Zalım, hiyləgər və riyakar

Bütün zalımlar hiyləgər və riyakar olur. Niyə? Zalımlığı, yəni zülmünü ört-basdır etmək üçün. Əks təqdirdə hakimiyyətdə qalmaq, zülm törətməkdə davam etmək və eyni zamanda şöhrət sahibi olmaq çətindir. Onda gərək Stalin kimi ölkədə minlərlə həbsxanalar, düşərgələr sistemi yaradasan, bu isə artıq mümkün deyil.

Stalin amansız senzura şəbəkəsi yaradıb, əlində olan təbliğat sistemi ilə nəinki Avropa elm, ədəbiyyat və incəsənət elitasını, nəinki Avropa xalqlarını, hətta hər şey gözü qabağında baş verən öz xalqlarını da aldadırdı.
Nəticədə Avropada belə, xüsusən Fransada uzunqulaq siyasilər, yazıçı, alim və ictimaiyyətin xeyli hissəsi SSRİ-nin həqiqətən azad, demokratik, firavan bir ölkə və quruluş olduğuna inanırdılar. Belə ki, Anri Barbüs və Lion Fextvanger kimi hətta despota böyük monoqrafiyalar da həsr edirdilər.
Hazırki Rusiya prezidentinin açıq-aşkar seçki nəticələrini saxtalaşdırdığı aydındır. Bunu Avropa və xüsusilə, Amerika yaxşı görür.
Putin despotizm sistemi yaradır, amma sosializmsiz. O, əslində Stalindən çox Hitlerə oxşayır. Lakin «putinizm» əsl mahiyyətilə Hitlerlə Stalinin sintezidir, yəni hər ikisinin mənfiliklərinin cəmidir.
Lakin hətta despotizm ocağı olan Rusiyada belə, bu gün, XX əsrdə bu cür hakimiyyət sürmək çətindir. Ona görə bu adam görünməmiş bir hiyləgərlik və riyakarlıqla onu ifşa etmək istəyən adamları bir-bir ya aradan götürür, ya da kənara atır.
Əyani bir misal. Bir müddət qabaq Dolmatov adlı barışmaz və qəhrəman bir dissident məcbur olub xaricə, Hollandiyaya getdi.
Şübhəsiz ki, bir sıra siyasi və hərbi sirlər bilən bu ağıllı adam o dəqiqə orada mehmanxanada Putinin göndərdiyi qatillər tərəfindən öldürüldü. Və hiyləgər Putin öz əməllərini ört-basdır etmək, hətta bu ölümdən öz xeyrinə istifadə etmək üçün görün neylədi.
NTV-də xüsusi veriliş təşkil etdirib, Dolmatovun guya, intihar etdiyini və ölümqabağı ölkəsinə yazdığı məktubu elan etdi. Məktubda öz hərəkətindən guya, peşman olan Dolmatov elan edir ki, o, Avropadan peşman olub və Rusiya həmişəkindən daha güclü, azad və firavan bir ölkədir.
Bütün bu geydirmə süjet, özü də guya, müstəqil və demokratik NTV kanalında göstərilir. O NTV ki, Putin «NTV-şniki» və «Çestnıy ponedelnik» adlı həftəlik verilişləri ləğv edib, aparıcıları olan gənc və istedadlı publisistlərin də başına nə oyun açıb, bilən yoxdur.
Adam soruşa bilmir ki, ay cənab prezident, Rusiya əgər belə azad və firavan dövlətdirsə, Avropada dönə-dönə olmuş Dolmatov niyə ora gedirdi? Və niyə də özünü öldürürdü? Kim bilirdi ki, o, hansı niyyətlə getmişdi, sadəcə qayıdardı.
Hitlerdə işğalçılıq vardı və o da I Dünya müharibəsində Antantanın onun vətəninə qarşı etdiyi ədalətsizliklərə cavab idi, amma o, riyakarlıq bilmirdi.
Stalində hər ikisi vardı, eləcə də, Putində. Amma Hitler və Stalindən fərqli olaraq Putinin gücü yoxdur. Gücsüz, ac və acizdir. Neftdən və qazdan başqa heç nəylə öyünə bilmir. Bütün günü Qərb dövlətlərinə yalvarıb müasir texnologiya istəyir. Eyni zamanda bütün günü də həmin Qərb dövlətlərini və xalqlarını lənətləyir. Çünki bilir ki, Rusiyanı Qərb təsirindən qorumasa, Avropanı, Amerikanı özünə düşmən etməsə və xalqı buna inandırmasa, bu nəhəng imperiyanı heç cür parçalanmaqdan saxlaya bilməyəcək. Nə vaxta qədər belə olacaq, Allah bilir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: