Sivilizasiya nədir?

Kim deyə bilər ki, insanların mağara dəstələri və ya daha əvvəlki neandertal şəklindən çıxıb ailə, sonra da tayfa, qəbilə və dövlət əmələ gətirməsinə, yəni son nəticədə sivilizasiya yaratmasına niyə haqq qazandırmaq olar?

Axı əvvəllər, sivilizasiya yaranmamış milyon illər ərzində dünyada müharibələr yox idi. Təkcə müharibələr yox, bu gün gördüyümüz fəlakətli hakimiyyət, sərvət, vəzifə hərisliyi, paxıllıq, yalan və riyakarlıq da yox idi.
Dahi M.Enqelqartın sübut etdiyi kimi, dünyaya bunları sivilizasiyalar gətirdi.
Gözəl, qədim yunan sivilizasiyasında müharibə, qırğın və talan o qədər adi və təbii iş olmuşdu ki, hətta bu fövqəladə zəkalı millət müharibə allahı – Arisi yaratmışdı.
Yaxşı, əgər beləsə, bu açıq-aşkar da belədir, bəs onda niyə bəşəriyyət bu böyük zəkalar sivilizasiyasına önəm verirlər? Niyə? Məgər mağaralarda yaşamaq, ondan-bundan od-ocaq oğurlamaq, gözəl evlərdə, villalarda, isti otaqlarda yaşamaqdan pisdir?
Ola bilər. Bəlkə, daş dövründə uzaq və yaxınlarla əlaqə yaratmaq, qohum-qardaş və yadlarla təmasda olmaq indikindən yüz dəfə çətin idi, ona görə?
Bəlkə də.
Yəqin ki, hamı məhz bunlara görə sivilizasiyaya üstünlük verir.
Mən isə qətiyyən yox. Və məmnuniyyətlə sivilizasiyadan əvvəlki formada yaşamağa üstünlük verərdim.
Lakin mən də sivilizasiyaya üstünlük verirəm. Niyə? Ona görə yox ki, radio və televiziya var, maşın var, təyyarə var, göydələnlər var, gözəl xalçalar və saysız-hesabsız bəzəkli, naxışlı yemək və qida məhsulları, dadsız və ucuz broyler toyuqları və növ-növ süni parçalardan kostyum, köynək və ayaqqabılar var, yox.
ONA GÖRƏ SİVİLİZASİYAYA ÜSTÜNLÜK VERİRƏM Kİ, MOTSART, BETHOVEN VƏ ÜZEYİR BƏY MUSİQİSİ, PLATON, FUKİDİD, NİTŞE FƏLSƏFƏSİ VƏ NƏHAYƏT, HOMER, ŞEKSPİR VƏ KAFKA ƏDƏBİYYATI VAR.
Və bunlarsız mənim doğuluşumun və həyatımın zərrə qədər də əhəmiyyəti olmaz və mən xoşbəxt ola bilməzdim.
Hərçənd ki, məhəlləmizin və rayonumuzun yüz minlərlə ailəsi bu dahilərin nə olduğunu qətiyyən bilmədən yaşayır, yaşayıb ölürlər. Həyətlərindəki qoyun, keçi, qaz və hinduşka dəstələri kimi. Və o hinduşka dəstələri ki, hamısı da özlərini Səməd Vurğun kimi dünyanın əşrəfi hesab edirlər.
Eləcə də, göydələnlərdə zoopark qəfəslərində olduğu kimi yaşayan və ölən soydaşlarımız.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: