Sovet dövründən iki əhvalat

Ağıllı

Bəhlula hər gün pul gəlirdi. Özü də az yox, çox. Manat, beşlik, onluq və s.
Yığıb-yığışdıra bilmirdi. O, boş otağını pul paçkaları ilə doldurub neyləyəcəyini bilmirdi.
Xeyli düşündükdən sonra çarə tapdı və əlliliklə yüzlükdən başqa hamısını paçka-paçka, ovuc-ovuc qarmalayıb peçə ataraq yandırdı.
Və işi xeyli yüngülləşdi. Beləcə, bu əhvalat demək olar ki, hər 2-3 gündən sonra təkrar olunurdu.
Onun çoxlu ehtiyac içində yaşayan qohum-qardaşı və dost-tanışı vardı. Amma heç birinə bir qəpik də vermədən hər dəfə peçi bu cür beşlik, onluq, otuzluqlarda doldurub yandırırdı.

Prokuror

Ona xəbər gəldi ki, filan yerdə yaşayan bir «sexovşik» pul əlindən nə edəcəyini bilmir. Və prokuror ertəsi gün səssiz-səmirsiz axşamüstü həmin ünvana yollandı.
Xəbər pul sahibinə də çatdırıldı ki, bəs prokuror gəlir.
Bunu gözləməyən sexovşik neyləyəcəyini bilmədən tez bir kisə tapıb pulları içinə dolduraraq, ağzını möhkəm bağlayıb dayandı. Sonra vaxtın azlığını görüb pəncərəni açaraq, fikirləşmədən kisəni çölə atdı.
Elə bu vaxt prokuror pilləkənlərlə yuxarı çıxırdı və qəfildən düşən kisə düz başına dəydi.
O, yıxıldı, amma kisə yüngül olduğu üçün xəsarət almadı.
Qalxıb üstünü çırpdı və kisəni götürdü. Bir anlıq yuxarıya, pəncərəyə tərəf baxıb, gülümsəyərək çıxıb getdi.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: