Mənim şagirdlərim

Mənim öz-özünə, onların təşəbbüsü ilə 20-yə qədər şagirdim əmələ gəlib. Mən onları axtarmamış, tapmamışam. Yay gecəsi lampa işığına gələn pərvanə kimi bir-bir məni gəlib tapıblar.

Hamısı olmasa da, hər 2-3 həftədən bir bazar günləri yığışıb çay içirik.
Və mən bu mənada xoşbəxtəm.
Onlar yaşlılar kimi paxıl deyillər və heç bunun nə olduğunu bilmirlər.
Onların yüksək zövqü var. Özləri də qeyri-adi dərəcədə həssasdırlar.
Və ən təəccüblüsü də budur ki, onlar ilk dəfə birinci sinfə qədəm basan uşaq kimi müəllimi hər şeydən uca bilirlər.
Elə bil təzədən uşaq olublar.
Bu, orta və ali məktəb şagird və tələbələri deyil, bu, tamamilə müəllimə inanan və onun hər sözündəki həqiqəti dərhal qavrayan qeyri-adi bir dəstədir.
Təbii ki, hərəsinin öz xarakteri var və onların ətrafıma, görüşümə və söz-söhbətlərimə can atması qeyri-adi istedadlarından xəbər verir və doğrudan da bəziləri artıq parlaq yaradıcılıq nailiyyətləri qazanırlar.
Heç şübhəsiz ki, belələrinin sayı artacaq.
Yox, onlar bir mərhum və bir az da Don Kixot filosofun dərnək üzvlərinin biri kimi öz müəllimlərinə içiboş mədhnamələr yazmır və yazmayacaqlar da. Çünki bizi zahiri pozalar deyil, daxili ehtiyac və «iplər» birləşdirir və ola bilsin ki, bu iplər Nitşenin dediyi kimi ən qırılmaz iplər olsun. Və mən inanıram ki, onlar mən var olana qədər mənimlə olacaq.
Mənim kitablarımdan başqa kənarda heç nəyim yoxdur. Əlbəttə, ailəmi demirəm. Ancaq indi ən böyük sərvətim bəlkə də, bu uşaqlardır və yaxşı ki, sayları da çox-çox deyil. Çünki çoxluq faydasız olur.
Mənim gəncliyimdə belə müəllimim olmayıb. Çünki beləsi heç ümumiyyətlə, yox idi və yəqin ki, ola da bilməzdi. Mən o vaxt bal arısı kimi nektarımı özüm axtarıb tapdım və tək-tənha idim.
Həm şagid, həm də müəllimim idim.
İndi az da olsa, bu işığa gələnlər var və deməli, «işıq» faydasız səpilib getməyəcək. Bənzətməyə görə üzr istəyib deyirəm ki, ətrafında planetlər olmasaydı, Günəşin nə mənası olardı?
Doğrudur, Avropada olsaydım, yəqin ki, leksiyalarımı dinləmək üçün auditoriyalar qapıya kimi dolu olardı.
Amma neyləməli, biz Avropa deyilik, özündənrazı, öz imkanlarının yoxsulluğunu heç cür qəbul edə bilməyən tupoylar və paxıllar ordusuyuq. Ona görə bu 20 şagirdə görə də Allaha min şükür.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: