Hiyləgərlik

(İnsan eyibləri)

Əvvəlcə hiyləgərliyi ağıldan ayıran, fərqləndirən cəhətləri dəqiq müəyyən etmək, təyin etmək lazımdır. Ağıl özünü təhlükə və zərərlərdən qorumaq üçün, hiyləgərlik isə qazanc, hakimiyyət və ya sadəcə, aqressiv ehtiras və instinktlərini təmin etmək üçün işlədilən güclü və qorxunc mexanizmdir. Ağıl kimi o da oxumaqla, təcrübə ilə daha da kamilləşdirilir, mükəmməlləşdirilir və nəhayət, sərvət, güc və hakimiyyət hesabına böyükmiqyaslı cinayətlərə meydan açılır.

Ümumiyyətlə, Nitşe deyəndə ki, «hakimiyyət adamı axmaq edir», əlbəttə, haqlıdır. Çünki ən hiyləgər despotlar da əslində özləri üçün heç bir faydası, özlərinə heç bir xeyri olmayan işlər görməkdən yorulmur, faydasız zorakılıqdan doymur, taleyin qəfil dönüşünün ola biləcəyini və ya sabahın bu əməllərə görə haqq-hesab tələb edəcəyini görünməmiş bir tərsliklə rədd edir, son nəfəsə kimi azğın instinktlərini, qanlı istəklərini yedirdtməkdən başqa heç nə bilmirlər. Rəqiblərini aradan götürməkdə bu qədər məharət və qeyri-adi qəddarlıq və ustalıq göstərən hiyləgər despot, nəhayət, Məhəmməd Rza kimi tamamilə reallıq hissini itirib, bütöv milləti heyvan sürüsünə çevirmək qərarına gəlib və gözlənilməz şəkildə nəzərə almadığı vəziyyətin qurbanı olur.
Lakin həmişə belə olmur.
Doğrudur, hiyləgəri xeyirin zərurətindən qat-qat güclü olan şər pəriləri gecə-gündüz qoruyur və xüsusilə, mənəviyyatların mənfi emosiyalar üstə kökləndiyi Asiyada hiyləgərlik qanuni və təbii qəbul edilib, uzun müddət öz şər əməllərinin meyvələri ilə qidalanır. Lakin şər pəriləri də namərddirlər və bir gün öz sevimlilərini Erinnanın pəncəsində qoyub gedirlər.
Əgər hiyləgərlik öz instinkt və ehtiraslarına da hiylə gəlib onları yatıra bilirsə, onun adı Stalin, əksinə olanda isə … Məhəmməd Rza olur.

(ardı var)

07.07.1997

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: