Bir daha milli ideologiya haqqında

Bu barədə dostlarımın biri ilə məktub şəklində fikirlərimi bölüşmüşdüm. Görünür, təkrar etməyə lüzum var. Çünki bizdə hərə öz dediyinin üstündə durub qalır, elə mən də.

Çox sağlam düşüncəli hüquqşünas dostum Məmmədxan Əzizxanlının, eləcə də görkəmli filosof Əbülhəsən Abbasovun eyni məsələ barədə müsahibələrini oxuyub, istər-istəməz məsələnin nə dərəcədə aktuallığı və vacibliyi barədə düşüncələrimi qələmə almağı qərara aldım.
Ümumbəşəri ideya və məramlar bu gün bizim üçün birinci şərtdir. Niyə? Ona görə ki, əziz dostlarım, bu gün biz hələ milli varlığımızın sahibi, idarəedicisi deyilik. Ona görə ilk növbədə bu gün milli ideologiya barəsində yox, bu barədə düşünüb onu həyata keçirmək üçün milli qüvvələri səfərbər etmək lazımdır. Bəli, bu gün millətin taleyinə, ölkəsinə sahibliyinə səfərbər olmaq lazımdır. Əgər xalq öz taleyinin və sərvətlərinin sahibi deyilsə, milli ideologiya (ondan bəhs etmək), millətin (əgər o varsa!) qarşısında qoyulan zəruri və həyata keçirilməsi təxirəsalınmaz problem deyil. Bir halda ki, milli ideologiyanın tətbiqi imkanları yoxdur, ondan bəhs etmək gülünc deyilmi?
Adamların qolları bağlıdır, sən onları rinqə və tatamiyə çağırırsan.
Bəli, millət millətçi olmalıdır, ingilis, yapon və başqaları kimi. Lakin ingilis, yapon və başqaları öz ölkələrinin və onun taleyinin sahibidir. Ən əvvəl biz də buna nail olmalıyıq. XALQ HEÇ BİR HÜQUQİ STATUSA MALİK DEYİLSƏ, ONUN SƏSİNİN VƏ İRADƏSİNİN HEÇ BİR ROLU VƏ ƏHƏMİYYƏTİ YOXSA (bəlkə var, mən səhv edirəm), MİLLİ İDEOLOGİYADAN DANIŞMAQ YERSİZDİR. Çünki, təkrar edirik, onu tətbiq etmək imkanı yoxdur. Bir şeyə imkanın yoxsa, onu tətbiq etməkdən danışmaq mənasızdır.
Millət öz taleyinin, öz milli sərvətlərinin, öz iradəsinin sahibi olandan sonra milli ideologiyasını yeridə bilər və həmin milli ideologiyanın əsasında da belə bir tezis durur ki, BÜTÜN TARİXİ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN SAHİBİ AZƏRBAYCAN XALQIDIR VƏ ƏRAZİLƏRİN XEYLİ HİSSƏSİ Kİ, YARAMAZ QONŞULARA GÜZƏŞT EDİLMİŞDİR (7 rayon və Dağlıq Qarabağdan başqa demək olar ki, bütün müasir Ermənistan ərazisi və Gürcüstana əta edilən 5 rayon), HANSI YOLLA OLURSA-OLSUN, GERİ QAYTARILMALIDIR.
Azərbaycan xalqı sayca daha çoxdur, döyüş əzmi daha yüksəkdir və hərbi-iqtisadi resurslarla daha zəngindir. Ona görə dediyimiz ərazilər geri alına bilər və alınmalıdır. Qarşımızdakı birinci amal budur.
Yalnız bundan sonra ölkədə sizin dediyiniz nəzəri ideologiyalar həyata keçirilə bilər.
DÜNYADA BÜTÜN ETNOSLARIN VARLIĞININ ƏZƏL VƏ ƏSAS ŞƏRTİ AREALDIR VƏ HƏR MİLLƏTİN BUNDAN ÜSTÜN VƏ VACİB İDEOLOGİYASI OLA BİLMƏZ.
Allaha şükür ki, erməni və gürcülərin hələ atom bombaları yoxdur. Ona görə hazırda milli ideologiya haqqında mübahisələr açıb hay-küy salmaq, səndə
olmayan şeylə alver etmək istəyinə bənzəyir. Bu mübahisələrin vaxtı deyil.
Mən belə düşünürəm.
Ermənilərin milli ideologiyası necədir:
AZƏRBAYCANIN BÜTÜN ƏRAZİLƏRİ BİZİMDİR VƏ GEC-TEZ BİZİM OLMALIDIR.
Bizim ideologiyamız da belə olmalıdır: ERMƏNİLƏR CƏNUBİ QAFQAZDAN YOX EDİLMƏLİDİRLƏR.
Mən belə düşünürəm. İndi xoşunuza gəlir-gəlmir, öz işinizdir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: