Azadlıq eşqi və Əkrəm Əylislinin sənətkarlıqsızlığı

Xalqımız azadlıq aşiqi deyil. Bu, açıq-aşkardır. Elə ki, tarix gah Leninin (daha doğrusu, 1917-ci il fevral inqilabı), gah Yeltsinin əliylə, Güneydə də Xiyabaninin rəşadəti və Stalinin siyasi planlarına uyğun olaraq bizə azadlıq bağışlasa da, həm Qüzeydə, həm Güneydə xalqın biganəliyi ilə bu azadlığı əldən verdi.

Lakin bir fərd kimi hətta bu köləlikdə də azad olmaq, daxilən özünü belə hiss etmək mümkündür.
Hərçənd ki, bu, çox çətindir. Belə ki, bu zaman hətta öz qardaşınla da ürək edib açıq danışmaq olmur.
Bəstəkar kimi, rəssam kimi əsarət səltənətində də sənət inciləri yaratmaq olar.
Lakin yazıçı kimi, mütəfəkkir kimi bu, çox çətindir. Üstəlik, mənim kimi maddi ehtiyac başının üstündə «Domokl qılıncı» kimi daim asılıb qalanda lap çətindir.
Lakin bəxtim gətirdi, ölkəmizdə «yarımköləlik vəziyyəti» sabitləşdi. Diktatorlar tam köləliyə imkan və güc tapmırlar və nəticədə siyasi həyatda hökm sürən köləlik və iqtisadi tiranlıqla kifayətlənib nisbi də olsa, söz və mətbuat azadlığına dözməli oldular.
Və mənim də bayram günlərim başlandı. Həqiqi dəyərini Dilqəm, Tariyel, Seymur və başqa bir neçə ləyaqətli oğullar, dost və tanışlarım bilsələr də, «Ehram» və «Artakserks» kimi bənzərsiz romanlarım işıq üzü gördü.
Və mən dünyaya gəlişimin missiyasını yerinə yetirdim.
Bir çox şeir, pritça, publisistika nümunələri ilə bərabər, bir sıra hekayə, povest və romanlar mənim dünyaya gəlib-getməyimə məna verdi.

Məna…

Bəli, bu, çox böyük sözdür. Bir var lap elə Əkrəm kimi «Daş yuxular» əsərindəki erməni məsələsini hələlik bir kənara qoyub siyasi motivlərini götürsək, bəli, cəsarətli fikirlər var. Lakin axı bu fikirlər sənət dilində, nar dənəsi kimi pərdə içində ifadə olunmur. Axı bu, böyük sənət deyil, burda sənətkarlıq yoxdur. Belə ki, Əkrəm kim və nəyi təsvir etmir, kim və nə haqqında söhbət açır. Bəli, açıq, cəsarətli söhbətlər var və bunlar da aydındır ki, hamıya çatır. Çünki hamının dilində, hamının səviyyəsindədir.
Böyük sənət isə sənət üçündür. Böyük sənət əsərlərinin mənası kütlə üçün anlaşılmaz olur. Nəinki kütlə üçün, hətta sənətkarlar üçün də. Məsələn, Kafkanın dahiyanə romanları və pritçaları, içində Əkrəm də olmaqla, bütün Azərbaycan yazıçıları üçün hələ də mənasız şeylərdir. Çünki onların öz əsərləri kimi açıq satışa qoyulmayıb, müəmma örtüyünə bürünüb.
Ah, böyük Seneka, necə Allaha yalvarırdın ki, sənin əsərlərini alan, oxuyan olmasın və bunu öz əsərlərinin ən yüksək qiyməti hesab edirdin.
2000 il bundan qabaq yaşamış mütəfəkkirin düşüncə tərzindən və səviyyəsindən gör hələ də nə qədər uzağıq!
Heç ona da fikir vermirlər ki, axı dünya dəli olmayıb ki, təkcə 1990-cı ildən bəri Kafkanın əsərləri Rusiyada min dəfədən çox nəşr olunub və Avropa ölkələrində isə daha çox. Və haqlarında da təkcə Avstriyada 1 ildə (!!) 5 mindən çox (!!) əsər çap olunmuşdur. Özü də elə əsərlər haqqında ki, mənasını hələ Avropada da lazımınca dərk edə bilmirlər.
«Ehram», «Artakserks», «Məhəmməd Rzanın macəraları» da güman edirəm ki, belə romanlardandır.
Bəli, siyasi hay-küy salmağa nə var ki. Xalqın anlayacağı dildə onun «mazolunu» tapdala, vəssalam. Kütlə və bəsit təfəkkürlər o dəqiqə həyəcana gələcəklər.
Burda Mirzə Fətəli realizminin əlçatmazlığı da yoxdur. Sadəcə, despot haqqında açıqlamalar və düşmən xalqın mənfur əməllərinə «obyektiv» yanaşma və haqq qazandırma var, vəssalam. Əgər Əkrəm bütün həqiqətləri böyük sənət formasında, sənət dilində, sənətkarlıqla ifadə etsəydi, mən onu alqışlayardım. Amma təəssüf ki, bunlar «Daş yuxular»da yoxdur. Təkrar edirəm, kütlə ilə kütlə səviyyəsində açıq söhbət var. Bu isə nəsrdə, sənətdə artıq keçmiş etapdır və bu yolla sensasiyaya səbəb olmaq asandır.
Lap tutalım, Naxçıvanda və «Ermənistanda» «fağır» ermənilərə qarşı müəyyən qəddarlıqlar edilib, Əylisdə olduğu kimi onların kilsələri dağıdılıb.
Əzizim, sən erməniləri tanımırsan. Hərçənd, kəndinizdə o vaxt ermənilər yaşasa da, sən onların psixologiyasına, onların amallarına və ideallarına, prinsiplərinə və qətiyyətlərinə qətiyyən bələd deyilsən. Və bizimkilər də, yerazlar da erməni öldürüblər, kilsələrini dağıdıblar deməklə elə bilirsən ki, böyük bir hünər göstərir və sənətkar obyektivliyi nümayiş etdirirsən.

Ermənini mən tanıyıram

İllərlə onların içində yaşamışam (Bakıda olsa da). Onların nəinki ideallarına, bilavasitə əməllərinə bələdəm. Onların idealları, amalları isə bütün Azərbaycanda Azərbaycan xalqını yox etmək, bütün ölkəmizi mənimsəməkdir.
Üstəlik, onlar bunu necə də imkan düşən kimi həyata keçirirlər. Mən sənə yüzlərlə misal göstərə bilərəm. Üzeyir Hacıbəyovu, Yusif Məmmədəliyevi, Rəşid Behbudovu və başqa əvəzsiz dahilərimizi ermənilər öldürdü. Bu, hələ harasıdır. 1970-ci illərin axırlarında Bakıda məhəlləmizə nəzarət edən erməni tibb bacısı 3 aylıq oğlumu iynə ilə zəhərlədi və yalnız möcüzə ilə uşaq sağ qaldı. Erməni budur, ey cənab! Üstəlik, ölkədə onlarla «obyektivizm» xəstəliyinə tutulan tərəfdarların da əmələ gəlib.
Bəlkə də, kim bilir, müəllif bilərəkdən bu yolu tutub, bəlkə də. H.Herisçi demişkən, hansı bir öhdəliyi isə yerinə yetirib. Ola bilər.
Onun keçmiş və indiki rejimə aid tənqidi passajlarına gəldikdə isə bunlar tamamilə deklarativ xarakter daşıyır və yalnız vətəndaş cəsarəti kimi dəyərləndirilə bilər. Çünki yazıçı rejimin fəsadlarını obrazların teleyində əks etdirmir, yalnız onların dili ilə ifadə edir.
Ermənilərə qarşı «yerazların» qəddarlıq aktlarına aid iddialar erməni tərəfi ilə heç bir barışığa kömək etmək xüsusiyyəti də daşıya bilməz, əksinə, bunlar erməni işğalına (bu «işğal» bağışlanmaq şəklində olsa da) haqq qazandırmaq, onları tutduqları ərazilərdə məskunlaşmaq iddialarına haqq verir. Müəllif bunu bilir, bilmir, əhəmiyyəti yoxdur, belə ki, nəticə etibarilə o, ermənilərin amallarına xidmət edir. Bu amal isə, təkrar edirik, müasir Ermənistanın Azərbaycan torpaqlarında əmələ gəlməsi və Azərbaycan torpaqları hesabına genişlənməsi ideyasının həyata keçməsi üçün güclü stimul ola bilər. Əkrəmin müdafiəçiləri məsələnin bu tərəfini qətiyyən anlamırlar. Ona görə erməni tərəfi bundan sonra danışıqlara (danışıqlar yalançı olsa belə) gəlsələr belə, ərazilərin qaytarılması məsələsinin qətiyyən danışıq və müzakirə mövzusu olmasına razılıq verməyəcəklər. Dağlıq Qarabağdan isə ümumiyyətlə, heç söz gedə bilməz.
Əkrəmin dedikləri adi bir yazıçının sözləri və fikirləri kimi öz-özlüyündə heç nədir, amma onların əhəmiyyətini şişirdib erməni tərəfinin xeyrinə işləyən bir faktora çevirə bilərlər. Və əgər Həmid Herisçinin iddialarında həqiqət varsa, deməli, müəllif elə buna da rasşşot edib.
Bir şeyi də unutmaq olmaz və müəllif də Əylisdə vaxtilə 20 erməni kilsəsini iddia etməklə sanki buna çalışır ki, Mirzə Fətəlinin Molla İbrahimxəlilinin «Əylis erməniləri» ifadəsi Əylisin tamamilə ermənilərdən ibarət olan bir məskən olduğunu sübut etsin. Əgər bu, həqiqətən beləsə, onda baba və nənələrinin adlarının necə olması qətiyyən onun köməyinə gələ bilməz.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: