Avtotavrlar

Söz gəlmişkən, Moldoviyada prezidentin razılığı olmadan parlament baş prokuroru istefaya göndərir. 20 ildir Azərbaycan parlamenti hər hansı bir yaramaz tualet qapıçısını da istefaya göndərmək səlahiyyətində olmayıb, qaldı ki, hansı bir yüksək vəzifəli məmur ola…

Bir çox yalan danışan siyasətçilərin sonradan ağzının əyildiyini, yəni dodağının bir tərəfinin yuxarı qaçdığını görmüşük. Amma bəzilərində bu, olmur. Bizdə psixofizio tamamilə siyasilərin tabeliyindədir.
Bunlar elə-belə, sözgəlişi əhvalatlardır ki, yada salırıq. Bugünkü söhbətimiz tamam başqa məsələ, başqa mövzudadır.
Qədim yunan əsatirlərində kentavrlar təsvir olunur. Bu yarıminsan, yarımat olan məxluqlardır ki, görünür, haçansa milyon illər qabaq həqiqətən belə canlılar mövcud olub ki, sonradan daha hiyləgər, daha mahir və güclü yırtıcıların qurbanı olublar, amma bir əsatir kimi yunanların yaddaşında qalıblar.
Ola bilər.
Bugün Bakıda küçəyə çıxmaq, avtobusa minmək və ya piyada yol getmək çox çətin məsələ olub. Belə ki, Bakının istisnasız olaraq minlərlə küçə, meydan, dalan, səki və həyətləri avtomobillərlə doludur. Bütün yolların sağ və solunda ikiqat bu cür avtomobillər düzülüb, digərlərinə yol getməyə imkan vermirlər. Çox güman ki, onların sayı 5 milyonu keçib.
Hər gün azı 1 milyon adam müxtəlif markalı xarici avtomobillərin sükanı arxasında oturub lovğa-lovğa (guya, dünyada bundan vacib adam yoxdur!) işə, alverə gedib, axşam evə qayıdır. Və hər gün beləcə, bu minvalla səhərdən gecə yarısına kimi Bakının daxili və kənara gedən küçələrinin istisnasız olaraq hamısı beşqat yanaşı gedib-gələn maşınlarla doludur. Bunlar sanki insan deyil, yeni bir canlı növü – avtotavrlardır, yəni yarımmaşın, yarıminsan.
Onların donuq, soyuq, iddialı, naxal üzlərinə baxıb 30-40 il əvvəlki insanlardan tamamilə fərqli məxluqlar olduqlarını görürsən.
Bu adamlar işlərindən (əksəri qeyri-qanuni, cinayətkar işlərlə məşğuldurlar) və arvad-uşaq və heç şübhəsiz ki, necə deyərlər, lyubovniçalarından başqa dünyada heç nə bilmirlər. Nəinki insanlıq, ləyaqət, xeyirxahlıq, ədalət deyilən davranışlardan və əməllərdən, hətta vətən, millət, dövlət siyasəti, mədəniyyət, müsiqi, ədəbiyyat nə olduğunu ağıllarına belə, gətirmirlər. Onların mindən birindən yox, yüz mindən birindən də yox, hətta milyondan birindən də soruşsan ki, Azərbaycanda bu il hansı gənc yazıçının ilk romanı çap olunub, heyvan kimi üzünə baxıb deyəcək ki, dəlisən-nəsən, roman nədir?
Bu «mexaniki» insanlar robotlardan qat-qat hissiyyatsız, mənəviyyatsız, ancaq canlılara xas olan qudurğanlardır. Onlar avtomobillərini yolun ortasında saxlayıb telefonla danışır və ya düşüb yaxındakı mağazaya gedirlər və qətiyyən eynlərinə gəlmir ki, yolu kəsib yüzlərlə maşının gəlib-getməsinə mane olurlar. Və o biri dılğır, cılız, kişi qəzəbindən məhrum olan yüzlərlə avtotavrın bircəsi də düşüb ya maşın sahibinin ənginə bir yumruq, ya da onun maşınına bir təpik ilişdirmir. Müticəsinə dayanıb gözləyirlər haçan o, telefonla danışacaq və ya mağazadan gəlib maşının sürəcək.
Avtomobil hazırda bütün böyük şəhərlərdə çoxdur, lakin Bakıda əndazədən çıxıb.
İran şəhərlərini gəzəndə orada sükan dalında oturanların mülayimliyini və alicənablığını görüb bizimkilərin niyə belə heyvan olmasına təəccüb edirsən.
Avropa şəhərlərindəki avtomobil sahiblərinin davranışından isə heyrətə gəlirsən.
Bakı əhlini avtomaniya qərq edib. Onlar üçün avtomobil hərəkət vasitəsi deyil, bütdür. Seçim gəlsə, tərəddüd etmədən arvadlarını maşınlarına qurban verərlər.
Skandinav ölkələrində böyük vəzifəlilər çox vaxt işə velosipedlə gedib-gəlirlər ki, sevimli ölkələrinin paytaxtlarının havası bir az az zəhərlənsin. Çünki avtomobil onlar üçün heç nədir.
Bəli, bizimlə İsveç və ya daniyalıları fərqləndirən cəhətlərin biri də budur.
Siz Allah, bir əlində mobil, bir əli sükanda olan bu görməmiş dılğırların üzünə baxın!
Bezobidnı kentavrlar hara, bu yaramaz avtotavrlar hara?

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: