da kübar ölkə olaraq qalırdı».

YURİ TSURQANOV, «BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İDEYASI», «VİKTOR SUVOROVDAN NİYƏ QORXURLAR?», MOSKVA, «YAUZA-PRESS», 2012, SƏH.320-322.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: