Bəhmən Sultanlıya cavab

(Kimya elmləri doktoru, professor Bəhmən Sultanlının məktubuna cavab məktubu)

Əzizim Bəhmən Sultanlı, məktubunu oxudum. Yaratdıqlarıma və şəxsiyyətimə verdiyin yüksək qiymətə görə sağ ol!
Bəli, 77 yaşımda axır ki, bir çox dərrakəli və qədirbilən insanların xoş sözlərini esidir?m, elə sözlərini ki, Üzeyir bəydən bəri hələ heç bir Azərbaycan türkü haqqında, ümumiyyətlə, sağlığında heç kim haqqında deyilməmişdir.
Bu epitetlər və qiymətlər iki cəhətdən mənim üçün xoşdur. Əvvələn, onlar heç bir vəzifəsi, adı, pulu, vəzifəli qohum-qardaşı və rəsmi şöhrəti olan yazıçı haqqında deyilmir, fikirləşəsən ki, nəsə təmənna və ya konyuktura güdülərək deyilir.
İkincisi, bu xoş sözlər heç kimin, nə hakimiyyət adamlarının (tək-təklərindən başqa), nə müxalifət liderlərinin, nə bir yaxşılıq etdiyim şəxslərin, nə də həmkarlarımın dilindən yox, tamamilə bitərəf, amma mənim kimi qələmini və şəxsiyyətini heç bir vəch və heç bir dərəcədə satmayan bir elm və zəka adamının ürəyindən gəlir. Əzizim Bəhmən, bəli, mən pessimistəm. Amma ona görə yox ki, xalqımız pisdir. Ümumiyyətlə, dünyada tam yaxşı xalq yoxdur, olsa da, çox azdır. Ən yaxşısı almanlardır ki, Motsartı, Bethoveni, Şuberti, hətta Nitşeni acından öldürdülər.
Mənə nə var ki… 77 il yaşamışam və hələ ki, heç vaxt ac qalmamışıq.
Mən ona görə pessimistəm ki, ümumiyyətlə, insan və həyat əslində heç nədir. Gözünü yum-aç, görürsən ki, yoxsan.
Bu, bir. Deməli, məni pessimist edən ədalətsizlik Təbiətin özündən gəlir.
İkincisi, ona görə pessimistəm ki, sən də, mən də nəhayətsiz bir tunel içindəyik və qarşıda iynənin gözü qədər də işıq görünmür. Ən fənası da budur ki, xalqımız bu zülmətə alışır, nəinki alışır, hətta onu sevir.
Əzizim, çar vaxtı qaçaq nəbiləri və kərəmləri olan, sovet dövründə də meşələrə çəkilib kommunistlərlə vuruşan xalqın cəngavər ruhu olub. Məni pessimist edən odur ki, artıq bu ruh görünmür.
Amma, əlbəttə, həyatda heç nə əbədi deyil. Təbiət, tarix sürpriz və fürsət anları ilə doludur. Amma yenə məni pessimist edən odur ki, biz haçansa həmişə olduğu kimi yenə azad, ədalətli, firavan və zəka çırağına can atan quruluş yaratmaq imkanını əldən verə bilərik.
Bəli, 1988-91-ci il Meydan epopeyası, anaların isti xörək bişirib, meydanda gecələyənlərə göndərməsi onun təbiətindəki milli hisslərin saflığından gəlirdi və bu təbii davranış tamamilə silinib gedə bilməz.
Amma dükanda, bazarda çəkidə oğurluq edən, keyfiyyətdə aldadan, 20 qəpik üçün yalandan and içən, haqsız olduğunu bilə-bilə güclüyə tərəfdar çıxan, 10 «Mercedes»i ola-ola, yenə Sumqayıta 1 manata adam aparan «avtotavrlar» (yarımmaşın, yarıminsanlar) məni qorxudub pessimist olmağa məcbur edir.
Əzizim Bəhmən, mən ona görə pessimistəm ki, eyiblərimiz göz qabağındadır və ən fənası da odur ki, bu eyiblər onlara divident gətirir. Bunu görüb hansı xalq ləyaqət və ədalət carçısına çevrilə bilər?
Bəli, hələlik seymurlar, əbülhəsənlər, qurbanlar, məmmədxanlar, təyyarlar, doktor ilhamlar, bəhmənlər, binnətlər, əli abbasovlar, fəxrəddinlər, dilqəm və tariyellər və onların xətrinə adlarını çəkə bilmədiyim insanlar var və onların nəsilləri də heç şübhəsiz ki, özlərinə oxşayacaqlar. Deməli, «Ehram» romanında sübut olunduğu kimi, xalqın ruhu ölməzdir.
Amma axı mən bir dəfə doğulmuşam. Qoca yaşındayam və ruhun mövcudluğuna da (öləndən sonrakı) inana bilmirəm və nəhayət, öz ailəm var… Amma yüz nüsxəlik külliyyatın satışı bu qədər çətin, axtarıcısı bu qədər azsa, necə pessimist olmayasan?
Bəli, iki fikir bir-birini inkar edir. Görünür, bu da təbbidir. Buna görə sən optimist, mən pessimistəm. Hansımız haqlıyıq, yəqin ki, oğul və nəvələrimiz görəcək.
Bizə dəxli olmasa da, sağlıq olsun.

Hörmətlə dostun Əlisa Nicat

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: