Əlisa Nicata açıq məktub

behmen-sultanli11Bəhmən Sultanlı

Əziz dostum Əlisa Nicat!

“Hürriyət” qəzetinin 07.01.2013 sayında dərc etdirdiyiniz “Dostuma məktub” adlı köşə yazınızı oxudum. Müəyyən məqamlarına görə o yazını özümə aid etdim. İşlətdiyiniz müyyən müqayisələrinizlə boynuma böyük məsuliyət qoymusunuz. Hətta cənc olsaydım belə, o məsuliyətin altından çıxa biləcəyimi təsəvvür edə bilmirəm.

Əziz dostum, hərçənd, etimadınızı dost etimadı sayıb sizə səmimi təşəkkürümü bildirirəm. Dediklərinizə, yazdıqlarınıza həmişə sayqı ilə yanaşmışam, indi də o cürdur. Sizi 60-cı illərdən tanıyıram. O çağlar sizin çox mütaliəçii, məlumatlı, yeni təfəkkülü bir adam, millətini, Vətənini çılğınlıqla sevən bir gənc olduğunuzun şahidiyəm. Hamı sizinlə dostluq etməyə çalışırdı. Saydığım keyfiyətlər qandan gəlmə (indi bunu belə qəbul edirəm) keyfiyətlər olduğu uçün indiki Əlisa Nicat olmusunuz. Gənclik çağlarımızda da sizinlə xalqımızın dəyərli oğlu kimi fəxr etmişəm, indi də o cürdür.

Yetmişinci illərdə dərc etdirdiyiniz əsərlərin demek olar ki, hamısını dərc olunduqca oxumuşam. O zamanlar yazdığınız “Qızılbaşlar”, “Gəncəli müdrik”, “İşıq saçan insan” kimi romanlarınız, çoxsaylı povestləriniz, hekayələriniz, şeirləriniz, pritçalarınız… geniş oxucu rəğbəti qazanmışdı, sevilə-sevilə oxunurdu. Otuz cildliyinzin çapdan çıxmış cildlərindəki əsərlərinizin də bir çoxunu böyük maraqla oxumuşam. Oxuduğum əsərlərinizə görə sizi çağdaş dünyanın böyük filosofları, yazarları, tarixçiləri, publisistləri… ilə müqayisə edirəm. Bu o demək deyil, sizi bir filosof olaraq büton filosoflardan, yazıçı olaraq bütün yazıçılardan, publisist olaraq bütün publisistlərdən… üstün sayıram. Ancaq sizdə olan yaradıcılıq diapozonunun genişliyini onlarda görmürəm.

Sizinlə münasibətlərimizdə gərginlik yaratmaq gücündə ola bilən heç bir məqam olmayıb və indi də yoxdur. Bununla, sizin vurğuladığınız kimi, fikirlərimizdə uyuşmayan məqamlar da yox deyildir. Bu fikirlərimiz başlıca olaraq milli məsələ ilə bağlıdır. Bu da prinsipial səciyə daşımır.

Hər ikimiz millətimizi sevənik, hər ikimiz ona səmimiyik, onun intibahını istəyirik. Fərq odur ki, mən millətin gələcəyinə umudlu yanaşıram, siz isə xeyli dərəcədə umudsuz olduğunuzu bildirirsiniz. Buna sizin də müəyyən arqumentləriniz var, mənim də. Bu arqumentlərdən hansının özünü doğruldacağını indidən demək çətindir. Mənə görə, millət o zaman millət olar, onun qüdrətli bəstəçi, publisist, dramaturq Üzeyir bəyi də, qüdrətli filosof Mirzə Fətəlisi də, böyük alim Xudu Məmmədli və Azad Mirzəcanlısı da, yazıçı-filosof Əlisa Nicatı da, dramaturq və kinorejissoor Rüstəm İbrahimbəyovu da, tarixçi Cəmil Həsənlisi də, hətta fəhlə Həsən Hüseynlisi də, başkəsən Əhməd Kələkbazı da olsun.

Hamının Mirzə Fətəli olması xalqı mirzəfətəliləşdirməz. Hamının Üzeyir olması xalqı üzeyirləşdirməz… Ancaq bu fərqin ölçüsü başqa bir məsələdir. Xalq elementar sağlam düşüncədən məhrumsa, ağılsız, beyinsiz, məsləksizsə, onda həmin o mirzə fətəlilər, üzeyirlər, xudular, elə dostum əlisa nicatlar haradan gəliblər…

Xalqın intibahının başlıca şərtlərindən biri onun öyrətmək istəyənləri ilə öyrənmək istəyənlərinin nisbəti ilə bağlıdır. Bu fərq öyrənmək istəyənlərin xeyirinə nə qədər çox dəyişsə, o zaman intibah o qədər sürətlənə bilər.

Ayrı-ayrı şəxslərə xas olan xüsusiyətləri də ümumiləşdirib millətin adına yazmaq məncə düzgün deyil. Bizdə isə belə ümumiləşdirmələr adi danışıqlarda da movcud olur. “Bizim millət belədir”, “bizim millət  elədir”, “biz beləyik”, “biz eləyik” deyimləri ilə nə qədər rastlaşırıq?! Bir halda, bu keyfiyətlər xalqa xasdır, deməli, onu düzəltmək çətindir (əyrilər özlərinə haqq qazandırmaq üçün deyirlər: bu, bizdən asılı deyil, millətimiz belədir). Hətta ləyaqətli insanlar da çox zaman ozlərini oraya əlavə edirlər. Bu isə insanların “yabılşma”sına yardımçı olur.

Gərək yeri gəldikcə insanlarin nöqsanlarını həm də öz ünvanına ustalıqla, təsirli şəkildə deyəsən. Onu da bilirəm ki, yetgin insana da hər gun “sən eşşəksən” deyiləndə o insanda eşşəkləşmə baş verər. Bunu elm artıq sübut edib.

Əziz dostum, bu dediklərimin heç biri sizin kimi bir mütəfəkkirin mühakimələrinə kölgə salmaq məqsədi daşımır.

Məqsədim, sadəcə, fikir bölüşməkdir…

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: