Rusiya yol ayrıcında

Rusiyada Putin də, Medvedev də qalıblar məəttəl, neyləsinlər. Azadlıq, demokratiya verilir, hakimiyyəti zəif hesab edib, yumşaq görüb bütün vəhşi instinktlər oyanır. Üstəlik, zəncirlə bağlanan Şimali Qafqaz ayağa qalxır, terror tüğyan edir. Əksinə ediləndə, avtokratiya və totalitarizm bərqərar olanda da iqtisadiyyat batır, korrupsiya tüğyan edir, qohumbazlıq kök salır, şəxsi təşəbbüslər boğulur, qorxu hər cür çiçəklənmənin kökünü kəsir.

Qalıblar məəttəl, hey Avpropaya yalvarırlar, faydası olmur. Çünki onlar rejimdən gələn təhlükəni görürlər.
Bir yandan hərbini daim artırır, II Dünya müharibəsi hadisələrini təhrif edib öz gücləri və hərbi silahları ilə hamını qorxudur, Stalinqrad vuruşunu şişirdir, bir yandan da Almaniyaya yalvarıb qabaqcıl texnologiya təldəb edirlər. Və təbii ki, onlar da vermirlər. Çünki rusların dinc və sülh niyyətlərinə inanmırlar.
Öz kadrları, öz əqli potensialı yoxdur. Təhsil sistemi bərbaddır və heç cür yoluna qoymaq mümkün olmur. Heç nə yaradılmır və kəşf olunmur, digər tərəfdən, gücün öncüllüyü təbliğ olunur və bir-birinin ardınca ballestik raketli yeni atom sualtı gəmiləri istehsal olunur.
Geridəqalma artır və həyat səviyyəsi günü-gündən aşağı düşür. Artıq Rusiya nəinki ABŞ-dan, Çin və Yaponiyadan, Almaniya və Fransadan geri qalır, hətta Braziliya və Hindistandanı da irəli buraxmalı olur.
Bəs neyləməli? Demokratiya , azadlıq vermək mümkün olmur, verməyəndə də neft və qazdan savayı heç bir gəlir gəlmir.
Bir yandan Putin Stalin və allahlıq ambisiyasından və KQB vərdişlərindlən əl çəkə bilmir, br yandan da ABŞ-a, Almaniyaya, Yaponiyaya paxıllığından az qalır partlasın.
Rusiya çevrədəki dələ kimi uğursuzluq dairəsindən və məngənəsindən çıxa bilmir ki, bilmir. Gerilik o həddə çatıb ki, peyklər və təyyarələr brak çıxıb bir-birinin ardınca partlayır və beləliklə, ac xalqın boğazından kəsilən yüz milyonlarla dollarlar puç olub gedir.
Putin qalıb məəttəl. Bu günlərdə RBK kanalında Adizes korporasiyasının prezidenti İsxak Adizes bütün bu məsələləri necə ağıl və sağlam düşüncə ilə göstərdi. Amma bu dahi insan da Rusiyanın daxili çıxılmazlığını dərk edə bilmir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: