Zərurətin səhvi

ZƏRURƏT haqqında fəlsəfi kateqoriya kimi danışmağa və onu şərh etməyə dəyər. Hərçənd ki, dünya fəlsəfi fikrində belə bir təşəbbüs mənə rast gəlməyib.

Doğrudur, hələ 2600 il əvvəl qədim yunan müdriki Fales yazırdı ki, ZƏRURƏTLƏ allahlar da mübarizə etmir.
Bəs o nə vaxt və necə yaranır? Qüdrəti allahların qüdrətindən də güclü olan ZƏRURƏT qarşısıalınmaz şəkildə gəlir və özü də iki cür nəticə ilə:
Ya dağıdıb məhv edir, ya da yaradıb çiçəkləndirir.
Hər hansı bir aspektdə MÖVCUDLUQ artıq enerjisini idarə edə bilməyəndə, hələ kainat mövcud olmayanda yeganə elektronun partlayışı kimi yaradıcı partlayış baş verir.
O vaxt enerji materiyaya çevrildi və dərhal mövcudolma xüsusiyyətlərini kəsb etdi.
Bu KƏSBETMƏ necə və niyə oldu? Artıq «nəsə» var idi və bu nəsə hansı bir forma isə almalıydı. Yeganə mümkün bir forma olan enerji mövcudluğunu davam etdirmək üçün ZƏRURƏT meydana çıxdı və bu ZƏRURƏT xaos və sistemsizliyi dərhal nizama salmaq üçün saysız enerji hissələrinə və topalarına döndü. Bu mövcudluğu əbədiləşdirmək üçün ZƏRURƏT onlara özlərini səfərbər etdirib CAZİBƏ xüsusiyyəti əxz etdirdi.
Və dərhal böyük və kiçik bütün sistemlərdə nizam-intizam və ahəngdarlıq bərqərar oldu.
CAZİBƏ, ZƏRURƏTİN mövcudluğu üçün ən böyük şərt idi.
Və beləcə, enerjinin bu yeni mövcudolma xüsusiyyəti bir xeyli müddət davam etdi və etməkdədir.
Sonra ZƏRURƏT yenə peyda oldu, çünki enerjinin bu şəkildə mövcudluğu yeknəsək və maraqsız idi.
Lakin Allah qədər dahi ZƏRURƏT yeni, ağlasığmaz və fantastik bir enerji mövcudluğu yaratmağı qərara aldı. Çox-çox sonralar insanlar bu yeni enerji mövcudluğunu «HƏYAT» adlandırdılar.
Lakin ZƏRURƏT müəyyən və bir sıra xüsusiyyətləri ilə digər enerji mövcudluqlarından fərqli və üstün olan bu yeni mövcudluğu imkanca məhdud, tez tükənən və əvvəlki zərrələrinə parçalanan mövcudluğa və varlığa çevirdi ki, mövcudluqları ərzində əldə etdikləri bütün üstünlüklər yeni nüsxələrə ötürülsün və yenilər də əvvəlkilərin xüsusiyyətlərini estafet kimi özündən sonrakılara ötürsünlər.
HƏYAT adlanan bu kövrək və hər cür təhlükəyə məruz yeni enerji mövcudluqları ZƏRURƏTİN nəyinə lazımdır? O, bu enerji «məğrurlarının» əlinə məstedici şərab dolu qədəh verib, sonra vurub dağıdır. Belə ki, onları bütün əzəli mövcudluqlar üçün olmayan bu xüsusiyyətlə – zamanı onların içində işlətməklə cəzalandırdı. Halbuki, ZƏRURƏT onsuz da keçinə bilərdi.
Bu isə kainatda heç yerdə olmayan ədalətsizlik və cəza idi. Halbuki, ZƏRURƏT bunu tətbiq etməyə də bilərdi. Yeni, efemer enerji mövcudluqları eləcə, sabun köpüyü tək hiss edilmədən yarandıqları kimi də hiss edilmədən yox ola bilərdilər.
Bununla da Zəkalı və Qüdrətli ZƏRURƏT bu efemer enerji «anilərinə» verdiyi ləzzət əvəzində onlara əzab da verir, hətta bu «hədiyyənin» ləzzətini dadmayanlara da.
Bütün bu ədalətsizliyin səbəbi nədir?
Görəsən, yarpaq da saralıb budaqdan qoparkən əzab çəkirmi? Axı müəyyən cihazlar ağacların və xüsusilə, kolların «sevinməsini» qeydə alıblar.
Lakin canlı aləmdə, xüsusən insanlarla bu cür sərt rəftar, ONUN MƏHVƏ MƏHKUM EDİLDİYİNİ DƏRK ETMƏSİNƏ MƏCBUR OLMASI İLƏ CƏZALANDIRMAQ ZƏRURƏT ÜÇÜN NƏ QƏDƏR LAZIM İDİ?
Axı o asanlıqla bu əzablı hadisə və prosesi canlı üçün heç bir əzab verməyən adi bir çevrilişə çevirə bilərdi.
GÖRÜNÜR, ZƏRURƏT ADİ BİR QARIŞQANI BÜTÖV QALAKTİKALARDAN ÜSTÜN EDİB KAİNATIN TƏKAMÜLÜNÜ VƏ KEYFİYYƏTCƏ ONLARDAN ÜSTÜN OLMASINI GÖRÜB HİSS ETMƏLƏRİNİN ƏVƏZİNİ ÇIXMAQ, MƏNFİ MƏNADA KOMPENSASİYA ETMƏK İSTƏYİB.
Və nəticədə bütün yaxşılıqlarını zəhərə döndərir. Deməli, ədalətsizlik, paxıllıq və hətta qisas kainatın mahiyyətindədir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: