Əhalini millətə çevirənlər

Xalqımız bir neçə hissəyə bölünür.

Təxminən 20 faizi millətsiz, ləyaqətsiz «torqaşlar» – böyük və kiçik biznesmenlərdir. Onlardan yuxarıda isə xalqın 5 faizini təşkil edən hər şeyə qadir oliqarxlar, klan üzvləridir. 74 faiz də hər gün özünü ora-bura vurub, zorla bioloji varlığını təmin edənlərdir. Qaldı təxminən yarım, ya 1 faizi ki, bəlkə bir neçə mini təşkil edən ali insanlar, müəllimlər, həkimlər və jurnalist adlananlardır ki, onların içindən də bəlkə 1000 nəfəri adam içinə çıxarıla bilən ağıllı, işgüzar, namuslu və ləyaqətli nüsxələrdir. Və elə bu adamlar da xalqımızın xalq və millət adlanmasının səbəbkarlarıdır. (Ordu və polisin əhaliyə dəxli yoxdur. Çünki hər ikisi, Gertsen demişkən, hakimiyyətin əlindəki bıçaqdırlar ki, aralarında əlbəttə, sağlam düşüncəli və vətənpərvər nüsxələr də var.)
Deməli, millət – əhalinin heç bir səlahiyyəti, gücü, imkanı olmayan və onun bəlkə də, yarım faizini təşkil edənlərdir.
Dünyanın əksər ölkələrində isə həmin bu faiz, əlbəttə, qat-qat, hətta on dəfə çoxluq təşkil edir və özləri də səlahiyyət sahibləri olur.
Bizdəki 0,5 faiz və onların içindən də müəyyən nüsxələr millətin qaymağını təşkil edir, yəni südün üzünü. Amma göründüyü kimi, bizdə bu üz çox nazik, digər ölkələrdə olduğundan qat-qat nazikdir və bir balaca piləsən, ətrafa yayılıb yox olur.
Bəli, bizdə vəziyyət belədir. Bəs niyə belədir, o da hamıya məlumdur.

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: