Canlılar və cansızlar

(Fəlsəfi etüdlər silsiləsindən)

Bütün canlılar ona görə canlı sayılırlar ki, görür, eşidir və nəfəs alırlar. Əlbəttə, görməyən canlılar da var. Məsələn, qaranlıq mağaralarda yaşayan həşəratlar və ya köstəbəklər və ya viruslar, mikroblar. Amma onların da hissetmə və qidalanma mexanizmləri var. Aydındır ki, anadangəlmə kor da yaşayır. Düşünə bildiyinə və başqa xüsusiyyətləri olduğuna görə onların da həyatına haqq qazandırmaq olar. Lakin görməni, düşüncəni beyinsiz əvəz edə biləcək xüsusiyyət varmı?

Ağaclar, bitkilər də canlıdırlar. Onlara yarımcanlılar deyilir. Bəs onlar görürmü?

Bitkilər kökləri ilə düşünə bilirlər. Görmədən düşünmək? Bu cür də olur. Dediyimiz korlar, köstəbəklər kimi.

Düşünə bilmək xüsusiyyətlərinə görə bu cür mövcudluqlara da dözmək olar.

Bəs əgər beyin yoxsa, onda necə, düşünmək mümkünmü?

Kor adam öz-özünə yaşaya bilməz, amma köstəbək yaşayır. Çünki belə yaranıb və varlığı da belə təsəvvür edir.

Yaxşı, görə bilməyən, eşidə bilməyən, düşünə bilməyən canlı və ya sadəcə, mövcudolma mümkünmü? Mümkündür, daş kimi, qum kimi. Amma daş, qum canlı deyil və əslində mövcud da deyillər.

Gəldik əsas məsələyə. Bəs ruh necə mövcuddur? Bir topa alov kimi? Alov elə-belə qala bilərmi? Əriyib getməzmi? Alov – çılpaq istilik və enerjidir. Soyuq mühit içində o necə qala bilər? Əriyib gedəcək.

Bəs atom necə mövcuddur? Əvvələn, atomlar qapalıdır, ikincisi, onları canlı adlandırmaq olmaz. Çünki görmür, eşitmir, nəfəs almır və düşünmürlər. Bəlkə, əksinədir? Əksinə, bəs necə?

Atom nədir? Gözəgörünməz bir dairədir ki, elektron adlı ətrafında fırlanan tüstü içində nüvəsi – proton “oturub”, kənarda da neytron adlı bir maddə dayanıb tarazlıq yaradır.

Deyirlər, atomun içindəmi, kənarındamı yeni bir hissəcik də tapılıb. Bu, heç nəyi dəyişmir.

İnsan ölür, atomları qalır. Bəs nə olur? Dağılıb hərəsi bir yana uçub gedir.

Bəs onda kölgə nədir? İşıq, şüa maneəyə rast gəlir və bu maneə, arxasında özü kimi, öz formasında yoxluq əmələ gətirir və bu yoxluq kölgə adlanır.

Kölgə yoxdur, xəyaldır. Biz, məsələn, xəyal edə bilərik ki, stol üstündə qarpız var. Məgər bununla da stol üstə qarpız olacaq? Yox.

Bəli, insan bədənində müxtəlif elementlərin atomları cəmləşir. Onları hüceyrələrimiz bir yerdə saxlayır. Hüceyrələr qanla qidalananda canlı olur, qidalanma kəsiləndə cansız olub çürüyüb gedir. Atomlar, əlbəttə, qalır. Amma onlar artıq heç nəyə yaramır, heç nəyə xidmət etmir və deməli, vahid, vəhdət bir obyekt və ya subyekt deyillər. Hərəsi özü üçün var, amma kərpic kimi.

Bina dağılıb kərpiclər kənara töküldüyü kimi. Onları təzədən yığıb bina yaratmaq olar, amma bunun üçün hüceyrələr, neyronlar, genlər lazımdır.

Əgər insan öləndən sonra onlar yenidən əmələ gəlirsə, onda başqa məsələ. Canlı təzədən yarana bilər, amma axı bunu görmürük.

Doğrudur, atomlar görünmür, amma çoxlu atomlar cəmləşəndə görünürlər. Qum və ya daş kimi. Amma axı bu, hələ canlı deyil.

Bəli, virus kimi mövcud olmaq olar, amma onun üçün də mühit lazımdır. Mühit var, Yerin atmosferi. Onda belə düşünmək olarmı ki, insan ölüb viruslara dönür? Doğrudan da, axı viruslar haradan əmələ gəlir?

Amma virusların gözləri və qulaqları yoxdur. Onlar yalnız qidalana və çoxala bilirlər. Lakin axı viruslar da ölür, mühit dəyişəndə, qida kəsiləndə.

Bir də əgər insan viruslara, mikroblara parçalanırsa, bəs başqa saysız heyvanlar – axı onlar da tamamilə bizim kimidirlər.

Bir də ən əsası, bunun nə mənası var və məgər virus ruhmudur?

Elə yaxşısı, qanunauyğunu və ağlabatanı canlının ölub yox olması deyilmi? İnsan ruhu, canlının ruhu onun bədənindəki, orqanizmindəki hərəkət zamanı yaranan bir hissdir. Bu hərəkət dayananda hiss də yox olur, otaqdakı elektrik işığı kimi.

Beləliklə, canlı yoxdan yaranır və yoxa çevrilir.

Bəs həyat, canlı aləm niyə yaranır? Necə bu qədər təkmilləşib? Əlbəttə, görünür, tədricən. Niyə və necə? Hamlet demişkən, bax, əsl məsələ budur.

Budur, bir tırtıl hərəkət edib daş üstə çıxır. Daş və tırtıl, iki cism. Biri canlı, görür, eşidir, gəzir, o birində isə bunların heç biri yoxdur. Amma ikisnin də əsasında eyni “kərpiclər” qoyulub.

Biri hər yerdə doludur, ikincisi ancaq Yer üzərində var. Amma birincisi demək olar ki, ədəbi, ikincisi gözünü aç-yum, var idi, yoxdur.

Bəs bu varolma nə üçündü? Nəyə lazım idi? Elə-belə, məqsədsiz, nə üçünsüz.

Daşın olub-olmaması arasında heç bir fərq yoxdur, tırtılın və ya insanın isə var. O, ətrafa baxır, ətrafı görür və bütün bunların nə olduğu barədə düşünür, nə olduğunu öyrənir.

Amma nə üçün, nəyə lazım olduğunu bilə bilmir. Belə çıxır ki, daş da, tırtıl da, insan da heç nəyə lazım deyil. Elə-belə, ya var, ya yoxdur. Varla yox arasında da heç bir fərq yoxdur.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: