Əkrəm Əylisli fenomeni

Mən ona qarşı hər hansı bir cəza tədbirinin və ya Azərbaycandan qovulmağının əleyhinəyəm, amma…

Məsələ çox mürəkkəb və çoxcəhətlidir. Ona görə dəqiq diaqnoz vermək, səbəbləri açıqlamaq çətindir.
Məsələ bundadır ki, Əkrəm Əylisli bu məzmunda birinci dəfə deyil ki, çıxış edir. Keçən əsrin 80-ci illərində də belə bir yazısı yenə «Drujba narodov» jurnalında çap olunmuşdu və o vaxt böyük hay-küy salmışdı. Hətta Əkrəm təhlükələrə, terrora məruz qala bilərdi, ancaq yuxarının səssiz müdafiəsi və Bəxtiyar Vahabzadənin çıxışı Əkrəmin konfliktdən itkisiz çıxmasına səbəb oldu.
Bəs o, bu cür prinsipial bir məsələdə niyə belə inadla dediyini deyir və sonra da təhlükələrdən qorxur, başa düşmək çətindir.
Hələ sovet dövründən, Nizami Cəfərovun (zalım yaman kökəlib!) Milli Məclisdəki çıxışında dediyi kimi, öz impulsivliyi ilə seçilən Əkrəm Əylisli qeyd etdiyimiz kimi vaxtaşırı bu cür «ermənipərəstliyi» ilə püskürür.
Lakin həyatın da öz tələbləri var və Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Əkrəmin müdafiəsinə ehtiyacı olduğunu görüb onu öz adamına çevirmək istədi və bir sıra lqotlarla buna nail oldu.
Əkrəm xeyli müddət susdu və hətta hansı bir yazısındasa Heydər Əliyevin hakimiyyətini təriflədi də.
Nəticədə xalq yazıçısı adına, ordenlərə və s. layiq görüldü.
Lap bu yaxınlarda isə varis daha irəli gedərək onu deputat etdi.
Maraqlı nə idi? Açıq-aşkar görünürdü ki, bu adam hər gün Milli Məclisin iclasında drijor əli ilə kişilər xoruna qoşula bilmir və səhnədə baş verən məzhəkələrə güclə dözür. O, partlamağa hazır idi və nəhayət, partladı. O vaxt, yəni 2-3 il qabaq Rüstəm İbrahimbəyovun rejim əleyhinə yönəlmiş çıxışı müzakirə edilərkən dözə bilməyib kinodramaturqun tərəfində durdu.
Bunu görən iqtidar növbəti seçkilərdə onu Milli Məclisdən uzaqlaşdırdı.
Təbii ki, Əkrəm də Anar kimi hirsləndi. Amma Anarı o vaxt bir sıra lqotlarla (akademiklik və sonra da H.Əliyev adına orden və 50 min manat mükafat) ram etdi.
Əkrəmə isə bu güzəştlər edilmədi. Amma o, artıq özünə iqtisadi sərbəstlik təmin etdiyinə görə (deputatlıq pensiyası ilə bərabər) yenə müxalifət cəbhəsinə qayıdıb, hətta ermənipərəstlik hisslərinə də yol açdı.
Bir daha qeyd edirik, bu «pərəstlik» hardan gəlir, səbəbi nədir, müəyyən etmək çətin olsa da, güman etmək olar ki, Əkrəmin əqidəsincə, ermənilər Dağlıq Qarabağın avtoxtonlarıdır və tarix boyu həm Van ətraflarında, həm də öz indiki ərazilərində türklər və biz tərəfdən haqsızlığa və zorakılığa məruz qalıblar.
Əzizim Əkrəm, sən istər qədim, istərsə də XIX əsrin axırı XX əsrin əvvəllərinə dair tarixi olaylardan qətiyyən xəbərdar deyilsən. Ermənilər, İqrar Əliyevin sübut etdiyi kimi, heç vaxt Dağlıq Qarabağda yaşamayıblar. Nəinki Dağlıq Qarabağda, hətta indiki Ermənistanda belə. Onlar yalnız sonuncu minillikdə dəstə-dəstə gəlib bizim müəyyən ərazilərimizdə məskən salmışlar. XIX əsrin axırı XX əsrin əvvəllərindəki hadisələrdə türklərə qarşı namərdlik və satqınlıqlarına görə cəzalandırılıb deportasiya olunmuşlar. Sən bütün bunları bilmirsən və ya bilmək istəmirsən.
1918-ci il hadisələrinə görə isə türklərin və azərbaycanlıların ermənilərə etdiyi pisliklər Andranikin, Lalayanın və başqalarının törətdikləri cinayətlərin yanında heç nədir. Sən 1918-ci ilin xronikaların oxusan, erməni zabitləri və könüllüləri tərəfindən qırılıb, meyitləri qala kimi yüksələn azərbaycanlıların faciəsindən ya xəbərsizsən, ya da buna göz yumursan. Kor tutduğun buraxmadığı kimi, sən də yapışmısan ki, türklər və ya biz ermənilərə zülm etmişik.
A kişi, heyvan bir dəfə düşdüyü bataqlığa ikinci dəfə düşməz, axı başına belə bir iş gəlib və sən tövbə etmişdin. Axı nə yapışmısan bu mənfur ermənilərin ətəyindən?
Mən sənə qarşı hər hansı bir cəza tədbirinin və ya Azərbaycandan qovulmağının əleyhinəyəm. Amma axı bu inadkarlığın nə vaxtacan davam edəcək? Artıq qoca adamsan, yetkin oğlanların, nəvələrin var, barı onları fikirləş. Deyirsən ki, bu əsərlərin tərcüməsinə icazə vermirəm. Gülməli deyilmi? Dediyin azdır, hələ yenə camaatı ələ salırsan. Hə, nə olsun icazə vermirsən? Kimdir sənin icazənə baxan. Lap məhkəməyə ver, hə, nə olsun? Guya, çox böyük bir iş görürsən və kiməsə hədə-qorxu gəlirsən.
Lap əgər sən qəti əminsən ki, həqiqəti deyirsən, amma ay bəsit məxluq, bunu deməyin də min cür yolu var. Özündən, öz səviyyəndən, öz yazıçılığından o qədər razısan ki, hətta bir vaxt elan elədiyin kimi, özünü Mirzə Cəlildən də üstün tutursan.
Əgər Mirzə Cəlildən üstünsənsə, öz fikrini, öz həqiqətlərini elə formalarda ifadə edə bilərsən ki, nə şiş yanar, nə kabab. Amma axı səviyyəsiz və savadsız adamsan və bibilərinin, bibi ərlərinin, həmyerlilərinin ibtidai məişət səhnələrini təsvir etməkdən başqa heç nəyə qadir deyilsən.
Lakin məsələni hay-küyə salıb Milli Məclisdə çıxış edənlər də gülməli idilər. Hər yandan səs-səsə verib bağıranlar yuxarıdan heç bir reaksiya olmadığını görüb o dəqiqə fısları yatdı.
Ümid edirik ki, bütün bu hay-küyə baxmayaraq, yenə hər şey unudulacaq. Çünki Əkrəm Əylisli kimdir ki, onun sözü dünya siyasətçilərinə və ya beynəlxalq ictimaiyyətə təsir edib Azərbaycanın zərərinə işləsin.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: