Azərbaycanın 15 dahi oğlu

7. Mirzə Ələkbər Sabir

Sabir yazırdı:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi.

Tamamilə dinclik zamanı, yeraltı və yerüstü sərvətləri zəngin olan, zənginləri və varlıları dolu olan bir ölkənin parlaq istedad sahibi və milli iftixarının ürəyi nədən şişə bilərdi? Bu «arizi qəmlər» nələrdən ibarət idi?
Başqa ölkələrdə belə şey mümkünmü?
Ola bilər. Xüsusilə, sənətə yenilik gətirən və ya sənəti, yaradıcılığı müasirləri üçün anlaşılmaz olan yazıçı və rəssamların acı taleyinə aid Amerikada və ya Avropa ölkələrində nümunələr çoxdur. Lakin şeirləri dillər əzbəri olan, tamamilə xalqın dilində, onun ruhunun və əməllərinin güzgüsü olan bir şair sabun bişirib satmaqla dolansın?
Lakin Sabirin ürəyini şişirdən bu deyildi. Onu vərəmləndirən, xəstələndirən və vaxtsız qəbrə aparan ƏNVƏR BÖRÜSOY və ya Allaha və dinə söykənib, öz dini dünyagörüşünü əlində qılınc kimi tutub mənə uzun-uzadı bir cavab yazmağa cürət edən RUSLAN AQİLLƏR deyildimi?
Adə, ay Ənvər Börüsoy (Yusifoğlu olursan ki, bilinməyəsən), nə qədər bəzi məxluqlar kimi tərslik edəcək və HƏQİQƏTİN ACIĞINA ƏLİNDƏN HEÇ BİR İŞ GƏLMƏYƏN VƏ ÜMUMİYYƏTLƏ, NƏSƏ ETMƏK ÜÇÜN HEÇ BİR İMKANI, SƏLAHİYYƏTİ OLMAYAN BU YAZIQ QULAMRZA SƏBRİ TƏBRİZİNİN YAXASINDAN TUTUB O QƏZETƏ-BU QƏZETƏ SÜRÜYƏCƏKSƏN? NİYƏ BU ZAVALLI EDİNBURQ SAKİNİNİ BOŞ YERƏ DİLƏ-DİŞƏ SALIB ƏL ÇƏKMİRSƏN, AY HƏMŞƏRİ DİLETANTI? İranda, Güney Azərbaycanında azadlıq və müstəqillik işi bu bədbəxt professorun həll edəcəyi iş deyil axı. Axı bu işi həmin 30 milyon məxluqun hər gün küçələrə axışıb, qırğın-qiyamət salıb molla rejimini diz çökdürəcək qəhrəmanlığı, fədakarlığı və azadlıq eşqi həll edə bilər. Niyə öz savads?zl?g?n? bu qədər inadla gözə soxursan və bizi məcbur edirsən ki, sənə qarşı, keçmiş dostumuza qarşı bu cür, bizə yaraşmayan ifadələr işlədək.
Nə isə, lənət şeytana. Bu millətin hələ yaxşıları, bir daha qeyd edək, yaxşıları Ənvər Börüsoy və mənim müraciətlərimdən, qeydlərimdən nəticə çıxarıb özünə düzgün yol seçmək əvəzinə (ilk növbədə adını dəyişməklə) mənə bir səhifəlik cavab yazan, nəsihət verən, ağıl öyrədən Ruslan Aqil kimidirsə, indi gör pisləri necədir, ay Allah?
Bir filosof demişkən, bu ağılsız Putin Amerikanı dağıtmaq istəyir, amma ağlına gəlmir ki, həmin bu pislər adlandırdığımız yüz nəfər bizim işgüzar seçilmişlərimizdən götürüb Amerikaya ötürsün və onlar bir neçə ilə o boyda ölkəni, demokratiya və firavanlıq səltənətini dağıdıb elə bir günə salsınlar ki, bir daha bizim kimi ayaq üstə durmağa halları olmasın.
Nə isə, gələk «arizi qəmlər» əlindən ürəyi şişən Sabirin üstünə. Onun ürəyini şişirdən xalqının və müasirlərinin tupoyluğu, haqqa, ədalətə biganəliyi, pul və sərvət hərisliyi idi.
Bu mənfiliklər bu və ya başqa dərəcədə bütün xalqlarda var. Lakin bu və ya başqa dərəcədə, daha bizdəki kimi tüğyan etmir.
Amma bu gün yaşasaydı, əlbəttə, Sabirin fiziki xəstəlikləri bəlkə də, müalicə oluna bilərdi. Bizdə olmasa da, heç olmasa gedib İranda dərdinə çarə tapardı. Lakin xalqının «xəstəliyi», millətinin tupoyluğu sağalmazdır və illər keçdikcə daha da artır. Ona görə yaxşı ki, Sabir bu gün yaşamayıb. Çünki heç şübhəsiz ki, bəziləri kimi bəziləri üçün «bizim adam» olmayacaqdı və onun bişirdiyi sabunu da alan olmayacaq, taleyi yenə Allahın ümidinə qalacaqdı. Çünki özü yazdığı kimi,

… Fitnə göyərir torpağımızdan, daşımızdan.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: