Təkrarsız təfəkkür sahibi

Mən bu qısa yazımla Əbülhəsən bəy Abbasova 50 yaşında həsr etdiyim kiçik qeydlərimi sanki, davam etdirirəm.

Hər insan təkrarsızdır, hətta heç bir fərdi xüsusiyyəti olmasa belə! Qaldı ki, öz mürəkkəb təfəkkürü və ifadə tərzi ilə seçilən, bütün dünyada hakimiyyət idarəçiliyinin mürəkkəb sirlərinə bələd olan 5-6 filosofdan biri və tamamilə özünəməxsus dünyagörüşlü bir zəka sahibi ola.
Əbülhəsən bəyin həll etdiyi fəlsəfi tənliklər və hər hansı müstəqil dövlət üçün toxuduğu mövcudolma «paltarı» Platon və ya Nitşenin toxuduqlarına bənzəmir. Bu, sırf XX və XXI əsr, Hegel, N.Qartman və Qusserl sayağı toxunan bir dondur ki, tətbiq olunsaydı, Azərbaycanda azad, ədalətli, demokratik və mütərəqqi bir hakimiyyət əbədilik bərqərar olardı.
Təəssüf ki, hazırki hakimiyyət nəinki belə bir sistemin marağındadır, ümumiyyətlə, ölkədə necə bir sistem yaradıldığından bəlkə də, özü də baş çıxarmır.
Və beləliklə, Əbülhəsən bəyin 10 il ərzində ərsəyə gətirib ucaltdığı «Mürəkkəblik fəlsəfəsi» qızıldan qəsr kimi kimsənin görmədiyi ayaq dəyməyən bir məkanda ucalıb bərq vurmaqdadır.
Görkəmli filosofun 60 yaşı tamam olur. Qərbdə belə hadisələr dövlətlə millətin bayramına çevrilir, bizdə isə bu hadisəni heç yubilyarın özü də özü üçün qeyd etmir.
Bu nəhəng insanın heç bir iddiası yoxdur, hərçənd ki, praktiki təfəkkürü ilə o, ən azı gərək Akademiya prezidenti olaydı.
Əbülhəsən bəy üsyankar təbiətli adam deyil. O, dərin nəhrlər kimi sakit axıb gedir və hətta günahsız qurban olan xalqına ürəyi yanıb hakimiyyət rəmzini üzünü ona, yəni xalqa tərəf çevirməyə çağırır. Və bu cəhəti ilə bir çoxları kimi şəxsən məni də heyrətdə qoyub.
Bu, yəqin ki, çarəsizlikdən atılmış bir addımdır.
Əbülhəsən bəy, 60 yaşınız mübarək. Və ümid edirik ki, siz doğma Gədəbəy dağları qədər yaşayıb, uzunömürlülüklə mükafatlandırılacaq, təfəkkürünüzün təntənə çaldığı günləri görəcəksiniz.

Dostlarınız adından Əlisa Nicat

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: