Rüstəm İbrahimbəyov nəyə ümid edir?

«Hürriyyət»də bu dünya şöhrətli kinodramaturqun yazısını oxuyanda bir sıra sağlam düşüncə təzahürləri ilə bərabər, bir müddəa məndə xeyli təəccüb oyatdı. Düşündüm ki, ay Allah, bu necə millət, necə toxum, necə beyindir? Arvad cinsi kimi hamı bir-birinin dediyini və hərəkətini təkrar edir. Elə bil 20 ildir (hələ sovet dövrünü demirik!) prezident seçkilərinin necə keçdiyini görməyiblər.

Yaxşı, əgər hans?sa partiya s?dri seçkilərdən danışır və yenə namizədliyini irəli sürürsə, deməli, bir məqsədi var, ya danışılıb gedir ki, əvəzində külli-miqdarda qazanır, ya da xaricdən pul alıb gedir. Ona görə nəticə qətiyyən vecinə deyil.
Hörmətli Məzahir Pənahov müəllim də göstərişə əməl edərək ona neçə faiz lazımsa, o qədər də səs payı ayıracaq.
Ay Rüstəm, ay dünyagörmüş adam, sənin axı böyük həyat təcrübən var, başın daşdan-daşa dəyib. Bəs sən bilmirsən seçkilər həmişə necə keçib, yenə də elə olacaq. Bilmirsənsə, vallah, sənin təfəkkürün barədə şübhəyə düşürük. Bilib deyirsənsə, bu da xarakterin barədə yaxşı rəy yaratmır.
Pah atonnan, bu millətin ən yüksəkdə duranları ilə ən aşağıları, akademiki ilə bazarda kartof satanlarına qədər, eyni səviyyəli düşüncə sahibləridir. Sən demə, professor və ya sürücü və ya dəllək arasında əqli məsafə çox azdır. Belə ki, bu adamlar dönə-dönə gördüklərindən, dönə-dönə başlarına gələnlərdən zərrə qədər də nəticə çıxarmırlar. Bu adamlar başa düşmürlər ki, Məzahir müəllim lazım olan adama kimə nə qədər nəzərdə tutulubsa, o qədər də səs ayırır, məsələ çoxdan həll olunub. İstər İsa Qəmbər, istər siz, ya da bir başqası səslərin lap 90 faizini də qazansalar və ya heç nə qazanmasalar da, yenə onlara həmişə nə qədər lazımsa, o qədər səs yazılacaq. Bu adi, ibtidai bir aksiomadır. Başqa cür də ola bilərmi? Axı Seçki Komissiyasında 20-yə qədər adam ayda külli-miqdarda pulu nə üçün alırlar?
Lap istəyirsiz, təxminən də olsa, seçkiyə gedənlərə nə qədər səs ayrılacağını bu başdan deyək də. Məsələn, İsa Qəmbər 10-12 faiz, Əli Kərimli 7-8 faiz və ya məsələn, İlyas İsmayılov 1-2 faiz və başqa kimsə olarsa, o da 1 faiz, yarım faiz səs toplayacaqlar. Bu ənənəni heç kim poza bilməz, heç kim dəyişə bilməz. Lap ABŞ Konqresi bütün heyətilə gəlib seçki günləri Bakıda otursun, fərqi yoxdur, Məzahir müəllim yenə öz işini necə lazımsa, elə görəcək.
Əslində o kişidə və ya daha yüksəklərdə oturanlarda qətiyyən təqsir yoxdur. Dünyada kim nəyə layiqsə, ona çatır. Məsələn, bizim Prezident təqaüdü barəsində etiraz və şikayətlərimizi götürək. Bu təqaüdü almağın bir yolu var də! Başqa yolu yoxdur axı. İndi biz başqa bir yolla gedə-gedə təqaüd almaq istəyirik. Nə olsun ki, təvazökarlıqdan uzaq olsa da, nə olsun ki, 57-58 kitab müəllifiyik və hamısı da əldən-ələ gəzib, evlərdə qorunur.
Bəli, başqa cür ola bilməz. Qaraqum səhrasında alma ağacı bitə bilər və ya Afrikada qütb ayısı görünə bilər, amma hörmətli Fatma xanım Abdullazadə öz prinsiplərindən dönə bilməz.
Siz bu hərəkət və ümidlərinizlə deməli, sübut edirsiz ki, indiyə qədər keçirilən seçkilər və onların nəticələri tamamilə demokratik olmuşdur. Əgər belə olmasaydı, siz bu qədər ürəklə növbəti seçkilərdən və onun nəticələrindən danışmazdınız. Sizin inamınız bunu bir daha sübut edir. Bəlkə, doğrudan da belədir və hörmətli Məzahir müəllimin də zərrə qədər günahı yoxdur. İnşallah, seçkilərə çox qalmayıb.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: