Eduard Teller və Robert Oppenqeymer

Onlar uşaqlıqdan dost idilər. İkisi də fizik və yəhudi idi. Və yetkin yaşlarında da bir yerdə Manxetten proyektində iştirak edirdilər. O vaxt ABŞ-ın bu elmi-praktiki mərkəzində nüvə bombaları hazırlanırdı. Proyektin sədri Robert idi və o, Eduarddan fərqli olaraq SSRİ-nin azad ölkə olduğuna inanır və sovetlərə rəğbəti vardı.

Təbiət heç kimə axmaq olmaqda mane olmur, hətta dahilərə də. Eləcə də, böyük Höte kimi müti və yaltaq olmağa da mane olmur.
Aydındır ki, hər iki fizik ABŞ hökuməti üçün son dərəcə qiymətli adamlar idilər və deməli, tam firavanlıq içində yaşayırdılar.
Robert atom, Eduard isə hidrogen bombasının atası idi.
SSRİ-də atom bombası yox idi və Stalin ABŞ-ın dünya müharibəsindən sonra SSRİ-yə qarşı müharibə başlamaq niyyətindən möhkəm qorxur və gecələr də yata bilmirdi. Axı o, sülh zamanı, dinclik vaxtı bunkerdə gizlənə bilməzdi.
Beləliklə, Stalini və SSRİ-ni yəhudilər xilas etdilər. Oppenqeymer həmin mərkəzdə işləyən ər-arvad Rozenberqlər vasitəsilə atom bombasının sirlərini və çertyojlarını SSRİ-yə ötürdü.
Məsələ bir neçə ildən sonra, 1954-cü ildə açıldı. Amma ABŞ dövləti Oppenqeymerin böyük xidmətlərini nəzərə alıb işə qarışmadı və Robertin peşə taleyini həmin mərkəzdəki aparıcı fiziklərin öhdəsinə buraxdı: Oppenqeymer bundan sonra da mərkəzdə işləyə bilər, ya yox?
Bütün dünya maraqla gözləyirdi. – Hə və – yox deyənlərin səsləri yarıya bölündü. İndi Robertin taleyi tamamilə Eduarddan asılı idi və o, xeyli tərəddüddən sonra «yox» dedi.
Beləliklə, dahi Robert Oppenqeymer kənara atıldı. Onu həbs etmədilər və o, hansı bir universitetdəsə dərs deyə bilərdi. Lakin Amerikada zərrə qədər də siyasi ləkələnmə ölümə bərabərdir.
Sarsılmış şöhrətli fizik bundan sonra çox da yaşaya bilmədi və 1967-ci ildə 63 yaşında vəfat etdi.
Hidrogen bombasının atası Teller isə uzun ömür yaşadı. Əhvalat bununla bitdimi? Zahirən, bəli.
Amma 1997-ci ildə 91 yaşlı Teller insult keçirdi və tibb bacısının – Siz məşhur Eduard Tellersiniz? – sualına qoca fizik belə cavab verdi:
— Yox, mən şərəfsiz Eduard Tellerəm.
O, açıq-aşkar özünün ən yaxın dostuna qarşı 43 il qabaq etdiyi hərəkəti nəzərdə tutub demişdi və həmin hadisədə öz əməlindən dərindən peşman olub, öz keçmiş hərəkətini namərdlik hesab edirdi.
Deməli, böyük Aristotelin «həqiqət, dostluqdan yüksəkdədir» məşhur kəlamı hər cür şərait və situasiya üçün doğru deyil.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: