Həyasızlıq

Həyasızlıq Allahın insanlara bəxş etdiyi, amma milyonda bir adama nəsib olan bir nemətdir. Əslində həyasızlığı böyük almas külçəsi ilə müqayisə etmək olar. İnsan böyük despot, zülmkar, qəddar, hiyləgər doğula bilər, amma həyasız olmasa, hökmdar ola bilməz. Amma əksinə, başının ölçüsünə uyğun gəlməsə də, böyük ağıl, ləyaqət sahibi olmasa belə, həyasızlıq sayəsində tac sahibi ola bilər. Əslində böyük həyasızlıq olanda onun «köməkçiləri» – iradə, qətiyyət, namərdlik, tərslik də ətrafında cəmləşir.

Əslində həyasızlıq ən mənfi insan eyiblərinin toplusudur. Onun unikallığı da yəqin ki, elə bundadır.
Həyasızlıqla istədiyin gözəli almaq, istədiyin qadını ələ gətirmək olar. Hakimiyyətə gəlmək üçün bunun necə vacib və həlledici amil olduğu da aksiomadır. Boy-buxunlu, bayağı cazibəsi olan böyük həyasızlar, nadir gözəllər kimi, yüz mində bir yaranır. Amma elə ki yetişdi, vay o ölkənin halına. Həyasızlıq qəhrəmanlığı, alicənablığı, ədaləti, həqiqəti əzərək dünyada görünməmiş riyakarlıq səltənəti quracaq.
Həyasızlığın hakimiyyətə gəlməsi və onun hökmranlığı millətin, etnosun tam mənəvi ölümü olmasa da, onun özünə gəlməsi üçün illərlə gərgin iş tələb edən ağlasığmaz dərəcədə böyük sosial, siyasi, mənəvi katastrofdur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: