Azərbaycanın 20 amansız düşməni

1. Assuriya çarı I Asarxaddon Bitlisi (hələlik bioqrafik məlumatlar tapılmayıb)
2. Assuriya çarı II Asarxaddon Bitlisi
3. Əhəməni şahı Kir (miladdan əvvəl VI əsrin ortaları)
4. Midiya sərkərdəsi Qarpaq (həmin dövr)
5. Türk sultanı I Səlim Yavuz – 1470-1520
6. Türk sultanı I Süleyman – 1495-1566
7. Gürcü əsilli rus generalı Pavel Sisianov – 1759-1806
8. Rus imperatoru I Aleksandr – 1800-1825 (hakimiyyət illəri)
9. Rus imperatoru I Nikolay – 1825-1855 (hakimiyyət illəri)
10. V.İ.Lenin – aprel 1920
11. S.Şaumyan – 1918
12. S.Orconikidze – 1920-ci illər
13.L.Mirzoyan – 1920-ci illər
14. A.Mikoyan – 1895-1978
15. S.M.Kirov – 1920-1924
16. Tayqulaq Andranik Ozanyan – 1918-20-ci illər
17. İngiltərə xarici işlər naziri lord Esseks – 1946
18. Rza şah Pəhləvi – 1878-1944
19. Məhəmməd Rza Pəhləvi – 1919-1980
20. Ayətolla Xomeyni – 1902-1989

3.Əhəməni çarı Kir

Azərbaycan xalqı min illərdi ki, «Dədə Qorqud» dastanında təsvir olunduğu kimi, tayfa birlikləri şəklində yaşayıb maldarlıq, ovçuluq, quşçuluq, balıqçılıqla məşğul olub öz istədikləri, öz dədə-baba adət-ənənələri ilə yaşayırdılar. Aqressiv qonşuları, xüsusən qorxaq gürcülər və başqa tayfalarla gah müharibə, gah sülh şəraitində bütün Qafqaz, Şimali İran və Anadolu tərəf ərazilərə sahiblik edirdilər.
Sonra dahi yunan tarixçisi Herodotun təsvir etdiyi kimi Assuriya şahlarını məğlub edib, qüdrətli Midiya dövlətini yaratdılar. Amma cəmi 150 ilə qədər yaşayan müstəqil Midiya dövləti öz sərkərdələri Qarpaqın xəyanəti ilə süqut etdi.
Hakimiyyət kimin əlinə keçsə yaxşıdır? Sonuncu Midiya hökmdarı Astiaqın «Spaqo» (yəni it, qancıq) adlı qulluqçusunun oğlu və uzun illər Astiaqın tövləsində mehtərlik edən fars Kirin əlinə.
Herodot, Astiaqla Kirin əhvalatlarını çox gözəl təsvir edir və biz bu barədə bir çox hekayə və tarixi esse qələmə aldığımıza görə təkrara ehtiyac görmürük.
Kir həmin Midiya sərkərdəsi Qarpaqın və başqa türkdilli sərkərdələrin və qoşunların köməyi ilə qəflət yuxusunda olan qonşu ölkələri də işğal edib Əhəmənilər imperiyasını yaratdı. Amma özünün axırı çox pis oldu.
Belə ki, Arazdan şimaldakı türk xalqlarından biri ilə müharibədə onların sərkərdəsi qəhrəman qadın Tomirisə (dəmir üz) məğlub oldu və Tomiris xəyanətlə onun oğlunu ələ keçirib edam etdirən Kirin başını kəsib qan tuluğuna ataraq dedi:
— İç, doyunca iç!
Lakin Midiya xalqı Kirin ölümü ilə əsarətdən qurtara bilmədi və düz 200 il farsların zülmündən əzab çəkdi. Ta ki, rəşadətli Makedoniyalı İskəndər həmin bu əhəmənilərin taxtını tarac etdi və babalarımız azad olub dikəldilər.

(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: