Çürük ziyalılar

Evin altında ləyəndə əzgil var. Kənddən gəlib. Hərdən axtarıb, saflarını tapıb yeyirəm. Amma əksəriyyətini götürüb baxan kimi atıram, çünki çürükdürlər.

Yaponiyada II Dünya və Yapon-ABŞ müharibəsində «xilaskar külək» mənasını verən «kamikadze» adlı əsgərlər meydana çıxmışdı. Və onlar öz gənc həyatlarını könüllü olaraq vətənə qurban verib təyyarələrini ABŞ «avianosets»lərinə çırpırdılar.
Sonralar bu fövqəlvətənpərvər gənclər əsarət ocağı olan və heç zaman sönməyən Rusiyanın qəhrəman Şimali Qafqaz regionlarında, məğlubedilməz və dizçökməz Əfqanıstanda və hazırda şanlı ərəb ölkələrində (xüsusilə, İraqda) bu cür ilahi cavanlar, oğlan və qızlar meydana çıxıb bomba bağlayaraq, özlərini nifrət etdikləri adamlarla birlikdə partladıb qurban verirdilər. Və həmin ölkələrin çoxunda hələ də bu böyük və şanlı ənənə davam edir.
Kamikadzelər…
Əgər dünyada hər hansı bir xalq Güney azərbaycanlıların (eləcə də, Qüzeydəkilərin) vəziyyətində – yəni öz dili və ərazisi olan millət ola-ola, hər cür insani hüquqdan və hətta öz dillərində təhsil almaq hüququndan belə, məhrum olsaydılar, onda bütün əfqan, iraq, çeçen və başqa xalqlar dönüb kütləvi şəkildə kamikadze olardılar.
AMMA YÜZ İLDİR (yüz ildir ha!) DÜNYADA BİR NƏFƏR DƏ EŞİTMƏYİB Kİ, TEHRAN VƏ YA TƏBRİZDƏ VƏ BAŞQA ONLARLA GÜNEY AZƏRBAYCANI ŞƏHƏRLƏRİNDƏ BİR NƏFƏR CAVAN ÖZÜNƏ BOMBA BAĞLAYIB, HANSI BİR MƏNFUR AYƏTOLLANI İSƏ CƏHƏNNƏMƏ YOLA SALSIN.
Bəli, heç kim belə bir hadisəyə rast gəlməyib və heç rast gələ də bilməzlər. Çünki bu 30 milyon «mal-qara» üçün siyasi və milli azadlıq və müstəqillik anlayışı yoxdur. Sadəcə, onların al-verinə mane olma, vəssalam! Kimi istəyirsən tut, edam et, lap bellərinə min, fərqi yoxdur, yenə kövşəməklərində davam edəcəklər.
İndi qaçıb Şotlandiyanın Edinburq Universitetində fars dilindən və ədəbiyyatından dərs deyən bir cılız söz pəhləvanı meydana atılıb ki, guya o, BMT-də kiminləsə (yəqin ki, qapıçılarla) danışıqlar aparıb güneylilərə milli muxtariyyət əldə edəcək.
Əslində bu adamı onun boş, məzmunsuz və hətta heca və qafiyəsiz söz düzümlərini şeir toplusu kimi təqdim edənlər meydana çıxarıblar. Sözsüz ki, hansı bir divident məqsədilə. Yoxsa, bu yazıq Təbriz həmşərisinin qara gözlərinə aşiq deyillər ki, əvvəlcə «şeirlərini», sonra da haqqında monoqrafiya çap edirlər.
Və bu yazıq həmşəri də birdən-birə özünü nəhəng, dünya üçün sözü çox həlledici olan bir persona hesab edir.
Ümumiyyətlə, bizdə bütün ziyalı ordusu kütləvi şəkildə millətin ən çürük hissəsidir.
ÇÜRÜK ZİYALILAR ORDUSU! Qüzey ölkəmizin və onun şanlı paytaxtının bütün elm, təhsil və üzdəniraq yaradıcılıq müəssisələrini bu çürük ziyalılar doldurub. Və əgər orda-burda kimdənsə haqq söz və sağlam düşüncə sədası çıxırsa, bu çürüklər ordusunun gur bağırtıları və ya sükut dənizi içində dərhal əriyib gedir. Ona görə belə bir mühitdə yalnız çürük ziyalılar meydana çıxa bilər.
Bunlara deyirsən ağzın əyilib və ya arxada şalvarının cırığı görünür, ya da üstündə təpik izləri var, ağzını, özünü düzəlt, təpik ləkəsini üstündən çırp, deyir – sənə nə var və imkanı varsa, başına qapaz da vurur.
Budur, bizim ziyalılar. Onların başçıları b?zi yorulmaz muxalif?t liderl?ri və başqaları yenə prezident seçkilərinə hazırlaşırlar. Bunlar, bu çürük ziyalılar.
Bilsəydim adama nə qədər pul verirlər, mən də onlara qoşulub namizədliyimi irəli sürərdim. Amma mənim partiyam yoxdur. Ona görə yəqin ki, pul verməzlər. Qaldı ki, mənə səs verən olacaq, ya olmayacaq…, məgər bunun əhəmiyyəti varmı? Əsas odur ki, seçkilərə qatıl, desinlər ki…
Nə isə, lənət şeytana. Ona görə sağ olsun yenə çürük və ölməz ziyalılar ordumuz.

P.S. Çox hörmətli Əsməd xanım bu yazını oxusa, yenə deyəcək ki, Əlisa müəllim, bu aqressivlik nəyə lazımdır?
Bəlkə də, haqlıdır. Amma axı rəhmətlik Mirzə Ələkbər Sabir əbəs yerə fəryad etmirdi ki,

Ahım şərəri etməz əsər kimsəyə hop-hop, 
Bu od sənin ancaq alışan canın üçündür.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: