Xeyirxahlıq

Prezident təqaüdü ilə alver edənlər qətiyyən xeyirxahlar cərgəsinə qatıla bilməzlər

Təsəvvür edin ki, hansı bir rayondasa təsadüfən heç kimin üzdən tanımadığı bir ləyaqətli tanışınla rastlaşırsan və təəccüblə, – sən burada nə əcəb? – deyirsən.
O, güclə sezilən bir kədərlə: – Heç, daha demə. Bakıya getmək üçün maşın axtarıram.
— Bu axşamla?
— Hə.
Sən bir anda onun hansı bir təsadüfləsə gəlib bura düşdüyünü, gün ərzində heç nə yemədiyini və cibində də bir qəpik pul olmadığını hiss edib qoluqdan tutub ərklə deyirsən:
— Gəl.
— Hara? – deyir, – evə gedirəm.
— Gəl səninçün maşın tapaq.
Və əl edib maşın saxlatdırır, sürücüyə nə isə pıçıldayır, sonra maşına oturursuz və maşını bir həyətə sürdürürsən.
Həyətə girib bərkdən qışqırırsan: – Qonaq lazım deyil ki?
Səsə kişi, qadın, bir neçə adam çıxıb, səni görüb qabağına gəlirlər.
Səni öpür, dostunla da görüşür, həvəs və sevinclə sizi eyvana ötürürlər.
Stol qoyulur. Əlüzyuyana gedib, sonra eyvanda oturursuz.
Arada nəzərə çarpmadan əlini dostunun pencəyinin cibinə salıb bir az pul da qoyursan.
Sərin su gəlir və az sonra təndirdən çıxan cücələrin ətri ətrafa yayılır.
Xülasə, deyib gülə-gülə yeyib-içirsiz, hey söhbət edirsiz. Sonra ayağa durub dostunla görüşərək deyirsən: – Səni bu kişiyə tapşırıram. Səhər Əbdül maşını ilə gəlib səni Bakıya aparacaq.
Və – hələlik, – deyib görüşürsən.
Və bu zaman çaşıb qalmış ləyaqətli dostunun minnətdarlıq dolu üzünə, gözlərinə baxıb gedirsən.
Ev yiyəsi təzədən qonağa tərəf dönüb, – ay bizə xoş gəlmisən, – deyir.
Bəli, indi belə insanlara, belə tanışlara, hətta belə dostlara qətiyyən rast gələ bilməzsən. Həmin xeyirxahlar 1920-ci ildə, daha sonra isə 1992-ci illərə qoşulub getdilər.
1990-cı ildən ölkəmizdə nəhəng bir kurqan qazılıb, olub-qalan bütün xeyirxah ürəklər və genlər orada dəfn olunur.
Xeyirxahlıq.
Şopenhauer yazır ki, xeyirxahlığın yanında bütün başqa insan məziyyətləri, Günəş doğanda lampalar işığını itirdiyi kimi, solub gedir.
Hər hansı bir «poçest», ali dərəcə və mükafat ilk növbədə seçilmişlərə verilməli, xeyirxahlıq isə yeri gələndə kim olursa-olsun, hamıya qarşı edilməlidir. Çünki dünyada xeyirxahlıq etdiyin adamın üzündə və gözündəki minnətdarlıq və xoşbəxtliyi görməkdən yüksək mükafat ola bilməz. Amma, əlbəttə, xeyirxahlıq özünə, ailənə zərər hesabına da edilməz. Çünki bu zaman böyük xeyirxahlıq etdiyin adamdan riyakarlıq və xəyanət görüb yanıb-tökülər və axmaq vəziyyətində qalarsan.
Ona görə xeyirxahlıq ilk növbədə ləyaqətliyə, ləyaqətinə əmin olduğun şəxsiyyətlərə edilər.
Dövlətin xeyirxahlığı isə ədalət prinsipinə söykənməlidir.
Bizdə necə deyərlər, yerazları adətən, pisləyirlər. Amma 10 il qabaq redaksiyada ikən 2 cavanın gəlib məni çay içməyə dəvət edərək, sonra da onlardan biri – Əlisa müəllim, sizin hələ çap etdirə bilmədiyiniz hər hansı bir kitabınıza sponsorluq etməyə gəlmişəm, – dedi.
Hamı bilir ki, mənim heç bir vəzifəm, heç bir səlahiyyətim, heç bir vəzifəli qohum-qardaşım, hətta dostum yoxdur.
Həmin adam isə Mahir Bayram idi. Onunla gələn də məşhur kompyuter dahisi Cabbar idi.
Və nəticədə «Tiranlar və kölələr» işıq üzü gördü.
İki lerikli dostum istisna olmaqla mən heç bir başqa adamdan, xüsusən lənkəranlılardan indiyə kimi heç bir belə şey görmədim.
Bəli, xeyirxahlığını ilk növbədə böyük arzularını və nəcib əməllərini həyata keçirə bilməyən, ləyaqəti ucbatından qabağına divar çəkilən, həyasızlıq və praqmatiklik nə olduğunu bilməyən insanlara etmək lazımdır, kütlə adamına, hər addımbaşı rast gəlinən cılızlara yox. Çünki onlar onsuz da nəyə layiqdirlərsə, onu alırlar.
Böyük, amma yerində edilən xeyirxahlıq təkcə qəlb gözəlliyi deyil, elə böyüklüyün bir növüdür və onun təzahürüdür, eyni zamanda səxavətin qardaşıdır.
Əgər söz, sənət dahisi ilə yanaşı dayansa, xeyirxah bəlkə də, ağır gələr. Və Üzeyir bəy Hacıbəyov yeganə qüdrət sahibi idi ki, həm sənət, həm də xeyirxahlıq dahisi idi.
Prezident təqaüdü ilə alver edənlər qətiyyən xeyirxahlar cərgəsinə qatıla bilməzlər. Çünki burada zərrə qədər də olsun, ədalət prinsipi nəzərə alınmır.
İkincisi, ona görə ki, onlar öz ciblərinin pulunu vermirlər.
Üçüncüsü də, yalnız və yalnız «bizim adam» adlananlara verilir. Və buna görə həmin işin səlahiyyətliləri gec-tez ən azı söz ittihamları qabağında cavab verməli olacaqlar.
Nə qədər böyük, ləyaqətli elmlər doktorları var ki, yalnız «bizim adam» olmadıqları üçün bu təqaüdə layiq görülmür, amma qeyd etdiyimiz kimi, «iki eşşəyin arpasını bölə bilməyənlər» layiq görülür.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: