Asif Atanın bir essesi

1970-ci illərdə onunla yaxın idik. Arabir görüşüb söhbətləşir, hətta çörək də yeyirdik.

Həmin illərdə o, «Azərbaycan» jurnalında mənim yenicə nəşr olunmuş «Nəğməyə dönən ömür» romanım haqqında müsbət bir rəy də çap etdirmişdi.
Sonralar kiçik bir zarafat nəticəsində mənimlə münasibətləri soyudu.
O, xaraktercə kələ-kötür və kinli adam idi. Amma hər gün Axundov kitabxanasında idi və daim oxuyurdu.
Doğrudur, kimin böyük, kimin kiçik mütəfəkkir olduğunun, fəlsəfi sistemlərin və mütəfəkkirlərin doğru qiymətini və mahiyyətini təyin etməkdən çox uzaq idi, amma eyni zamanda qətiyyən diletant da deyildi. Və ən üstün cəhəti siyasi əqidəsində və bu əqidəni inadla müxtəlif yazılarında özünəməxsus bir üslubda əks etdirmək bacarığına şübhə yox idi. Bir sözlə, özünəməxsus və öz imkanları daxilində bir mütəfəkkir idi.
Bir neçə ay bundan qabaq Səlahəddin Xəlilovun toplayıb Moskvada rus dilində nəşr etdirdiyi aforizmlər kitabına rast gəldim. Kitabın tərtibi çox nöqsanlı idi və Azərbaycan fəlsəfi fikr tarixini qətiyyən obyektiv əks etdirmirdi. Buna görə onun haqqında tənqidi bir yazı çap etdirməyi qərara aldım, amma sonra hansı bir səbəbdənsə fikrimdən vaz keçdim.
Kitabın qəribə cəhətlərindən biri da orada Asif Atanın bir dənə aforizminin çap olunması və deməli, adının bir yerdə çəkilməsi idi. Buna xeyli təəccüb etdim. Amma bu yaxınlarda öyrəndim ki, sən demə, Səlahəddin Xəlilov keçən əsrin o illərində Asif Atanın «Ocaq» adlı dərnəyinin iştirakçılarından biri imiş.
İndi hər necə olsa, o, hələ də bu təsirin altında olduğuna görə Asif Ataya olan hörmətini bununla əks etdirmişdir.
Bu günlərdə köhnə jurnalları vərəqləyərkən 1993-cü ilin «Dünya» jurnalında A.Atanın 2-3 essesinə rast gəldim. Bir daha oxuyub, xüsusən onların biri çox xoşuma gəldi və onu nəşrə hazırladığım «Dünya poeziyası inciləri» adlı toplumda çap etməyi qərara aldım.
Bu esse Troya çarı Priamın qızı Kassandranın dilindən çara və xalqına müraciət formasında yazılmışdır.
Asif Ata ustalıqla öz dövrünün siyasi hadisələrinə cavab vermişdir.
Kassandraya atasının və xalqının gələcəyini görmək, yəni peyğəmbərlik qabiliyyəti verilmişdir. Lakin eyni zamanda o, Olimp allahları tərəfindən cəzalandırılmışdır. Bu cəza ondan ibarətdir ki, heç kim onun xəbərdarlığına əhəmiyyət vermir və XX əsrin filosofu da Kassandra kimi öz vətəninin və xalqının acınacaqlı taleyini görüb sanki ona müraciət edir. Və təbii ki, xalqı və ölkəsi tərəfindən də heç bir reaksiya ilə qarşılanmadı. Çünki başqa cür də ola bilməzdi.
Oxuculara bir daha xatırladım ki, onlar həmin esse ilə mənim təqdimatımda gələn il çap olunacaq «Dünya poeziyasının inciləri» kitabında tanış ola biləcəklər.
Sonda xatırladaq ki, mərhum Asif Atanın bu qədər əhəmiyyət verdiyi «Ocaq» adlı dərnəyindən təəssüf ki, Mahir Bayramdan başqa heç bir zəkalı və istedadlı adam çıxmadı.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: