Bayram eləyən siçanlar

Onların əlindən son 20 ildə 5 dəfə ev dəyişmişəm. Hər dəfə qonşuları çox uzaqda olan bir yerə köçmüşəm. Amma sonra Allah lənət eləmişlərin ucbatından ətrafım yenə il boyu bayram eləyən siçanlarla dolu olduğuna görə yeni ev axtarmalı olmuşam.

Xüsusilə, bayram günlərində. Özü də bayram eləyən zənginlər yox, ac-yalavaclar, sürünə-sürünə yaşayanlar və onların oğul-uşaqlarıdır.
Budur, yenə xristianların Yeni il bayramı çatıb. Amma ətrafımdakı köçkünlər, qaçqınlar və onların oğul-uşaqları hələ gündüzdən «top» atəşləri ilə evləri lərzəyə gətirməyə başlayırdılar. Ay yalançı müsəlmanlar, ay dinsizlər, axı bu özgə xalqların, özgə dinlərin bayramıdır. Onların heç vecinə deyil, siz niyə bu cür canfəşanlıq, atəşfəşanlıq edirsiz?
Ona görə yoxdur bu ölkədə müsəlman. Nəinki müsəlman, heç xalq yoxdur. Xalq nədir, heç aralarında yüz nəfər də olsun ağıllı, səviyyəli, qacanaqlı, sağlam düşüncəli adam da yoxdur. Sürü var, ancaq sürü!
Gündüz küçələri, gecə evləri dolduran, nə düşmən, nə dost bilən, nə özününkü, nə özgə bilən, dünyanın bütün pis adətlərini dərhal qəbul eləyib mənimsəyən, tamamilə təqlid məhsulu olan və sürünə-sürünə yaşasa da, dəbdəbə hərisi, acgöz, beyinsiz, aqressiv və qorxaq sürü!
Mən bilirəm Mirzə Şəfilər, Mirzə Fətəlilər, Sabirlər, Mirzə Cəlillər nələr çəkiblər.
İndi mənim kimi belələrinin içində yaşamağa məcbur olanlar gör nə çəkirlər.
Amma Sabirlər və Mirzə Cəlillər yaxşı günlərdə yaşayıblar. Bizim kimi sürü içində yaşayıb bunların əməllərini görsəydilər, necə olardılar? Buna ürək dözərdimi?
İndi bu yaşımda, bu gəlirlə hara qaçıb dinc, azad, firavan yaşayasan? Hara qaçsan, həndəsi rəqəmlə artıb-çoxalan siçanlar ətrafını bürüməyəcəkmi?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: