Məntiqin düşmənləri

XXI əsrdə dünyada cəmi bir cəhənnəm var. Totalitar səltənətlər çoxdur, müəyyən yarımcəhənnəm sistemi və rejimləri az deyil. Ancaq onların hamısına maddi yox, mənəvi zülm hakimdir. Kuba, Şimali Koreya, Çin, Orta Asiya ölkələri, Rusiya, İran, Suriya… Lakin heç bir real təsiri olmayan nisbi mətbuat azadlığından başqa, başdan-başa, təpədən-dırnağadək korrupsiyaya qərq olmuş haqsızlıq, ədalətsizlik, hərc-mərclik, dərəbəylik, zorakılıq səltənəti olan ölkə isə bir dənədir.

Bəli, bu belədir.
Bəs niyə ABŞ, Avropa Birliyi ölkələri bu cəhənnəm vadisinə heç bir reaksiya vermirlər? Ona görə ki… deyildi, deyildi axı… Babu…
Babunu kim incidər? Heç kim. Bir halda ki, o, hamının sevimlisidir. Niyə, bu da aydındır. Budur, pəncərələri qapqara, on «Mercedes» bir-birinin ardınca küçələrdən şütüyüb keçir. Heç kim hansı birində kim var, bilmir.
Bəs niyə bu məxluq deyilənlərimizi doğruldur?
Çünki neylədiyini bilir və adekvat reaksiya və cavabdan qorxur. Halbuki, qorxmağa heç bir əsas yoxdur. Amma o, qorxur. ÇÜNKİ MƏNTİQİN NƏ OLDUĞUNU BİLİR. AMMA ONU BİLMİR Kİ, AĞALIQ ETDİYİ SƏLTƏNƏTİN SAKİNLƏRİ MƏNTİQDƏN TAMAMİLƏ XƏBƏRSİZDİRLƏR. NƏİNKİ XƏBƏRSİZDİRLƏR, HƏTTA MƏNTİQİN DÜŞMƏNİDİRLƏR. NƏİNKİ DÜŞMƏNİ, HƏTTA GECƏ-GÜNDÜZ ONUN CANININ DUAÇISIDIRLAR.
Bəs onu yaşadan nədir? Onun enerjisi haradan gəlir? Həmin bu cəhənnəm əhlinin dualarından, onların ədalətsizlik, azadlıqsızlıq, kişisizlik və ləyaqətsizliklərindən.
Onların məntiqsizliklərindən.
Azadlığa, kişiliyə, ədalətə, ləyaqətə və məntiqə ehtiyacsızlıqlarından.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: