Məhəbbətin tarixi

Neçə illər qabaq bizim Mirzə Şəfinin Naum Qrebnyevin gözəl tərcüməsində

Otkuda prişla pervaya lyubov?

yəni – ilk məhəbbət haradan gəlib?

misrasını oxuyanda fikrin gözəlliyindən başqa, sözün hərfi mənasında məhəbbətin dəqiq tarixi olduğunu heç ağlıma da gətirməzdim.
Doğrudan da, axı haradan gəlib məhəbbət? Niyə gənc oğlan gənc bir qızı görüb, gecə-gündüz onu düşünür və hətta Məcnun kimi dəli olur?
Meymunların bir neçə dəstəsinin müəyyən səbəblər (subasma, ağacların budaqlarındakı meyvə ilə qidalanma və s.) ucbatından iki ayaqları üstə qalxıb hərəkət etməsi və bunun çox sərfəli olduğunu dərk etdikdən sonra keçən milyon illər ərzində (milyon a!) onlar xeyli əzab çəkməli, od uğrunda mübarizə aparmalı, dava-dalaşdan qırılmalı, soyuqdan və ya aclıqdan müsibət çəkməli oldular.
Bu mübarizə homo sapiensin vəziyyətdən çıxmaq üçün beyninin və bununla da idrakının xeyli inkişafına səbəb oldu.
Lakin ən çox itki verən yeni doğulanlar olurdu. Onlar tamamilə anaların – yəni dişilərin ixtiyarına qalır, o da yeniyetməliyə qədər davam edirdi.
Təbii ki, həmin yenicə ayağa qalxan ilk insan növlərinin dünyaya gətirdikləri uşaqların çoxu qırılırdı. Çünki dişilər erkəklərlə mübarizədə daim məğlub olurdular. Təbiət dişiləri həm bədəncə kiçik, həm də fiziki cəhətdən zəif yaradıb. Buna görə erkəklər açıq-aşkar hər sahədə zorakılıq edirdilər.
Ağıllı və canlıların ümumilikdə qayğısına qalan Təbiət bu yeni insan nəsillərinin tamamilə aradan çıxacağını görüb yeni bir qərara gəldi. O da bu idi ki, erkəklər də dişilərlə bərabər körpələrin qayğısına qalsın. Amma bunu necə etməli? Axı təzə doğulanın teleyi erkəklərin vecinə də deyildi. Və müdrik Təbiət ilk dəfə «ailə» yaratmaq fikrinə gəldi.
Əlbəttə, bu proses bir ildə və ya min ildə deyil, yəqin ki, milyon illər ərzində formalaşdı. Özü də heç şübhəsiz ki, bütün primatlarda yox.
Bəs ailəni birləşdirmək, erkəyin dişi ilə bir yerdə yaşamasını necə həll etməli? Onu bu çətin missiyanı yerinə yetirməyə necə məcbur etməli?
Və həmin dövrdə həmin insan dəstələri arasında ilk dəfə məhəbbət və sevgi hissləri əmələ gəldi, əlbəttə, şübhəsiz ki, tədricən.
Bu, Təkamülün yeni formalaşan primata – insana verdiyi çox güclü, xoş və ləzzətli bir hiss idi və həm də təbii ki, qarşılıqlı hiss.
Elə güclü bir hiss idi ki, erkək və dişi, yəni ata və ana bir-birlərinin və xüsusilə, təzə dünyaya gətirdikləri körpələrin yolunda ölümə belə, getməkdən çəkinmirdilər.
Skandinav dastanlarının birində belə bir əhvalat var. Gəmi fəlakətə uğrayır. Hamı qırılır və bu zaman hardansa üzüb gələn bir qayıq görünür. Qayıqçı sağ qalanlara bildirir ki, bəs o, düz 16 adam götürə bilər. Sayırlar, məlum olur ki, 17 sağ adam var.
Danışıb belə qərara gəlirlər ki, həmin bir nəfər artığı püşk atmaqla müəyyən etsinlər. Püşk atılır və bu zaman adamların içindəki ata-oğuluna düşür. Ata oğluna deyir:
— Oğlum, eyb etməz, sən min. Mən onsuz da az-çox yaşamışam.
Və beləliklə, ata ölümə gedib oğlunu xilas edir. Aydındır ki, Təbiətdə heç bir canlı buna getməz.
Beləliklə, Təkamülün hansı bir milyon ilindəsə insana bəxş etdiyi sevgi adlı hiss ilə yeni formalaşan insan dəstələri nəsli kəsilməkdən xilas oldular.
Qəribədir, canavarlarda, tülkülərdə və bəzi quşlarda (vəhşi qazlar, qu quşları) ailə hissi çox güclüdür və onlar hətta ölənə kimi qətiyyən bir-birlərindən ayrılmırlar. Amma görəsən, onlarda da sevgi hissi olurmu? Heyvan və quşların ömrü insankından qısadır. Və olsa da, görünür, sevgi üçün cəmi bir neçə gün ayrılır, əlbəttə, ailə yaratmaqdan ötrü.

 

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: