Bədbəxt… professorlar

Nəinki professor, hətta akademiklərimizin də çoxu belədirlər.

İnsana niyə göz, qulaq, burun, dadbilmə və s. verilib? Xüsusən, bütün bunları sintez edən, qavrayan beyin verilib? Yalnız ona görə deyil ki, təhlükəni görsün, eşitsin, dadını bilsin. Bunlar, bu xüsusiyyətlər heyvanlarda da var.
Amma insan da gözəllikləri görmür və o, bu cəhətdən heyvanlarla eyniləşir.
Niyə balaca günəşə bənzəyən bir qızı ki mən 25 yaşlarında görüb sevirdim, niyə heç kim görmədi, gedib bir qaban kimisinə qismət oldu? Halbuki, o vaxt Bakıda evlənməyə hazırlaşan minlərlə varlı ailədən olan yaraşıqlı cavanlar vardı.
Və ya necə fizik olub bu elmin dərinliklərinə baş vuraraq, dünya şöhrəti qazanmaq olar? Axı xüsusilə, fizika və riyaziyyatda dahiyanə yenilik dərhal dünyaya yayılır. Şübhəsiz ki, burada xüsusi istedad lazımdır ki, bizdə, Türkiyədə və başqa texniki cəhətdən geridə qalmış ölkələrdən çıxmır.
Bunu bildik. Yaxın və Mərkəzi Asiya beyni üçün bu cür elmlərin sirləri qapalıdır. Yaxşı, bəs ədəbiyyat və humanitar elmlərin professorlarına nə olub? Bəs niyə palaz qulaqları ola-ola Bethovenin «Appasionata»sına və «Eqmont» üverturasına illər boyu bir nəfər də qulaq asıb zövq və ləzzət almır?
Niyə yüzlərlə filoloqlarımız Marsel Prustun pomanlarının gözəlliklərindən xəbərsiz olub gedirlər? Hələ Kafkanı demirik. Axı bu o deməkdir ki, Məkkəyə ziyarətə gedirsən, amma şəhərin kənarlarında gün keçirib, yenə qayıdıb gəlirsən. Yəni hər gün kitab mağazalarına girə-girə, bu kitabları görə-görə, adını ədəbiyyat professoru qoyub, laqeyd-laqeyd ötüb keçirsən.
Yaxud da sən necə bəstəkarsan ki, İ.Ştrausun «Misir marşı»na, yaxud Motsartın «Türk marşı»na ömründə bir dəfə də qulaq asmamısan.
Axı qulaq və beyin sənə təkcə başqalarının nə dediklərini eşitmək üçün verilməyib. Bilmirəm, Şopenin «Skertso»sunu eşitməyib necə bəstəkarsan? Yaxud əgər haçansa tələbəliklə bir dəfə eşidibsənsə, necə ona ömrün boyu dönə-dönə qulaq asmayasan?
Bəs siz nəyi bilirsiz, cənab professorlar? Kələk gəlməyi, yaltaqlanmağı, alver etməyi, kimlə necə rəftar edib davranmağımı? Bəli, bunların ustalarısınız.
Bizdə nə qədər fəlsəfə professoru var ki, Veyninger kiminin heç adını da eşitməyiblər.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: