Qurban Səid (Məhəmməd Əsəd)

Azərbaycanın 15 dahi oğlu

Həqiqəti özünə amal edən bu dahi insan həm də qüdrətli publisist və tarixçi olsa da, daha çox yazıçı idi.

O, əgər heç nə yazmayıb təkcə «Əli və Nino» ilə kifayətlənsəydi də, bəsiydi.
Amma bir şeydə bəxti gətirmədi.
O, Azərbaycan türkü idi. Dünyada isə bundan böyük bədbəxtlik yoxdur.
Bu gün «Əli və Nino» romanı Portuqaliyadan İndoneziyaya qədər, bütün dillərdə dönə-dönə nəşr olunub dillər əzbəridir, amma bizdən başqa. Və əlbəttə, bizim «tupoy» və savadsız filoloqlarımız və ədəbiyyat professorlarımızın günahı ucbatından.
Nə qədər nəşr olunursa-olsun, bizə təsir etmir, bizim üçün faydası yoxdur. Xalqımıza, kütləyə çatmır, çünki bu ölkədə hamı kütlədir. Hətta ayrı-ayrı fərdlər hesab olunan və palaz-palaz qəzet səhifələrində müsahibə verənlər də.
Bu ölkədə nəinki böyük zəka, böyük zövq, heç adi sağlam düşüncə də yoxdur. Çünki bir balaca olsaydı, 20 ildən bəri seçkilərin necə qurtardığını dönə-dönə görən İsa bəylər yenə yaxınlaşan seçkilərə hazırlıq barədə ağızdolu danışmazdılar. Hətta bığları ağarsa belə, ağılları başlarına gəlmir ki, gəlmir.
Nə isə… Qurban Səid XX yüzilliyin ilk 20 ilində Azərbaycanda baş verənləri güzgü dəqiqliyi və güzgü gözəlliyi ilə əks etdirmişdir. Amma yenə təkrar edirik, güzgü meymun əlində necə olacaqsa, bizim üçün də elədir. Meymun güzgünü istər-istəməz sındıracaq.
Nəinki ölkəmizdə hələ də «Əli və Nino» filmi çəkilməyib, nəinki hələ də heç belə bir dahinin heykəli ucaldılmayıb, nəinki adına küçə qoyulmayıb, hələ heç dərsliklərə də salınmayıb.
Amma bir şey yaxşıdır ki, qəbri gətirilib zir-zibillərə qarışdırılmayıb. Orada, Triyestdə tənha və yad bir ucalıqda yatır.

(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: