Azərbaycanın 20 amansız düşməni

4. Qarpaq

(milladdan əvvəl VI əsrin ikinci yarısı)

Qarpaq, Midiya çarı Astiaqın baş komandanı idi. «Tarixin atası» Herodotun yazdığına görə, onun hansı bir pis əməlinə görəsə Astiaq sərkərdəsini ağır cəzalandırıb öz oğlunun bozbaşına qonaq etmişdi.
Aydındır ki, Qarpaq bunu unuda bilməzdi və qisas hissi ilə yanıb-yaxılırdı.
Göründüyü kimi Astiaq çox ağılsız bir hökmdar olub. Belə ki, bu cür qəddarcasına cəzalandırdığı bir adamı yenə də ordu başçısı kimi saxlayıb.
Qarpaq hiyləgərcəsinə özünü çox sakit aparıb, nifrətini hər vəchlə gizlədir.
Lakin elə ki, Astiaqın keçmiş mehtəri Kir farsları midiyalıların hakimiyyətinə qarşı qiyama qaldırıb müharibəyə başladı, təbii ki, farslar dözüm gətirə bilməyib geri çəkilməyə başladılar. Amma həlledici döyüş zamanı onları bu ağır məğlubiyyətdən gözlənilmədən bir adam qurtardı. Bu, Midiya ordusunun baş komandanı Qarpaq idi. Qarpaq bütün qoşunu ilə Kirin tərəfinə keçib, Astiaqın məğlub olmasına səbəb oldu və bununla da oğlunun qisasını aldı.
Beləliklə, dünənki mehtər Kir Midiya taxtına çıxdı və satqın Qarpaqı öz vəzifəsində saxladı.
Bu, xalqımızın tarixində ən ağır və fəlakətli bir hadisə idi ki, yalnız 2500 il sonra baş verən ikinci belə bir hadisə ilə müqayisə oluna bilər.
Herodot məğlub olan keçmiş hökmdarla onun satqın sərkərdəsinin üz-üzə gəldiyi səhnəni belə bir ibrətamiz söhbətlə tarixə həkk edib.
Astiaq keçmiş sərkərdəsinə üz tutub belə deyir:
— Sən həm axmaq, həm də vicdansız adamsan. Axmaqsan ona görə ki, hakimiyyəti özünə götürməyib başqasına verdin. Vicdansızsan da ona görə ki, mənə nifrət edirdinsə, məndən qisas almaq istəyirdinsə, məni cəzalandıraydın. Midiyalıların bunda nə günahı vardı ki, sənin ucbatından onlar dünənə kimi azad olduqları halda, indi hamısı qul oldu.
Doğrudan da, 150 il öz səltənətlərində azad və firavan yaşayan qəhrəman bir xalq bu xəyanətdən sonra yenə 150 il, amma bu dəfə əsarət altında yaşamalı oldular. Ta o vaxta qədər ki, Makedoniyalı İskəndər Əhəməni sülaləsini yıxıb, başqa xalqlar kimi midiyalıları da azad etdilər.

(ardı var)

Реклама
Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: