Həm mənalı, həm mənasız – yəni paradoks

Gənc yazıçı Dilqəm Əhməd günümüzün gənclərinin mənəvi və ruhi aləmini çox incəliklə əks etdirən «İmtina» adlı romanında Asif Atanın bir frazasını işlədir: «Ölüm bizi öldürə bilməz.»

Qəribə ifadədir, deyilmi? 
Həm qüdrətli, həm də boşdur! 
Həm sarsıdıcı, həm də təsirsizdir!
Həm güclü, həm də heç nədir!

Mən bu cür bir sıra ifadələr və aforizmlər bilirəm və hələ çox-çox qədimlər, lap yeniyetmə yaşlarımdan onların aşiqiyəm. Budur, onlardan bir neçəsini yadınıza salım.
«Mən doğulduğum gündə də öldüm.» (həzrət Əli)
«Əgər Məhəmməd dağa tərəf gəlməsə, dağ ona tərəf gələr.» (Ərəb məsəli)
«Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam.» (Nəsimi)
Bu qism ifadələr payızda abasbəyli armudun yarpaqlarına bənzəyir. Bu qan-qırmızı, sarı-çəhrayı yarpaqları götürüb baxırsan, nə qədər gözəldir. Amma sonra atırsan, çünki heç nədir.
Eləcə, lalə çiçəyini. Mən yayın ilk ayında həyətimizdə bu «qanlı məşələ» və ya «bayrağa» saatlarla tamaşa etməkdən doymuram. Amma axırda yenə öz-özümə – hə, nə olsun, – deyib çıxıb gedirəm.
Bəli, həyatda gözəl olan hər şey belədir. Hər şey gözəl, fani və eyni zamanda mənasızdır.
Mən bir vaxt küçələrdən keçərkən adamların ayaq saxlayıb tamaşa etdikləri gözəllərin qocalığına rast gələndə gözlərim yaşarır və dərhal uzaqlaşıram.
Bəli, əslində həyatın özü bu cür həm cilvəli, həm də heç nədir.
Zahirən həqiqətən var, mahiyyətcə yoxdur.
Qüdrətli insanların doğrudan da adı qalır və yüz illərlə şüurları sarsıdır. Amma əslində çoxdan yox olublar, toza dönüblər!

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: