Topologiya, kiçik hava şarları və Eldar Namazovlar

Müxtəlif fəzalardakı cismlərin xassələrindən bəhs edən topologiya, bu riyazi məsələ və ya fərziyyə aydın olsun deyə, belə hallanır ki, məsələn, hava ilə doldurulmuş kiçik bir şarı süni şəkildə hər cür desən, deformasiya etmək olar. Ona hər cür forma vermək mümkündür. Amma bütün bu hallarda topoloji nəzəriyyəyə görə, o həmişə şar olaraq qalacaq. Zira, bütün bu deformasiyalarda onu başqa şarlarla eyniləşdirən fundamental xassələrini saxlayacaq.

Bu fizik və riyaziyyatçıların fikrinə görə, dahiyanə nəzəriyyə minilliyin məsələsi adlanır. Və bizim fikrimizcə, onu insan cəmiyyətlərinə və nüsxələrinə də aid etmək olar.
Bizim gəldiyimiz bu nəticə nə topologiyanın banilərindən biri, fransız riyaziyyatçısı, fiziki və filosofu Anri Puankarenin, nə də məsələni ilk dəfə nəzəri cəhətdən həll edən və hazırda yaşayan dahilərin içində doqquzuncu yeri tutan Rusiya yəhudisi Qriqori Perelmanın ağlına gəlib.
Bunun sübutu kimi Azərbaycanın bir sıra siyasətçilərinin metamorfoziyasını və yenə hər cür deformasiyaya hazır olan Eldar Namazov, Qabil Hüseynli, Vəfa Quluzadə və başqalarını misal göstərə bilərik.
Məsələ təkcə onda deyil ki, bu dayaz, bəsit, amma iddialı siyasilər bir müddət üzv olduqları partiyaları atıb Heydər Əliyevin yanında müşavir və məşvərətçi oldular. Çünki o vaxt bu, Heydər Əliyevə çox lazım idi. Amma onların heç biri, necə deyərlər, otkaz eləmədi və Heydər Əliyev də onları üzv olduqları partiyalarından qoparmaqla məqsədinə nail oldu. Çünki başqa cür məsələni heç cür izah etmək olmur. Ağla sığmır ki, bu adamlardan yüz dəfə siyasi cəhətdən yetkin bir adam olan Heydər Əliyevin Qabil, Eldar, Vəfa və başqalarının məsləhətinə ehtiyacı olsun.
Məqsədinə çatdıqdan sonra bu adamlar çölə atıldığından dərhal müxalifət olub, tamam başqa bir cəbhədə müxtəlif mənbələrdən qidalanaraq siyasət aləmində qalmaqda davam etdilər.
Və heç zərrə qədər şübhə ola bilməz ki, sabah əgər İlham Əliyev onları yenidən əməkdaşlığa dəvət edərsə, uça-uça gedəcəklər.
Yaxud da hakimiyyətə tamam başqa, yeni bir şəxs gələrsə, dərhal gedib ona qoşulacaqlar.
Lakin əgər həmin qüvvə də onları bir gün çölə atarsa, yenə müxalifətə keçib mübarizəyə başlayacaqlar. ÇÜNKİ BU VƏ BU CÜR ADAMLAR ÖZ ƏZƏLİ «HAVA DOLU ŞAR» XASSƏLƏRİNİ HEÇ VƏCHLƏ DƏYİŞƏ VƏ YA İTİRƏ BİLMƏZLƏR, NECƏ Kİ, İTİRMİRLƏR DƏ.
Məsələni geniş şəkildə də şərh etmək olardı, lakin müxtəlif vaxtlarda bu adamlar haqqında açıqlama verdiyimizə görə, bu qısa qeydlərlə də kifayətlənmək olar.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: