Mir Cəfər Bağırovun saxta məktubu

Gözəl, zəhmətkeş və fədakar tədqiqatçı və tarixçi Adgözəl Məmmədovun şanlı Mir Cəfər Bağırov haqqında yeni bir tədqiqat əsəri çapdan çıxmışdır. Əsəri vərəqləyib, orada Stalin epoxası haqqında xeyli yeni faktlar və materiallar üzə çıxaran yorulmaz tədqiqatçının Mir Cəfər Bağırovun rüsvayçı məhkəməsindən sonra onun Sov.İKP-nin Siyasi Bürosuna ünvanladığı məktubu da oxuyanda xeyli təəccübləndim. Çünki Bağırovun belə bir məktubu yazması heç cür ağla sığmır. Ömrünün sonunun çatdığın bilə-bilə və həyatında ölümün gözünün içinə çox baxmış Mir Cəfər Bağırov kimi bir adamın belə bir müti məktubu yazması qeyri-mümkündür.

Çünki məktubda o, dönə-dönə çoxlu haqsızlıqlar və cinayətlər törətdiyini boynuna alıb bir növ yalvarır. Belə bir yalvarış dolu məktubu Mir Cəfər Bağırov heç cür yaza bilməzdi. Məhkəmənin stenoqramı da onu təsdiq edir.
Bu, onun xarakteri və amalları ilə daban-dabana ziddir. Heç cür inanmaq mümkün deyil ki, ömrünün son günlərində Mir Cəfər Bağırov kimi bir şəxsiyyət həyat və mübarizəsinə kölgə salan belə bir addım atsın və o, Sov.İKP-yə, sovet dövlətinə, sovet ideologiyasına sadiq və sədaqətli olması barədə and içsin.
Burda Adgözəlin, əlbəttə, bir günahı yoxdur. Çünki bu məktubun o dövrün SSRİ KQB-si tərəfindən tərtib olunub istifadəyə buraxılması şübhəsizdir. Çünki Xruşşov bu cür nüfuzlu bir adamı ölümə göndərməsinə haqq qazandırmaq üçün mütləq bir əsas tapmalıydı və buna görə bu məktub uydurulub, lazım olan yerə qoyulmuşdur.
KQB-nin bu təcrübəsi və ənənəsi çoxdan məlumdur. Lap elə bizim günlərdə KQB polkovniki olan Putin, Xruşşov dövrünün bu parlaq ənənəsini bu gün də davam etdirir. Belə ki, «Lavrenti Pavloviç Beriyanın gündəlikləri» adlı sərsəm bir şey uydurulub satışa buraxılmışdır. Hərçənd, Rusiyada bunun saxta gündəlik olduğunu başa düşən ağıllılar var, amma kommunist ruhlu, şovinist təbiətli bir çox rus tarixçiləri dərhal onu əsas götürüb sovet dövrünün bir çox haqsızlıqlarına mala çəkməyə başlayıblar.
Ona görə, əzizim Adgözəl, bundan sonra belə «sənədlərə» hələ çox rast gələ bilərsən. Ona görə onları tənqidi surətdə nəzərdə keçirmək, saxta olub-olmadığını təyin etdikdən sonra çapa vermək lazımdır. Sənin əvvəlki kitablarında Bağırovun öz xalqına, vətəninə necə sadiq bir adam olması dönə-dönə sübut edilir. Bağırov xalqının bir çox nümayəndələrini Sov.İKP-nin və KQB-nin repressiyalarından qorumuşdur. İndi belə bir adam həmin repressiyalara haqq qazandıra bilərmi? Qətiyyən yox!
Təkrar edirik, Mir Cəfər Bağırovun bu məktubu saxtadır.

Реклама
Categories: Tarixin qürubu | 1 комментарий

Навигация по записям

One thought on “Mir Cəfər Bağırovun saxta məktubu

  1. Adıgözəl

    Çox hörmət bəslədiyim El ağsaqqalı Əlisa Nicat ata , Size böyük hörmətim ve inamım olduğundan yəqin ki, xəbərsizsiz! Fikrinizi qəribçilyə salmıram. Əslində o məktub mənim kitabımın bütün xronoloji motivasiyasını pozur. Hadisələrin dinamiksına uyğun gəlmir.Lakin bir müəllif kimi ,sonradan subyektivizimlikdə günalandırılmamaq üçün bu məktubu olduğu kimi də verdim. Lakin fikir vermisinizsə mən kitabda təqdim olunmuş məktubun sonunda qeyd edirəm ki, imza çox çətinliklə oxunur və umumiyyətlədə aydın belə deyil. Əslində imzanın nə qədər könülsüz və gərgin bir şəraitdə çəkildiyini təsəvvür etmək çətin deyil. Ama bu imzanı atan zaman M.C. Bağırovun psixoloji durumunu göz önünə gətirilməlidir. Ölüm hökmünün icrasından 28 saat qabaq onun ailə üzvləri ilə son görüşü təşkil olunur. Həyat yoldaşı Yevqeniya Mixaylovna oğlu Çen və vəkil Vladimir Qavrilov M.C.Bağırova yalvarırlar ki, bu müraciət mətninə imza atsın ki, onu əhf etsinlər.Belə ki, M.C.Bağırovun ailə üzvlərini inadırmışdılar ki, əgər o belə bir məzmünla M.C.Bağırov SSRi ali sovetinin sədri Varaşilova müraciət edərsə ölüm hökmü dəyişdirilə bilər və ümümilikdə isə ailəyə qarşı təqiblərə son qoyular….Əlbəttə ki, bu Xruşşov — Mikoyan cütlüyünün yeni siyasi gedişləri idi. Beriya və onun ətrafı məhf edildikdən sonra Stalin şəxsiyyətinin sovet cəmiyyətində nüfuzdan salınması və ləkələnməsi prosesinə start verilmişdi. Əgər Siz M.C.Bağırovun müraciət məktubunun stilistikasına fikir versəniz bunu aydın görərsiz. Güman edirəm ki, Bağırovda bunları anlayırdı, ancaq bir evladını itirmiş ata üçün ikinci və yeganə oğlunun göz yaşlarının nə qədər ürəy parçalayıçı olmasını təsəvvür etmək çətin deyil. Qəhərlnmış və psixoloji sarsıntılar içində olan ata Mir Cəfər yeganə evladının bu göz yaşlarına və acizanə yalvarışlarına tab gətirmir. Əslində o bu məktuba imza atmaqla yeganə evladını gələcək həyatını sığortalayırdı, o öz ölümü və həyatının bəlkəmdə ən faciəvi «səhvi» ilə evladının həbsinin qarşısını aldı.Ona görə ki, artıq Beriyanın yeganə oğlu Serqo həbsdə idi. Ona görədə bütün bu reallıqları nəzərə alan M.C.Bağırov Kreml emissarlarının sifarişini yerinə yetirir! Ən dərin ehtiramla Adıgözəl

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: